Рабочие листы
к вашим урокам
Скачать
1 слайд
Sumqayıt şəhəri 21saylı tam orta məktəbin Riyaziyyat müəllimi
Əhmədova Amalyanın
«Venn diaqramının tətbiqi ilə məsələ həlli» mövzusunda
təqdimatı
2 слайд
Riyaziyyat.V sinif
Standart:1.1.4.İki sonlu çoxluğun birləşməsi və kəsişməsini tapır.
Mövzu:Venn diqramının tətbiqi ilə məsələ həlli.
Məqsəd:
Müəyyən qanunauyğunluqlar seçməklə çoxluqları tanıyır və yazır.
Çoxluqa daxil olan bilən və olmayan elementləri müəyyən edir.
İki çoxluqun kəsişməsini və birləşməsini onları təşkil edən elementlərə görə müəyyən edir.
İki çoxluqun kəsişməsini Venn diaqramı ilə təqdim edir.
Venn diaqramının tətbiqi ilə məsələ həll edir.
3 слайд
İnteqrasiya:Rəsmxət,həndəsə.
İş forması:Kiçik qrup və böyük qrup(kollektiv).
İş üsulu:Beyin həmləsi,müzakirə.
Resurs:Dərslik,test kitabı,işçi vərəqlər.
Dərsə başlamazdan əvvəl lövhədə BİBÖ cədvəlini çəkirəm.
4 слайд
Sinifə müraciət edirəm.Çoxluqlar haqqında nə bilirsiniz?
Bütün fikirlər cədvəldə «Bildiklərimiz» qrafasında yazılır.
Cədvəlin orta qrafasını doldurmaq üçün növbəti sualı verirəm.Çoxluqlara aid daha nəyi bilmək istərdiniz?
Şagirdlər fikir mübadiləsi edirlər və II qrafanı doldururlar.
Bundan sonra dərsin mövzusunu elan edirəm.»Venn diaqramının tətbiqi ilə məsələ həlli»
5 слайд
Dərsin gedişi
1.Motivasiya.Məsələ:V sinifdəki şagirdlərin 14-ü riyaziyyat dərnəyində,15-i xor dərnəyində,5-i isə hər iki dərnəkdə iştirak edir.Sinifdə neçə şagird var?(məsələni Venn diaqramı ilə həll edin)
Məsələnin həlli üçün sualı dəyişirəm.Kim hansı üsulla bu məsələni həll edər?
Şagirdlər fikir mübadiləsi edir.Bildikləri varianti təqdim edirlər.(14-5)+(15-5)+5=24
6 слайд
Venn diaqramı ilə məsələni həll etmək üçün şagirdlərə yardımçı suallar verirəm.
Bunun üçün hər dərnəkdə iştirak edən şagirdlərə bir çoxluq kimi,hər iki dərnəkdə iştirak edən şagirdlərə isə bir çoxluq kimi baxmaq lazımdır.
1.Hər iki dərnəkdə iştirak edən şagirdlərin sayı nə qədərdir?(Şagirdlər iki çoxluqun kəsişməsinə əsasən bu şagirdlərin sayının 5 olduqunu müəyyən edirlər.)
2.Bəs yalnız riyaziyyat dərnəyində neçə şagird iştirak edir?(Şagirdlər riyaziyyat dərnəyində iştirak edən 14 şagirdin 5-in həm də xor dərnəyində iştirak etdiyini nəzərə alaraq sırf riyaziyyat dərnəyində 14-5=9 şagird olduqunu müəyyən edirlər.)
3.Eyni qayda ilə qrupun şagirdləri yalnız xor dərnəyində 15-5=10 şagirdin olduqunu tapırlar.
4.Nəticədə bütün şagirdlərin sayı müəyyən olunur.
9+10+5=24
7 слайд
8 слайд
Diaqram qurulduqdan sonra şagirdlər «Öyrəndim» qrafasına öz fikirlərini yazırlar,yəni «Venn diaqramı ilə məsələ həll etməyi öyrəndim.»
9 слайд
Tədqiqat sualı:Venn diaqramı ilə məsələ həll etdikdə nəyə diqqət etmək lazımdır?
2.Tədqiqatın aparılması:Hər qrupa iş vərəqləri paylanır.
İş vərəq 1.
7elementi olan iki kəsişən çoxluqu Venn diaqramında elə yerləçdirin ki,hər bir çoxluğa aid elementlərin sayı
1)birində 1,digərində 2
2)hər birində 4 element
element olsun.
İş vərəq 2.
7element olan iki kəsişən çoxluğu Venn diaqramında elə yerləçdirin ki,hər bir çoxluğa aid elementlərin sayı
1)hər birində 5 element
2) birində 5,digərində 3
element olsun.
10 слайд
İş vərəq 3.
5elementi olan iki kəsişən çoxluğu venn diaqramında elə yerləşdirin ki,hər bir çoxluğa aid elementlərin sayı
1)birində 2,digərində 4
2)birində 4,digərində 3
element olsun.
İş vərəq 4.
Bir sinifdəki şagirdlər arasında aparılan sorğunun nəticələrinə görə 12 nəfər futbolu,8 nəfər basketbolu,3 nəfər isə həm futbol,həm də basketbolu sevir.Sorğu neçə şagird arasında aparılmışdır?
11 слайд
3.Məlumatın mübadiləsi:
Hər qrupdan bir nəfər qrupun işini təqdim edir.Təqdimatlar yazı taxtasında asılır.
4.Məlumatın müzakirəsi:
Təqdimatın nəticələrini şagirdlərlə müzakirə edirəm.Sonra şagirdlərə müzakirə sualları verirəm
1.Məsələni Venn diaqramı ilə həll etməyin nə kimi əhəmiyyəti var?
2.Bu tip məsələlərin həlli şagirdlərə necə təsir edir?
5.Nəticə və ümümiləşdirmə:
Diqqətimi tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını ümümiləşdirirəm.
1.Əvvəlcə hər iki çoxluğa aid olan elementlər Venn diaqramında dairələrin kəsişdiyi hissədə,yəni hər iki dairəyə aid olan hissədə yerləşdirilir.
2.Elementlər dairələrdə ədədlərlə və ya nöqtələrlə qeyd edilir.
3.Hər iki çoxluğa aid olan elementlər ayrı-ayrı çoxluqlara daxil olan elementlərin ümümi sayından çıxılır.
Bu tip məsələlər şagirdin məntiqi təfəkkürünü inkişaf etdirməklə onlara məlumatı araşdırma və təqdimetmə bacarıqlarını aşılayır.
12 слайд
7.Qiymətləndirmə aşağıdakı meyarlarla dərsin bütün mərhələləri üzrə aparılır.
Meyar cədvəlində qeyd olunur.
Meyar cədvəli
13 слайд
Ev tapşırığı:
Dərslikdən №5,6,7 səh.20
Test tapşırıqları kitabından.
14 слайд
Diqqətinizə görə təşəkkürlər!
Рабочие листы
к вашим урокам
Скачать
Dərsin müəllifi həmkarım Əhmədova Amalyadır.
.........................................................................................
..............................................................................................
...................................................................................................
........................................................................................................................................................................................................................................................................................................................................................................................................................
6 664 087 материалов в базе
Настоящий материал опубликован пользователем Rustamova Vusala Mamedaqa qizi. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт
Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.
Удалить материалВаша скидка на курсы
40%Курс профессиональной переподготовки
500/1000 ч.
Курс повышения квалификации
72 ч. — 180 ч.
Курс профессиональной переподготовки
300/600 ч.
Курс повышения квалификации
36 ч. — 144 ч.
Мини-курс
4 ч.
Мини-курс
6 ч.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.