Инфоурок Физическая культура ПрезентацииSagirdlərim həmişə qalib gəlir

sagirdlərim həmişə qalib gəlir

Скачать материал
Скачать материал "Sagirdlərim həmişə qalib gəlir"

Получите профессию

Методист-разработчик онлайн-курсов

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 3 месяца

Агроном

Описание презентации по отдельным слайдам:

  • Müasir kurikulumlar və yeni təlim strategiyaları Təlim formalarıKollektivlə...

    1 слайд

    Müasir kurikulumlar və yeni təlim strategiyaları
    Təlim formaları
    Kollektivlə
    (bütöv siniflə) iş
    Qruplarla
    (kiçik kollektivlə) iş

    Cütlərlə iş

    Fərdi iş

  • Kollektivlə işMüasir kurikulumlar və yeni təlim strategiyaları Kollektivdə iş...

    2 слайд

    Kollektivlə iş
    Müasir kurikulumlar və yeni təlim strategiyaları
    Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

  • Kollektivlə iş

    3 слайд

    Kollektivlə iş

  • Qruplarla işŞagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu...

    4 слайд

    Qruplarla iş
    Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.
    Müasir kurikulumlar və yeni təlim strategiyaları

  • 5 слайд

  • Cütlərlə işŞagirdlər təlim tapşırıqlarını birgə  yerinə yetirirlər. Bu dərs f...

    6 слайд

    Cütlərlə iş
    Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır.
    Müasir kurikulumlar və yeni təlim strategiyaları

  • Cütlərlə iş

    7 слайд

    Cütlərlə iş

  • Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inki...

    8 слайд

    Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.
    Fərdi iş
    Müasir kurikulumlar və yeni təlim strategiyaları

  • Fərdi iş

    9 слайд

    Fərdi iş

  • Fasilitasiya qaydaları:Psixoloji dəstəkləmənin qaydaları:
Müsbət dil ifadəl...

    10 слайд


    Fasilitasiya qaydaları:

    Psixoloji dəstəkləmənin qaydaları:
    Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət).
    Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını dinləməyinizi yox, bütün qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi).
    İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, treninq zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (təlimçi davranış modeli kimi).
    İştirakçılara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).
    Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın.
    İştirakçıların fikirləri ilə səmimi maraqlanın.
    Yalnız liderlərin və ən fəalların deyil, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın.
    Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin.
    Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Təlimçinin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin təlimçi işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.
     


  • Fikrin təhrik edilməsi qaydaları:Motivasiya mərhələsində şagirdləri dərsin...

    11 слайд


    Fikrin təhrik edilməsi qaydaları:

    Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin. 
    Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin
    Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?»
    İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin.
    Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya üsullarından istifadə edin. İstiqamət verməyən «kar» sualları az sayda verməyə çalışın.
    Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar iştirakçıları sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək.
    İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. İştirakçıları öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və iştirakçıların diqqətini buna cəlb edin! 
    İştirakçıların əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər iştirakçıların işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın.
    İştirakçıların cavablarının formal dinlənilməsinə yol verməyin. İştirakçıların əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır.
    Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirin, şərh edin (qiymətsiz, məzmununa görə), problemli hallarda onların həllinə iştirakçıları cəlb edin.

  • Məlumatla təmin etmə qaydaları:Fasilitasiyanı başlayaraq şagirdlərdə lazım...

    12 слайд



    Məlumatla təmin etmə qaydaları:

    Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi biliklərin və sizdə məlumat mənbələrinin olduğunu yoxlayın.
     
    İştirakçıların şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın.
     
    Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, iştirakçıların öz təcrübə və müşahidələrindən istifadə edin.
     
    Materialın müxtəlif qavrama yollarını tətbiq edin (görmə, eşitmə, hiss etmə və s.).
     
    Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.
     
    Başqa şagirdlər tərəfindən deyilən yeni anlayışların, eləcə də sualın və ya mülahizələrin yanlış anlaşılmasını vaxtında başa salın.
     
    Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın.
     
    Təşkilati dəstəkləmənin qaydaları:
    Müzakirəni təşkil etdikdə yeni bilik əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə çatdırın. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb edin: «Bu haqda siz nə fikirləşirsiniz?», «Kim razıdır, kim razı deyil?», «Başqa cür bunu demək (və ya etmək) olardımı? və s.
     
    Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.
     
    Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması).
     
    Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.
     
    Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!


  • slaydlar 

fotoşəkillər 

paylama materialları?

    13 слайд

    slaydlar

    fotoşəkillər

    paylama materialları
    ?

  • Fasilitasiya  aşağıdakılara əsaslanır:müəllim və şagirdlərin birgə əməkdaşl...

    14 слайд


    Fasilitasiya aşağıdakılara əsaslanır:

    müəllim və şagirdlərin birgə əməkdaşlığı,
    onların qarşılıqlı hörmət və etibarı,
    şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi,
    şagirdlərin qabiliyyətlərinə inam,
    təfəkkürün stimullaşdırılması,
    şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması,
    onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.

  • FƏAL DİNLƏMƏNİN ƏLAMƏTLƏRİ

Göz təması
Adekvat reaksiya
Bədənin hərəkətləri
S...

    15 слайд

    FƏAL DİNLƏMƏNİN ƏLAMƏTLƏRİ

    Göz təması
    Adekvat reaksiya
    Bədənin hərəkətləri
    Səs tonu
    Dəqiqləşdirici suallar
    Jestlər, nidalar
    Qeydlər aparmaq
    Adla müraciət etmək
    DİNLƏMƏK
    EŞİTMƏK
    III gün

  • MotivasiyaHər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir....

    16 слайд

    Motivasiya
    Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
    Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
    Motivasiya qismində ortaya gətirilmiş problemin həlli tələbatı çıxış edir.

  • Motivasiyanın yaradılması yollarıMotivasiyanın yaradılmasının bütün mümkün...

    17 слайд


    Motivasiyanın yaradılması yolları

    Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
    1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”)
    2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur:
    1) Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:
    “. . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
    2) Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur.
    3) Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
    3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).

  • Motivasiya: onun quruluşu 
Motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal d...

    18 слайд


    Motivasiya: onun quruluşu


    Motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dərs motivasiyadan başlanır.
    Müəllim motivasiyanı düz qurubsa, onun dərsin 50 %-i daha yerinə yetirilmiş sayıla bilər.
    (Motivasiyanı qurmamışdan əvvəl Alt-standartlar - Təlim nəticələri müəyyən olunmalıdır)
    Motivasiyanın quruluşu:
    Motivasiya 2 mərhələdən ibarətdir

    1. Yönəldici suallar, tapşırıqlar
    (mövzuya, təlim nəticələrinə yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər)
    2. Tədqiqat sualı
    Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin sonunda olan ümumiləşdirməni müəyyən etməlidir;
    tədqiqat sualı = yeni biliyi əks etdirən təlim nəticəsi;
    adətən bir sual olur,
    motivasiya mərhələsi tədqiqat sualına irəli sürülən fərziyyələr ilə bitir.
    Dərsin sonunda onlara qayıtmaq vacibdir
    Motivasiya 2 əsas prinsip əsasında qurulur:
    problemlilik
    məqsədyönlük. Motivasiya təlim nəticələrini əks etdirməlidir.

  • 19 слайд

Получите профессию

Интернет-маркетолог

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Müəllim orta təhsil məktəblərində idman üçün lazım olan ləvazimatların olmamasından da şikayətləndi: “Dərsdə iştirak edən şagirdlər idman dərsinə “futbol oynamaq” dərsi kimi baxırlar. Fiziki tərbiyə fənni o demək deyil ki, şagird gəlib futbol oynayıb getsin. Tədris zamanı bir sıra normativlər var ki, şagird o normativləri yerinə yetirməlidir. Lakin bir çox hallarda normativləri yerinə yetirmək üçün lazım olan ləvazimatları tapmaq mümkün olmur. Bunun üçün də şagirdlərə bir sıra idman hərəkətləri göstərib, məktəbin ətrafını qaçırtmaqla kifayətlənmək məcburiyyətində qalırıq”.

Binəqədi rayon məktəblərindən birində təhsil alan 9-cu sinif şagirdinin valideyni Tünzalə Əliyeva övladının bədən tərbiyəsi dərsində iştirak etməsinə icazə vermir: “Dərs cədvəlinə nəzər salsanız görərsiniz ki, gündə 6 dərs var və fiziki tərbiyə ikinci dərsə salınıb. Şagirdlər idman dərsində iştirak etdikdən sonra daha 4 dərsdə iştirak etmək məcburiyyətindədirlər. Bu zamanda uşaq tərlədiyi üçün soyuqlayır. Bunun üçün mənim fikrimcə, idman dərsləri ya axırıncı saata salınmalıdır, ya da məktəblərdə istilik şəraiti normal olmalıdır. Dərs cədvəli müəllimlərin nə vaxt gəlib gəlməyəcəyi ilə deyil, şagirdlərin sağlamlıqlarını nəzərə alaraq tərtib edilməlidir”.
Читать полностью: http://news.day.az/society/392666.html

 

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 661 525 материалов в базе

Скачать материал

Другие материалы

Вам будут интересны эти курсы:

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 08.04.2015 807
    • PPTX 819.2 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Hesenova Solmaz Yusif. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Hesenova Solmaz Yusif
    Hesenova Solmaz Yusif
    • На сайте: 8 лет и 11 месяцев
    • Подписчики: 0
    • Всего просмотров: 6917
    • Всего материалов: 4

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Менеджер по туризму

Менеджер по туризму

500/1000 ч.

Подать заявку О курсе

Курс профессиональной переподготовки

Организация инструкторско-методической деятельности в области физической подготовки (спортивная и художественная гимнастика)

Инструктор по гимнастике

300 ч. — 1200 ч.

от 7900 руб. от 3650 руб.
Подать заявку О курсе

Курс профессиональной переподготовки

Основы инструкторско-методической деятельности по каратэ Кекусинкай

Инструктор по каратэ Кекусинкай

300 ч. — 1200 ч.

от 7900 руб. от 3650 руб.
Подать заявку О курсе

Курс повышения квалификации

Формирование здорового образа жизни

36/72/108 ч.

от 1580 руб. от 940 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 33 человека из 25 регионов
  • Этот курс уже прошли 42 человека

Мини-курс

Педагогические идеи выдающихся педагогов, критиков и общественных деятелей

10 ч.

1180 руб. 590 руб.
Подать заявку О курсе

Мини-курс

Современные тенденции в искусстве: от постмодернизма до поп-культуры

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 27 человек из 15 регионов
  • Этот курс уже прошли 13 человек

Мини-курс

Музыкальная культура: от истории до современности

10 ч.

1180 руб. 590 руб.
Подать заявку О курсе