Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram qızının
VI sinifdə keçdiyi “B.Vahabzadənin “Bayraq” şeirinin təhlili” dərsinin
İCMALI
Mövzu: B.Vahabzadənin “Bayraq” şeirinin təhlili
Standart:
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.2.4. Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
Təlim məqsədləri:
Şagird B.Vahabzadənin «Bayraq» şeirini ideya-məzmununa uyğun ifadəli oxuyur.
Şagird B.Vahabzadənin «Bayraq» şeirinin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
İş forması: Qruplarla iş, kollektivlə iş
İş üsulları: Əqli hücüm, müzakirə
İnteqrasiya:Tarix, rəsm
Resurslar:Dərslik, şəkillər, iş vərəqləri, rəngli
karandaşlar, proyektor
Dərsin gedişi:
Sinfin təşkili: Şagirdlərlə salamlaşmadan sonra sinfi təşkil edirəm və onları bugünkü meyarlarla tanış edirəm.
Motivasiya:Uşaqlara sual verirəm: “Müstəqil dövləti səciyyələndirən cəhətlər haqqında fikirləriniz?” Şagirdlər bu suala müxtəlif cavablar verə bilərlər, məsələn: ərazi bütövlüyü, müstəqil siyasət, milli ordu, milli atributlar – gerb, himn, bayraq. Əgər şagirdlər bayraq cavabını verə bilmsələr, onlara yönəldici suallar verirəm. Bayraq cavabını aldıqdan sonra üzərində bayraqla əlaqəli müxtəlif şəkillər olan plakat göstərirəm və gördükləri şəkillər barədə öz fikirlərini bildirmələrini istəyirəm. Şagirdlər mənim bələdçiliyim ilə müxtəlif fikirlər bildirirlər və bayraqla bağlı xeyli məlumat əldə edirlər.
Tədqiqatın aparılması:
Bundan sonra şagirdlərə dərsin adın açıqlayıram və tədqiqat suallarını verirəm:
Bayrağın dövlət üçün əhəmiyyəti?
B.Vahabzadənin «Bayraq» şeirinin əsas ideyasını və əhəmiyyətini nədə görürsünüz?
Sonra şagirdləri 3 qrupa bölürəm: I qrup: Zirvə, II qrup: Zəfər, III qrup: Qələbə
Qrup işindən əvvəl şagirdləri qrup fəaliyyətinin qaydaları ilə tanış edirəm. Qiymətləndirmə meyarlarını da uşaqların nəzərinə çatdırıram.
Bundan sonra hər bir qrupa işçi vərəqələrini paylayıram.
Məlumat mübadiləsi və müzakirəsi:
Qrupların təqdimatlarını dinləyirəm, öz əlavələrimi edərək ümumi nəticəni elan edirəm və şagirdlərin özlərinin iştirakı ilə qiymətləndirmə aparıram.
Qiymətləndirmə:
Qruplar
Meyarlar
I Qrup
ZİRVƏ
II Qrup
ZƏFƏR
III Qrup
QƏLƏBƏ
İfadli oxu
Şərh etmə
Münasibət bildirmə
Yaradıcılıq
Əməkdaşlıq
Yekun
Ev tapşırığı: B.Vahabzadənin «Bayraq» şeiri haqqında kiçik esse
yazın.
‹ ›
Чтобы скачать материал, введите свой E-mail, укажите, кто Вы, и нажмите кнопку
Нажимая кнопку, Вы соглашаетесь получать от нас E-mail-рассылку
Если скачивание материала не началось, нажмите еще раз "Скачать материал".
Скачивание материала начнется через 60 сек.
А пока Вы ожидаете, предлагаем ознакомиться с курсами видеолекций
для учителей от центра дополнительного образования "Профессионал-Р"
(Лицензия на осуществление образовательной деятельности №3715 от 13.11.2013).
Оставьте свой комментарий:
Комментарии: