Инфоурок Математика Другие методич. материалыPrezentasii po matematike na temi "Koefficent"("Əmsal") ( 6 klass)

Prezentasii po matematike na temi "Koefficent"("Əmsal") ( 6 klass)

Скачать материал

Выберите документ из архива для просмотра:

6açıq dərs icmal.docx açıq dərs 6.pptx breyn rinq.pptx DJ_INTIQAM_super_-_aglamali_musiqi_-_yuklemeye_deyer_.mp3 qiymetlendirme_cədvəli.xlsx

Выбранный для просмотра документ 6açıq dərs icmal.docx

Sumqayıt şəhər
N nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rüstəmova 
Vüsalənin  6C sinfində “Əmsal” mövzusunda keçirdiyi açıq dərsin icmalı
23-01-2014

 

                

                      Standart:  1.2.1. Tam ədədlər üzərində hesab əməllərini yerinə yetirir.

Mövzu:  Əmsal.

Dərsin məqsədi: 1) Əmsalı təyin edir.

                           2) Müxtəlif işarəli ədədlərin hasilini tapa bilir.

Dərsin tipi:  induktiv.

İş forması: Kollektiv və qruplarla iş.

İş üsulu: Beyin həmləsi,müzakirə.

İnteqrasiya:  Azərbaycan dili,Tarix,Coğrafiya,Biologiya.

Resurs: dərslik, İKT avadanlıqları,iş vərəqləri,marker,flipçat.

İstifadə olunmuş ədəbiyyat:

1. Riyaziyyat-6 dərslik(Bakı-2013, Sevda İsmayılova, Arzu Hüseynova)

2. Tarix-6 dərslik (Bakı-2013)

3. Coğrafiya-6 dərslik (Bakı-2013)

4. Biologiya-6 dərslik (Bakı-2013)

5.http://az.wikipedia.org/w/index.php?search=%C9%99msal&title=X%C3%BCsusi%3AAxtar    ,    http://www.islaminsesi.az/2012-10-24-05-57-21/maraqli/item/3175-bu-gunun-tarixi.html,   https://www.facebook.com/groups/riyaz.muallimi/

 

 

              Sinfin təşkili(2 dəq)

  Əvvəl siniflə salamlaşıram. Növbətçıdən davamiyyəti soruşuram. Adəti üzrə növbətçi olan   şagird davamiyyəti, tarixi və həmən günlə əlaqədar  əlamətdar hadisələri qeyd edir.

  Əlavələr lazımdırsa mən edirəm:

23 yanvar  1992-ci ildə Amerika Azərbaycanın müstəqilliyini tanıyıb.

23 yanvar 1556-cı ildə Çində 800 000 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verir.

23 yanvar 1950-cı ildə Təl-Əviv İsrailin paytaxtı elan olunur.

Evə verilmiş tapşırığı yazılmış dəftərlər qrup şəklində yığılır və mənə təqdim edilir.Keçmiş dərsdə yığıb yoxladığım ev işi dəftərləri şagirdlərə paylanılır.

Motivasiya

Müəllim:

-Düzbucaqlının sahəsi necə tapılır?

 Şagird:

-Düzbucaqlının sahəsini tapmaq üçün onun enini uzunluğuna vurmaq lazımdır.

 Müəllim:

-Eni 1,5 sm, uzunluğu 6 sm olan düzbucaqlının sahəsi neçə olar?

 Şagird:

-S=1,5*6=9 (sm2)

 Müəllim:

-Eni a, uzunluğu b olan düzbucaqlının sahəsi necə hesablanır?

 Şagird:

-S=ab düsturu ilə.

 

Slayd №2 ekrana gəlir.

                       

Müəllim:

-Gördüyünüz düzbucaqlının sahəsi nəyə bərabərdir?Cavablar müxtəlif ola bilər,hamısı dinlənilir,yekun olaraq S=6ab cavabı alınır və bu cavab slaydda göstərilir. Sadələşdirmə zamanı Vurmanın hansı qanunundan istifadə olunduğu xüsusi vurğulanır(yerdəyişmə qanunu).

 

Bu tipli misalların,riyazi ifadələrin hasilinə aid slayd 3-də 4 misal verirəm,hər qrupdan bir şagirdi durğuzub cavabı soruşuram. Cavablar qane etməsə qrup üzvlərinə yoldaşlarına kömək etmələrini tapşırıram.

Slayd 3:

                               

Misalların düz cavabı alındıqdan sonra slayddakı cavablar ekrana gəlir.

Müəllim:

-Beləliklə,biz riyazi ifadələrin hasilini sadələşdirməyi öyrəndik. Burada əsas olan ədədi vuruqların hasilidir. Bugünkü dərsimiz də məhz bu ədədi vuruqların hasili zamanı alınan ədədlə əlaqədardır. Bu ədəd xüsusi adla adlandırılır. Bu ad sizlər üçün yeni termin olacaq. Adın tapılması üçün hər qrupa bir rebus verəcəm. 1dəqiqə ərzində cavabı tapıb qeyd etməlisiz.

 

 

 

 

Cavablar:

Rebus 1: Əl(L=M)=ƏM            +      NAL(N=S)=SAL     =       ƏMSAL

Rebus 2: ƏT(T=M)=ƏM          +       SAP(P=L)=SAL      =       ƏMSAL

Rebus 3:  TOM(“O=Ə)=ƏM    +      SOL(O=A)=SAL      =      ƏMSAL

Rebus 4:   CƏM (“)=ƏM          +      SAZ(Z=L)=SAL       =      ƏMSAL.

Müəllim:

  -Beləliklə,bugünkü mövzumuzun adı:ƏMSALdır. Əmsal sözünün hərfi mənasını tapıb        araşdırmağı sizə müstəqil olaraq tapşırıram.

TƏDQİQATIN APARILMASI

Tədqiqat suallarını işçi vərəqlərdə hər qrupa paylayıram. Bunun üçün 4 işçi vərəqi hazırlamışam. Hər qrupdan bir nəfər təsadüfi bir işçi vərəqini götürür. 5dəqiqə ərzində qruplar tapşırıqları yerinə yetirməli,xüsusi A3 vərəqlərində səliqə ilə cavabları yazıb lövhəyə bərkitməlidilər.

 

 

  Cavablar:

1) ab riyazi ifadəsinin əmsalı 1-ə bərabərdir.

2) a) 3x·(-2y) ·2,5z=-15xyz     əmsalı  -15                           3) Əmsallar cəmi:

     b) -4a·(-3b) ·2c=24abc        əmsalı   24                               -15+24+11=20

     c) 3m· n·k=11mnk          əmsalı   11    

      Cavablar:

1) -xy riyazi ifadəsinin əmsalı -1-ə bərabərdir.

2) a) -3a·4b ·(-2c)=24abc           əmsalı    24                          3) Əmsallar cəmi:

     b) 0,5m·5n ·10k=25mnk        əmsalı    25                               24+25+(-48)=1

   c) 10y·(- x)·2z=-48xyz      əmsalı    -48    

Cavablar:

1) mn riyazi ifadəsinin əmsalı 1-ə bərabərdir.

2) a) 2,4m·5n ·(-k)=-12mnk        əmsalı  -12                           3) Əmsallar cəmi:

     b) -2x·(-3y) ·2,5z=15xyz        əmsalı   15                               -12+15+16=19

     c) 7a·b·2c=16abc               əmsalı   16    

  

Cavablar:

1) -pq riyazi ifadəsinin əmsalı -1-ə bərabərdir.

2) a) -2m·(-5n) ·6k=60mnk          əmsalı  60                           3) Əmsallar cəmi:

     b) 2a·(-1,5b) ·2c=-6abc            əmsalı   -6                               60+(-6)+36=90

     c) -8y·x·(-2z)=36xyz           əmsalı   36    

 

Qrupların yekun cavabları dairəyə alınır,yekunda 20 1 19 90 alınır. Müəllim:

-Lövhəyə diqqətlə baxın. Bu ədədlər birlikdə nəyi xatırladır?

Şagirdlər bu ədədlərin 20 yanvar 1990-cı ili xatırlatdığını deyirlər.Şagirdlərdən 20 yanvar haqqında qısa bayatılar soruşulur. Hər qrupdan bir şagirdin deməsi kifayətdir. Bayatılar deyilən vaxt 12-ci slaydda 20 yanvar şəhidlərinə aid foto slayd nümayış olunur.

 Şeüirlərdən sonra diqqəti yenidən qrup işlərinə yönəldirəm. 3-cü suala yazılan cavablara baxırıq. Sual belə idi: Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın. Şagirdlərin cavabları oxunur.

 Müəllim:

-        İndi isə 70 şagird arasında apardığım sorğunun nəticəsi ilə qrupların nəticələrini müqayisə edək.

14 nömrəli slayd ekrana gəlir.

 

Slayddakı ilk sözü tapan qrupa 3,2ci sözü tapana 2,3-cü sözü tapana 1 xal verilir və qiymətləndirmə cədvəlində qeyd olunur. Eyni zamanda tətbiqetmə mərhələsindəki işlər 5 ballıq sistemlə qiymətləndirilib cədvəldə qeyd olunur.

        

Tətbiqetmə
 

 

 

 

 


     

 

 

      

        Növbəti tətbiqetmə mərhələsində qrupların yarışını təşkil edirəm.

 

 

“Breyn-rinq” adlı yarışmamız test formasındadır. Bölmələr:

Azərbaycan-dili, Tarix, Coğrafiya, Biologiya, Məntiq və Əyləncəli riyaziyyat. Hər bölmədə 5sual var. Sualların cavablarını ifadə edən ədəd variantlarda verilmiş ifadələrin əmsallarının mütləq qiymətinə bərabərdir. Şagirdlər 3 variantdakı əmsalları tapmalı,hansının verilmiş sualın cavabını olduğunu deməlidir. Cavabın səhv ,yaxud düzgün olmasını slayd vasitəsilə yoxlayacağıq.(Məntiq və əyləncəli riyaziyyat bölmələrində variant yoxdur)

Bölmələr:

 

 

 

Şagirdlərə tövsiyyəm:  Zəfər qrupu 10 ballı sualları,  Uğur qrupu 20 ballı sualları, Qələbə və Lider qrupları 30 və 40 ballı sualları seçsinlər. 50 ballı suallar qalibi müəyyən etmək üçün lazım olsa istifadə olunacaq.

Hər qrupdan bir şagird lövhəyə gəlir,istədiyi bölmədən 1 sualı seçir və lövhədə həll edir. Qurtardıqda cavabı elan edir. Slaydla cavabın doğruluğu yoxlanılır. Cavab doğru olarsa o qrupa 1 xal verilir,səhv olarsa 1xal çıxılır və qrupun digər üzvü köməyə gəlir. Yeni üzv düzgün həll etsə xal sıfırlanır,əks halda xal -2-yə enir. Bu qayda ilə hər qrupdan 6 şagird

növbə ilə lövhədə həll edirlər. Qiymətləndirilmə xüsusi yerdə qeyd olunur,yekun xal cədvəldə göstərilir.

 Suallar və düzgün cavablar belədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan        dili

Düzgün cavablar:

C)  -11ab

əmsal -11, mütləq qiyməti 11

B) 6ab

əmsal 6, mütləq qiyməti 6

B) -3xy

əmsal -3, mütləq qiyməti 3

B) -2xyz

əmsal -2, mütləq qiyməti 2

A) 3mnk

əmsal 3, mütləq qiyməti 3

 

 

 

 

 

 

 

T   a   r   i   x

Düzgün cavablar:

A)  ab

əmsal 1, mütləq qiyməti 1

C) -5ab

əmsal -5, mütləq qiyməti 5

B) -672ab

əmsal -672, mütləq qiyməti  672

B) 28abc

əmsal 28, mütləq qiyməti 28

B) 282abc

əmsal 282, mütləq qiyməti 282

 

 

 

    

 

C o ğ r a f i y a  

Düzgün cavablar:

C)  5xy

əmsal 5, mütləq qiyməti 5

B) 12ab

əmsal 12, mütləq qiyməti 12

C) 3xy

əmsal 3, mütləq qiyməti  3

B) 3500abc

əmsal 3500, mütləq qiyməti 3500

A) -1500xyz

əmsal -1500, mütləq qiyməti 1500

 

 

 

     

B  i  o  l  o  g  i  y  a

Düzgün cavablar:

C)  -4xy

əmsal -4, mütləq qiyməti 4

B) -2xy

əmsal -2, mütləq qiyməti 2

A) -200mk

əmsal -200, mütləq qiyməti  200

C) -4xyz

əmsal -4, mütləq qiymət 4

 

B) 3600mnk

əmsal 3600, mütləq qiymət 3600

 

 

 

 

 

 

 

Məntiq

Düzgün cavablar:

3+5=8

5+8=13

8+13=21

 

21-1=20

20-2=18

18-3=15

15-4=11

11-5=6

6-6=0

 

1*1=1

1*2=2

2*3=6

6*4=24

24*5=120

120*6=720

 

23=8

33=27

43=64

53=125

63=216

 

2*2+3=7

7*2+3=17

17*2+3=37

37*2+3=77

77*2+3=157

 

 

     

Əyləncəli riyaziyyat

Düzgün cavablar:

Cavab: 5

            

 

Cavab: on iki və ya 12.

 

Cavab:cəmi. Rəqəmlər 0-9 rasındadır,hasili

0-a bərabərdir.

 

Cavab: 2sm.

240 səhifə 120 vərəqdir,bu da 2sm edir.

Cavab:5040.

ƏKOB tapmaq lazımdır.

 

    

 

 

   Ümumiləşmə və  nəticə.

 

 

Əmsalın tərifini şagirdlərlə ümumiləşdirirəm. Riyazi ifadədəki ədədi vuruğa ƏMSAL deyilir.

 Əmsalın tapılmasına aid şifahi suallar verirəm:

-      5a·2b ifadəsində əmsal neçədir?

-      10

-      7m·(-4n) ifadəsində əmsal neçədir?

-      (-28)

-      1,4x·(-5y)·(-3z) ifadəsində əmsal neçədir?

-      21

-      abc ifadəsində əmsal neçədir?

-     1.

 

 

                    Qiymətləndirmə və refleksiya
 

 


    Qrup Qrup işlərinin qiymətləndirilməsinə əmkdaşlıq və vaxta qənaət də əlavə olunub yekun vurulur,qalib qrup elan olunur. (Əlavə olaraq tez hesablanması üçün exceldə tərtib etdiyim qiymətləndirmə cədvəlinə də ballar yazılır,yekun bal avtomatik cəmlənir). Qiymətləndirmə cədvəli belədir:

Meyar    

UĞUR

QƏLƏBƏ

ZƏFƏR

LİDER

Rebus

 

 

 

 

Təqdimat(misal)

 

 

 

 

Söz bazası

 

 

 

 

Tətbiqetmə(yekun)

 

 

 

 

Əməkdaşlıq

 

 

 

 

Vaxta qənaət

 

 

 

 

Yekun

 

 

 

 

Qrup qiymətləndirməsindən sonra əvvəldən yazılmış 4səviyyədə qiymətləndirmə meyarları cədvəlinə uyğun olaraq 5-6 şagirdi fərdi qiymətləndirib gündəliklərində qeyd edirəm.

Standart

1.2.1.  Tam ədədlər üzərində hesab əməllərini yerinə yetirir.

Səviyyə  

I səviyyə

II səviyyə

II səviyyə

IV səviyyə

Meyar

Əmsal anlayışını anlayır

Verilmiş hasildə əmsalı çətinliklə təyin edir

Verilmiş hasildə əmsalı müəllimin köməkliyi ilə tapır

Verilmiş hasildə əmsalı sərbəst şəkildə təyin edir

 

      

          Sonda şagirdlərə  ev tapşırıqlarını verirəm. Tapşırıqlar  17 nömrəli slaydda verilib.

 

 

Просмотрено: 0%
Просмотрено: 0%
Скачать материал
Скачать материал "Prezentasii po matematike na temi "Koefficent"("Əmsal") ( 6 klass)"

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 2 месяца

Инструктор по гимнастике

Получите профессию

Бухгалтер

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Выбранный для просмотра документ açıq dərs 6.pptx

Скачать материал "Prezentasii po matematike na temi "Koefficent"("Əmsal") ( 6 klass)"

Получите профессию

Интернет-маркетолог

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Описание презентации по отдельным слайдам:

  • RİYAZİYYAT   23 yanvar  2014-cü ilMüəllif:Azərin Xanım

    1 слайд

    RİYAZİYYAT
    23 yanvar 2014-cü il
    Müəllif:Azərin Xanım

  • Motivasiya
   



    3b2aS=2a·3b=2·3ab=6abS=?

    2 слайд

    Motivasiya






    3b
    2a
    S=2a·3b=2·3ab=6ab
    S=?

  • Sadələşdirin:1) 5x·(-3y)=
2) -6a·(-2b)=
3) 0,4m·3n=
4) -1 1 2 𝑘∙1 7 9 𝑝𝑞=-15x...

    3 слайд

    Sadələşdirin:
    1) 5x·(-3y)=
    2) -6a·(-2b)=
    3) 0,4m·3n=
    4) -1 1 2 𝑘∙1 7 9 𝑝𝑞=
    -15xy
    12ab
    1,2mn
    -2 2 3 kpq

  • 4 слайд

  • 5 слайд

  • 6 слайд

  • 7 слайд

  • IŞ VƏRƏQİ № 11) ab riyazi ifadəsinin əmsalı neçədir?
2) Sadələşdirib əmsalı t...

    8 слайд

    IŞ VƏRƏQİ № 1
    1) ab riyazi ifadəsinin əmsalı neçədir?
    2) Sadələşdirib əmsalı tapın:
    3x·(-2y)·2,5z
    -4a·(-3b)·2c
    3m·3 2 3 n·k
    Alınan ifadələrin əmsallarını toplayın.

    Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın.
    1
    -15
    24
    11
    20

  • IŞ VƏRƏQİ № 21) -xy riyazi ifadəsinin əmsalı neçədir?
2) Sadələşdirib əmsalı...

    9 слайд

    IŞ VƏRƏQİ № 2
    1) -xy riyazi ifadəsinin əmsalı neçədir?
    2) Sadələşdirib əmsalı tapın:
    -3a·4b·(-2c)
    0,5m·5n·10k
    10y·(-2 2 5 x)·2z
    Alınan ifadələrin əmsallarını toplayın.

    Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın.
    -1
    25
    -48
    1
    24

  • IŞ VƏRƏQİ № 31) mn riyazi ifadəsinin əmsalı neçədir?
2) Sadələşdirib əmsalı t...

    10 слайд

    IŞ VƏRƏQİ № 3
    1) mn riyazi ifadəsinin əmsalı neçədir?
    2) Sadələşdirib əmsalı tapın:
    2,4m·5n·(-k)
    -2x·(-3y)·2,5z
    7a·1 1 7 b·2c
    Alınan ifadələrin əmsallarını toplayın.

    Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın.
    1
    15
    16
    19
    -12

  • IŞ VƏRƏQİ № 41) -pq riyazi ifadəsinin əmsalı neçədir?
2) Sadələşdirib əmsalı...

    11 слайд

    IŞ VƏRƏQİ № 4
    1) -pq riyazi ifadəsinin əmsalı neçədir?
    2) Sadələşdirib əmsalı tapın:
    -2m·(-5n)·6k
    2a·(-1,5b)·2c
    -8y·2 1 4 x·(-2z)
    Alınan ifadələrin əmsallarını toplayın.

    Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın.
    -1
    -6
    36
    90
    60

  • 12 слайд

  • Ərik(13),əl(10),əməl(7)Maşın(12),misal(9),məsələ(7)Saat(12),soğan(6),say(5)...

    13 слайд

    Ərik(13),əl(10),əməl(7)
    Maşın(12),misal(9),məsələ(7)
    Saat(12),soğan(6),say(5)
    Alma(13),ağac(9),alim(6)
    Limon(28),layihə(10),lampa(9)
    ƏMSAL

  •  TƏTBİQETMƏ

    14 слайд

    TƏTBİQETMƏ

  • Ümumiləşmə və nəticəRiyazi  ifadədəki ədədi vuruğa ƏMSAL  deyilir.
Əmsalı tap...

    15 слайд

    Ümumiləşmə və nəticə
    Riyazi ifadədəki ədədi vuruğa ƏMSAL deyilir.
    Əmsalı tapmaq üçün riyazi ifadəni sadələşdirmək,qruplaşdırma qanununu tətbiq edərək ədədi ədədə vurub sonra hərfləri yazmaq lazımdır.
    Məsələn, 5ab*2c=(5*2)abc=10abc

  • Qiymətləndirmə və refleksiya

    16 слайд

    Qiymətləndirmə və refleksiya

  • Qiymətləndirmə və refleksiya

    17 слайд

    Qiymətləndirmə və refleksiya

  • Ev tapşırığı1, İzahlı lüğətdən və ya internetdən Əmsal sözünün mənasını axtar...

    18 слайд

    Ev tapşırığı
    1, İzahlı lüğətdən və ya internetdən Əmsal sözünün mənasını axtarıb tapmaq.

    2, Dərslik səh.98-dəki çalışmaları həll etmək.

  • 19 слайд

Получите профессию

Технолог-калькулятор общественного питания

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Выбранный для просмотра документ breyn rinq.pptx

Скачать материал "Prezentasii po matematike na temi "Koefficent"("Əmsal") ( 6 klass)"

Получите профессию

Секретарь-администратор

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Описание презентации по отдельным слайдам:

  • TətbiqetməBreyn Rinq 23 yanvar 2014-cü il

    1 слайд

    Tətbiqetmə
    Breyn Rinq
    23 yanvar 2014-cü il

  • 2 слайд

  • Coğrafiya - 10Azərbaycan neçə ölkə ilə həmsərhəddir? A)  -2b·(-5a)B)   -3x·2z...

    3 слайд

    Coğrafiya - 10
    Azərbaycan neçə ölkə ilə həmsərhəddir?
    A) -2b·(-5a)
    B) -3x·2z
    C) 2x·2,5y

  • Coğrafiya -20Zəlzələnin dağıdıcı təsirləri neçə ballıq sistemlə qiymətləndiri...

    4 слайд

    Coğrafiya -20
    Zəlzələnin dağıdıcı təsirləri neçə ballıq sistemlə qiymətləndirilir?
    A) -6m·2,5n
    B) 1,5a·8b
    C) -3x·(-1,5y)

  • Coğrafiya - 30Yer qabığı neçə qatdan təşkil olunub?A) -1,5m·4nB)  3a·(-2b)C)...

    5 слайд

    Coğrafiya - 30
    Yer qabığı neçə qatdan təşkil olunub?
    A) -1,5m·4n
    B) 3a·(-2b)
    C) -2x·(-1,5y)

  • Coğrafiya - 40Nüvənin temperaturu  nə qədərdir?A) 25x·6y·(-8z)B) -50a·(-14b)·...

    6 слайд

    Coğrafiya - 40
    Nüvənin temperaturu nə qədərdir?
    A) 25x·6y·(-8z)
    B) -50a·(-14b)·5c
    C) 25m·(-8n)·(-2k)

  • Coğrafiya - 50Orta miqyaslı qlobusda ekvatorun uzunluğu neçə sm verilir?A) 25...

    7 слайд

    Coğrafiya - 50
    Orta miqyaslı qlobusda ekvatorun uzunluğu neçə sm verilir?
    A) 25 𝟏 𝟐 𝒙∙(−𝟓 𝟏 𝟏𝟕 𝒚)∙𝟏𝟏 𝟐𝟕 𝟒𝟑
    B) −𝟑𝟓 𝟑 𝟒 𝒂∙𝟑 𝟐𝟕 𝟏𝟒𝟑 𝒃∙(−𝟏𝟎 𝟏 𝟐 𝒄)
    C) -42 𝟐 𝟑 𝒎∙(−𝟑 𝟑 𝟑𝟐 𝒏)∙𝟏𝟏 𝟑 𝟏𝟏 𝒌

  • Azərbaycan dili - 20İsmin   neçə   halı   var?   A) -2x·4yB) 3a·2bC) 5m·(-4n)

    8 слайд

    Azərbaycan dili - 20
    İsmin neçə halı var?

    A) -2x·4y
    B) 3a·2b
    C) 5m·(-4n)

  • Azərbaycan dili - 10Dilimizdə cəmi neçə nitq hissəsi var?A) -2k·(-3m)B) 5x·(-...

    9 слайд

    Azərbaycan dili - 10
    Dilimizdə cəmi neçə nitq hissəsi var?
    A) -2k·(-3m)
    B) 5x·(-2y)
    C) 2a·(-5,5b)

  • Azərbaycan dili - 30           Sifətin neçə dərəcəsi var? A) 1,5m·1,5nB) 1,5x...

    10 слайд

    Azərbaycan dili - 30
    Sifətin neçə dərəcəsi var?
    A) 1,5m·1,5n
    B) 1,5x·(-2y)
    C) -3a·2b

  • Azərbaycan dili - 40 Sayın mənaca neçə növü var?A) 𝟏 𝟏 𝟒 𝒂∙(−𝟏 𝟑 𝟓 𝒃)∙𝟑𝒄B) 𝟏...

    11 слайд

    Azərbaycan dili - 40
    Sayın mənaca neçə növü var?
    A) 𝟏 𝟏 𝟒 𝒂∙(−𝟏 𝟑 𝟓 𝒃)∙𝟑𝒄
    B) 𝟏 𝟏 𝟐 𝒙∙ 𝟐 𝟑 𝒚∙(−𝟐𝒛)
    C) -2 𝟏 𝟑 𝒎∙(− 𝟑 𝟕 𝒏)∙𝟑𝒌

  • Azərbaycan dili - 50«Sinifdəki uşaqlar yeni dərsi böyük maraqla dinləyirdilər...

    12 слайд

    Azərbaycan dili - 50
    «Sinifdəki uşaqlar yeni dərsi böyük maraqla dinləyirdilər.» cümləsində neçə sifət işlənib?
    A) 1 𝟐𝟑 𝟒𝟕 𝒎∙(−𝟏 𝟏𝟐 𝟑𝟓 𝒏)∙(−𝟏 𝟏 𝟐 𝒌)
    B) -1 𝟓 𝟔𝟑 𝒂∙ 𝟑 𝟏𝟕 𝒃∙(−𝟏𝟎 𝟏 𝟐 𝒄)
    C) -1 𝟑 𝟑𝟏 𝒙∙(−𝟑 𝟏𝟏 𝟏𝟕 𝒚)∙𝟏 𝟏 𝟐 𝒛

  • Tarix - 10A) -a·(-b)B) 2n·1,5mC) -2x·(-y)Nil çayı ildə neçə dəfə daşaraq öz m...

    13 слайд

    Tarix - 10
    A) -a·(-b)
    B) 2n·1,5m
    C) -2x·(-y)
    Nil çayı ildə neçə dəfə daşaraq öz məcrasından çıxır?

  • Tarix - 20Orxon yazısı e.ə. neçənci əsrə aiddir?A) -5m·2nB) -3,4x·1,2yC) 2,5a...

    14 слайд

    Tarix - 20
    Orxon yazısı e.ə. neçənci əsrə aiddir?
    A) -5m·2n
    B) -3,4x·1,2y
    C) 2,5a·(-2b)

  • Tarix - 30Midiya Aşşurların işğalından nə vaxt azad oldu?A) -64k·(-5p)B) -84a...

    15 слайд

    Tarix - 30
    Midiya Aşşurların işğalından nə vaxt azad oldu?
    A) -64k·(-5p)
    B) -84a·8b
    C) 75m·5n

  • Tarix - 40E.ə. VII əsrdə baş vermiş hadisədən hazırda neçə əsr keçib?A)  𝟕 𝟏𝟔...

    16 слайд

    Tarix - 40
    E.ə. VII əsrdə baş vermiş hadisədən hazırda neçə əsr keçib?
    A) 𝟕 𝟏𝟔 𝒙∙(−𝟏 𝟏𝟏 𝟐𝟏 𝒚)∙𝟐𝟏𝒛
    B) 𝟑 𝟐 𝟕 𝒂∙(− 𝟒 𝟐𝟑 𝒃)∙(−𝟒𝟗𝒄)
    C) -2,4m·𝟏 𝟐 𝟑 𝒏∙(−𝟏𝟐𝒌)

  • Tarix - 50Hammurapinin qanunları  neçə maddədən ibarətdir?A) -12 𝟔 𝟑𝟓 𝒙∙𝟔 𝟒 𝟏...

    17 слайд

    Tarix - 50
    Hammurapinin qanunları neçə maddədən ibarətdir?
    A) -12 𝟔 𝟑𝟓 𝒙∙𝟔 𝟒 𝟏𝟏 𝒚∙(−𝟒 𝟏 𝟒 𝒛)
    B) 𝟏𝟓 𝟑 𝟏𝟒 𝒂∙(−𝟐 𝟏 𝟐 𝒃)∙(−𝟖 𝟐 𝟑𝟓 𝒄)
    C) -𝟐𝟏 𝟏𝟑 𝟏𝟓 𝒌∙(−𝟏 𝟐 𝟒𝟏 𝒎)∙𝟏𝟓 𝟓 𝟖 𝒏

  • Məntiq - 10Ardıcıllığı tamamlayın:
       3, 5, 8, 13, ?21CAVAB

    18 слайд

    Məntiq - 10
    Ardıcıllığı tamamlayın:
    3, 5, 8, 13, ?


    21
    CAVAB

  • Məntiq - 20Ardıcıllığı tamamlayın:
21,20,18,15,11,6,?0CAVAB

    19 слайд

    Məntiq - 20
    Ardıcıllığı tamamlayın:
    21,20,18,15,11,6,?


    0
    CAVAB

  • Məntiq - 30Ardıcıllığı tamamlayın:
1,1,2,6,24,120,?720CAVAB

    20 слайд

    Məntiq - 30
    Ardıcıllığı tamamlayın:
    1,1,2,6,24,120,?
    720
    CAVAB

  • Məntiq - 40Ardıcıllığı tamamlayın :
 8,27,64,125,?216CAVAB

    21 слайд

    Məntiq - 40
    Ardıcıllığı tamamlayın :
    8,27,64,125,?
    216
    CAVAB

  • Məntiq - 50Ardıcıllığı tamamlayın :
2,7,17,37,77,?157CAVAB

    22 слайд

    Məntiq - 50
    Ardıcıllığı tamamlayın :
    2,7,17,37,77,?
    157
    CAVAB

  • Əyləncəli 
riyaziyyat - 10Stolun üstü dördbucaqlı formasındadır. Onun bir buc...

    23 слайд

    Əyləncəli
    riyaziyyat - 10
    Stolun üstü dördbucaqlı formasındadır. Onun bir bucağını kəsdilər. İndi stolun üstü neçə bucaqlıdır?
    5
    CAVAB

  • Əyləncəli 
riyaziyyat - 20Yeddinin üzərinə beş əlavə etdilər. Nəticə necə yaz...

    24 слайд

    Əyləncəli
    riyaziyyat - 20
    Yeddinin üzərinə beş əlavə etdilər. Nəticə necə yazılmalıdır: on bir yoxsa onbir?
    12
    CAVAB

  • Əyləncəli 
riyaziyyat - 30Bütün rəqəmlərin cəmi böyükdür,
yoxsa hasili?CəmiCAVAB

    25 слайд

    Əyləncəli
    riyaziyyat - 30
    Bütün rəqəmlərin cəmi böyükdür,
    yoxsa hasili?
    Cəmi
    CAVAB

  • Əyləncəli 
riyaziyyat - 4060 vərəq 1sm qalınlığındadır. Kitab 240 səhifədirsə...

    26 слайд

    Əyləncəli
    riyaziyyat - 40
    60 vərəq 1sm qalınlığındadır. Kitab 240 səhifədirsə, qalınlığı nə qədər olar?
    2 sm
    CAVAB

  • Əyləncəli 
riyaziyyat - 501;2;3;4;5;6;7;8;9 və 10 ədədlərinin 
hər birinə qal...

    27 слайд

    Əyləncəli
    riyaziyyat - 50
    1;2;3;4;5;6;7;8;9 və 10 ədədlərinin
    hər birinə qalıqsız bölünən ədəd hansıdır?
    5040
    CAVAB

  • Biologiya - 10İnsanda neçə toxuma var?A) -2a·3bB) 3m·nC) 2x·(-2y)

    28 слайд

    Biologiya - 10
    İnsanda neçə toxuma var?


    A) -2a·3b
    B) 3m·n
    C) 2x·(-2y)

  • Biologiya - 20Mitoz yolla bölünmə zamanı bir ana hüceyrədən neçə qız hüceyrə...

    29 слайд

    Biologiya - 20
    Mitoz yolla bölünmə zamanı bir ana hüceyrədən neçə qız hüceyrə əmələ gəlir?
    A) -3a·(-2b)
    B) 0,5x·(-4y)
    C) 2m·1,5n

  • Biologiya - 30Obyektiv 20x, okulyar 10x olduğu halda mikroskopun böyütmə dərə...

    30 слайд

    Biologiya - 30
    Obyektiv 20x, okulyar 10x olduğu halda mikroskopun böyütmə dərəcəsi neçə olar?


    A) 40k·(-5m)
    B) -20a·(-30b)
    C) 10x·10y

  • Biologiya - 401. Canlılar aləmi neçə qrupa bölünür?A) 1,5a· 𝟑 𝟓 b·(-2c)B)...

    31 слайд

    Biologiya - 40
    1. Canlılar aləmi neçə qrupa bölünür?


    A) 1,5a· 𝟑 𝟓 b·(-2c)
    B) 𝟓 𝟖 m·2 𝟒 𝟓 n·(-1 𝟏 𝟕 k)
    C)-3 𝟏 𝟐 x·(-1 𝟐 𝟕 y)·(- 𝟖 𝟗 z)

  • Biologiya - 50 İşıq mikroskopu cismi neçə dəfə böyüdür?A) 5,25x·𝟖 𝟏𝟔 𝟏𝟐𝟓 𝒚∙...

    32 слайд

    Biologiya - 50
    İşıq mikroskopu cismi neçə dəfə böyüdür?


    A) 5,25x·𝟖 𝟏𝟔 𝟏𝟐𝟓 𝒚∙(-9 𝟓 𝟖 z)
    B)-10 𝟏𝟎 𝟏𝟑 m·32 𝟐 𝟕 n·(-10 𝟐 𝟓 k)
    C) 2 𝟓 𝟖 a·(-12 𝟓 𝟏𝟎 b)· 𝟏𝟖𝟑 𝟏𝟎𝟎 c

  • DOĞRUDUR!geri

    33 слайд

    DOĞRUDUR!
    geri

  • Səhvdir !
GERİ

    34 слайд

    Səhvdir !

    GERİ

Получите профессию

HR-менеджер

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Получите профессию

Интернет-маркетолог

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 661 554 материала в базе

Скачать материал

Другие материалы

Презентация к уроку математики в 5 классе «Повторение, обобщение и систематизация знаний по теме «Упрощение выражений»
  • Учебник: «Математика (в 2 частях)», Виленкин Н.Я., Жохов В.И., Чесноков А.С., Шварцбурд С.И.
  • Тема: 14. Упрощение выражений
  • 05.10.2020
  • 352
  • 10
«Математика (в 2 частях)», Виленкин Н.Я., Жохов В.И., Чесноков А.С., Шварцбурд С.И.

Вам будут интересны эти курсы:

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 09.01.2015 421
    • RAR 10.4 мбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Rustamova Vusala Mamedaqa qizi. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Rustamova Vusala Mamedaqa qizi
    Rustamova Vusala Mamedaqa qizi
    • На сайте: 8 лет и 9 месяцев
    • Подписчики: 0
    • Всего просмотров: 3551
    • Всего материалов: 5

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Няня

Няня

500/1000 ч.

Подать заявку О курсе

Курс повышения квалификации

Формирование умений и навыков самостоятельной работы у обучающихся 5-9 классов на уроках математики в соответствии с требованиями ФГОС

36 ч. — 144 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 96 человек из 39 регионов
  • Этот курс уже прошли 452 человека

Курс повышения квалификации

Развитие предметных навыков при подготовке младших школьников к олимпиадам по математике

36 ч. — 144 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 44 человека из 17 регионов
  • Этот курс уже прошли 101 человек

Курс повышения квалификации

Практические аспекты применения современных технологий при обучении школьников математике в рамках ФГОС ООО

36 ч. — 144 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 57 человек из 32 регионов
  • Этот курс уже прошли 412 человек

Мини-курс

Управление проектами: концепции, практика и финансы

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе

Мини-курс

Психология учебной среды и развития детей: от диагностики к коррекции

3 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 25 человек из 16 регионов
  • Этот курс уже прошли 25 человек

Мини-курс

Формирование здоровых детско-родительских отношений: влияние и преодоление сепарации

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 159 человек из 46 регионов
  • Этот курс уже прошли 85 человек