Dərs
Mövzu:
Aşağı ətrafların sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi.
Standartlar:
1.1.1.Hərəki fəaliyyətin fiziki hazırlığın formalaşmasında
əhəmiyyəti haqqında məlumat verir;
2.1.1.
Sıra və ümuminkişaf hərəkətlərini yerinə yetirir;
2.1.5.
Sürət-güc qabiliyyətini inkişaf etdirən oyunları, estafetləri, kombinə olunmuş
estəfetləri və xüsusi hərəkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir;
3.1.4.
Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nmayiş etdirir.
4.1.1. Hərəki
fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
Məqsəd: Sürət-güc qabiliyyətinin inkişafı etdirilməsi.
Dərsin vəzifələri:
1.
Sürət-güc
qabiliyyətinin fiziki hazırlığın formalaşmasında
əhəmiyyəti haqqında məlumat vermək
2.
Sürət-güc
qabiliyyəti onu inkişaf etdirən hərəkətlər, oyunlar, estafetlər, kombinələşmiş estafetlər
haqqında məlumat vermək;
2.
Aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətini inkişaf etdirən oyunları, estafetləri
təşkil etmək və keçirmək;
3. Şagird
fəaliyyətini tənzimləmək və qiymətləndirmək.
Fəndaxili inteqrasiya: 1.1.,
2.1., 3.1., 4.1.
İş forması: kollektiv,
qrup, fərdi.
İş üsulu: izah,
hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmək, təkrar.
Resurslar:
-müxtəlif
istiqamətli çoxsaylı sıçrayışlar;
-sıçrayışlar, təkrar sıçrayışlar daxil edilmiş oyunlar və estafetlər;
-yerindən, kiçik qaçışdan uzunluğa, maneələr üzərindən tullanmalar.
Zəruri
avadanlıq və ləvazimatlar: fit, saniyəölçən, təbaşir, ruletka,
piramida, bayraqcıqlar, oyunun sxemi.
Dərsin gedişi:
Giriş hissə:3-5 dəq.
Bir cərgədə düzülüş, raport, salamlaşmaq.
Motivasiya:
Uşaqlar şəkildə gördüyünüz idmançılar nə
edirlər?
Hər hansı hündürlüyə tullanmaq üçün insana
nə lazımdır?
Sürət-güc qabiliyyəti bizə nə üçün
lazımdır?
Tədqiqat sualı: Hansı
hərəkətlərdən istifadə etmək lazımdır ki sürət-güc qabiliyyətimiz artsın?
İnformasiya
təminatı: sürət-güc
qabiliyyəti, onun fiziki hazırlıq üçün əhəmiyyəti, bu qabiliyyətin insanın gündəlik
həyatında və sağlamlığındakı rolu, şagirdlərdə sürət-güc qabiliyyətinin inkişaf
etdirilməsi üçün dərslərdə istifadə olunacaq hərəkətlər, oyunlar haqqında
məlumat vermək.
Hazırlayıcı hissə:8-10 dəq.
Sıra fəndləri, irəliləmələr: yeriş, qaçış, hoppanmalar.
Seyrəlmə.
Ümuminkişaf
hərəkətləri:
|
Ç.V. – Ə.D.
1-4s. Yerində pəncələr üzərində addımlayaraq, qollar yuxarı.
5-8s. Adı addımlarla addımlamaq, qollar aşağıda.
|
|
Ç.V. – Üzü üstə uzanaraq qollar aşağıda.
1-2s. Beli açmaqla baş, qollar və ayaqlar
arxaya – nəfəs almaq.
3-4s. Ç.V. –nəfəsi vermək.
|
|
Ç.V. – Ə.D.
1s. Qollar irəlidə əl çalmaq.
2s. Qollar arxada əl çalmaq.
3s. Qollar irəlidə əl çalmaq.
4s. Ç.V.
|
|
Ç.V. – Ayaqlar dar aralı duruş qollar irəlidə,
barmaqlar bükülü.
1s. İrəli əyilməklə yarım oturuş, qollar aşağı arxada - nəfəsi vermək.
2s. Ç.V. - nəfəs almaq.
|
|
Ç.V. –Dizlər üzərində dayaq.
1s. Qolları büküb sinəni
döşəməyə toxundurmaq.
2s. Ç.V.
|
|
Ç.V. – Ə.D. Əllər arxada.
1s. Sol ayağı bükərək dizi yuxarı
qaldırmaq.
2s. Ayaq irəlidə, pəncəni dartmaq.
3s. Ayağı saxlamaq.
4s. Ç.V.
|
Əsas hissə: 20-25 dəq.
Hazırlayıcı hərəkətlər:
Tək
qıçın təkanı ilə (sağ ya sol) çoxsaylı tullanmalar. Diqqət daha çox irəliyə
hərəkətə yönəldilir.
|
Yarım oturuşdan
iki qıçın təkanı ilə uzunluğa tullanmalar.
|
Oturuşdan irəliyə
çoxsaylı tullanmalar.
|
Hər iki qıçın təkanı ilə irəliyə və yanlara tullanma.
|
Hər iki qıçın təkanı ilə sağa-sola çoxsaylı tullanmalar.
|
Şagirdlər üz-üzə oturuşda
bir-birinin əllərindən tuturaq ayaqların təkanı ilə yuxarıya tullanırlar.
|
Əsas hərəkət:
Meydançada bir-birindən 6-8 m məsafədə paralel iki start xətləri çəkilir. Start xətlərinin tən ortasından finiş xətti çəkilir. Sinif hər birində cüt saylı şagird olan komandalara bölünür və start xəttinin arxasında bir sırada düzülürlər. Komandaların birinci iki iştirakçılarından ikincisi birincinin ayaq pəncəsindən tutur. Start komandası ilə yarışan cütlüklər qeyd olunan vəziyyətdə hoppanmaqla finiş xəttini keçməyə çalışırlar. Finiş xəttini daha tez keçən cütlük öz komandasına bir xal qazandırır. Birinci cütlük finiş xəttini keçən kimi ikinci cütlüklər yarışa başlayır. Daha çox xal toplayan komanda qalib hesab olunur.
|
Meydançada bir-birindən 6-8 m məsafədə start və dönmə xətləri çəkilir. Sinif hər birində 6-8 şagird olan komandalara bölünür. Komandaların birinci iki iştirakçıları arxadakı şagird əllərini qarşıdakının çiyininə qoymaqla, start xəttinin arxasında oturuş vəziyyətində dururlar. Start komandası ilə yarışan cütlüklər qeyd olunan vəziyyətdə hoppanmaqla dönmə xəttinə çatırlar, dönərək hoppanmaqla komanda yoldaşlarına tərəf qayıdırlar. Start xəttini keçdikdə yarışacaq ikinci cütlüklər oyunu davam etdirirlər. Daha tez start vəziyyətinə qayıdan komanda qalib hesab olunur.
|
Start xəttindən 4-5m aralıda diametri 1m olan iki dairə çəkilir. Komandalar start xəttində sırada düzülürlər. Hər komanda qarşısında bir top qoyulur (şagirdlərin hazırlıq səviyyəsindən asılı olaraq topun çəkisi müəyyənləşdirilir). Start siqnalı ilə birinci iştirakçılar ayaqları arasında topu sıxaraq iki qıçın təkanı ilə tullanaraq dairəyə çatırlar. Topu dairənin mərkəzinə qoyur, dayaqlı uzanış vəziyyətində ayaqlarını topun üzərinə qoyur. Qolların köməyi ilə dairə boyu tam fırlanır, topu götürüb yenidən əvvəlki qayda ilə start xəttinə qayıdır, oyunu davam etdirmək üçün topu iştirakçı yoldaşına verir. Hərəkətləri daha tez yerinə yetirən komanda qalib gəlir.
|
Tamamlayıcı hissə: 3-5 dəq.
Qolların müşayəti ilə tənəffüs hərəkətləri. Qolların
və ayaqların sirkələndirilməsilə boşaldılması.
Qiymətləndirmə:
Zəif
|
Orta
|
Yüksək
|
Aşağı
ətraf əzələlərinin sürət-güc qabiliyyətinə aid hərəkətlərinin
və oyunlarının icrası qüsurludur.
|
Aşağı
ətraf əzələlərinin sürət-güc qabiliyyətinə aid
hərəkətlərin və oyunlarının icrasında
kiçik qeyri-dəqiqliyə yol verir.
|
Aşağı
ətraf əzələlərinin sürət-güc qabiliyyətinə aid hərəkətləri
və oyunları nümunələrə müvafiq icra edir.
|
Zəif
|
Orta
|
Yüksək
|
Hərəki
fəaliyyəti inamsızdır.
|
Hərəki
fəaliyyəti zamanı yoldaşları ilə ünsiyyət qurur.
|
Hərəki
fəaliyyəti zamanı əzimkarlıq və qətiyyətlilik nümayiş etdirir.
|
Ev tapşırığı; oturaq
vəziyyətdən irəliyə çox saylı tullanma. 8-10 dəfə
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.