Инфоурок Физика Другие методич. материалыFİZİKA FƏNNİ KURİKULUMU VƏ ONUN XARAKTERİK CƏHƏTLƏRİ

FİZİKA FƏNNİ KURİKULUMU VƏ ONUN XARAKTERİK CƏHƏTLƏRİ

Скачать материал

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 2 месяца

Руководитель образовательной организации

Получите профессию

Интернет-маркетолог

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Azərbaycan Respublikasının  ümumtəhsil məktəbləri üçün  fizika fənni kurikulumu  (VI-XI siniflər)                                                              GİRİŞ Fizika fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına yönəlmiş sənəddir. Bu sənəd fənnin əhəmiyyətini, məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun xətləri və onların əsaslandırılmasını, məzmun xətləri üzrə standartları, fəaliyyət xətlərini, təhsil pillələri üzrə ümumi təlim nəticələrini, hər bir sinif üzrə məzmun standartlarını əhatə edir. Bunlardan əlavə, orada təlim strategiyaları və qiymətləndirmə məsələləri öz əksini tapır. Fizika kurikulumu dərslik və dərs vəsaitlərinin, metodik göstəriş, multimedia və digər tədris vasitələrinin yaradılması, təlim materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və tətbiq olunması üçün müvafiq təlimatlar formasında hazırlanacaq qaydaların əsasını təşkil edir, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla tərtib olunur. Orada şəxsiyyətyönümlülük, nəticəyönümlülük və inkişafetdiricilik əsas keyfiyyətlər kimi nəzərə alınır. Fizika kurikulumu cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaşdırılması, qarşılaşdığı problemləri müəyyənləşdirməsi və həll etməsi üçün zəruri bilik və bacarıqlara yiyələnməsində, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmasında, məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları mənimsəmələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalaşmalarına təkan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bildiyindən məzmun standartı kimi qəbul edilərək fizika fənn kurikulumunda aparıcı yer tutur və bütövlükdə kurikulum üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir. Fizika kurikulumunda sadəcə anlayışların deyil, bacarıq formasında ifadə edilmiş nəticələrin bir-biri ilə, eləcə də digər fənlərə aid nəticələrlə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş, onlar xüsusi cədvəl şəklində ümumiləşdirilmişdır. Bu, kurikuluma inteqrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir məqsədə - bütöv şəxsiyyətin formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini gücləndirmişdir. Fizika fənni kurikulumu həm də müəllim və şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəllifinin, məktəb rəhbərinin, müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun açıq bir sistemə malik olur. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir. Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Təbiətdə müşahidə olunan bütün proses və hadisələr müəyyən qanunlar əsasında baş verir. Bütün elmlərin əsas məqsədi proses və hadisələrdə qanunauyğun əlaqələri aşkar etmək və öyrənməkdən ibarətdir. Fizika təbiət haqqında elm olub materiyanın müxtəlif formalarını, onun xassələrini və qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın qanunauyğunluqları təbiətdə baş verən bütün hadisələrin, cansız və canlı materiyanın qarşılıqlı əlaqələrinin öyrənilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayır. Buna görə də fizika fənninin öyrənilməsi şagirdlərə digər təbiət elmlərinin mənimsənilməsinə, təbiət hadisələrinə, elm, texnika və istehsalatın müxtəlif sahələrinə yaxından bələd olmaq imkanı verir. Fiziki anlayışları mənimsəməklə şagirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi dünyagörüşün formalaşmasına, iradə və xarakterin tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, dəqiqləşdirmə, analiz və sintez, mühakiməyürütmə, problemi müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradılır. Bu isə şagirdlərdə empirik, politexnik, məntiqi, tənqidi, yaradıcı təfəkkürü formalaşdırır. Bəşəriyyət yaranan gündən insanlar öz yaşayış tərzini yaxşılaşdırmaq, əməyini yüngülləşdirmək, istehsal sahələrini genişləndirmək, ölkənin müdafiə sistemini qurmaq, yeni enerji mənbələri axtarmaq, təbiət hadisələrini müşahidə edərək baş verə biləcək təbii fəlakətləri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq kimi müxtəlif həyati məsələlərin həllini axtarmışlar. Nəticədə yeni-yeni ixtiralar və kəşflər meydana gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı, onun qanunları və qanunauyğunluqları sayəsində mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisadi inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli surətdə elə qurulmuşdur ki, hazırda müasir həyatı fizikasız təsəvvür etmək mümkün deyildir. Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat və rabitəyə, informasiya-kommunikasiya texnologiyalarına, mədəniyyətin müxtəlif sahələrinə, təbabətə və insanların məişətinə geniş tətbiq olunan texnikanın sürətli inkişafı, müxtəlif texniki qurğuların hazırlanması və istismarı kəşf olunan, öyrənilən hadisələrin və təbiət qanunlarının tətbiqinə əsaslanır. Məhz buna görə də fizikanı öyrənmək cəmiyyətin bütün üzvlərinə: fəhləyə, kənd təsərrüfatı işçisinə, texnikə, texnoloqa, mühəndisə, konstruktora, neftçiyə, geoloqa, həkimə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan digər peşə sahiblərinə lazımdır. Müharibə şəraitində yaşayan ölkə vətəndaşlarının vətənpərvər ruhda tərbiyə olunması, hərbi texnikanın sirlərinə yiyələnməsi üçün ümumtəhsil məktəblərində fizikanın tədrisinə xüsusi ehtiyac vardır. Fizika elmi-texnoloji təkamülün əsasıdır. Ümumtəhsil məktəblərində fizikanın tədrisi şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır və aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır: * Fizika zehni inkişafın bir vasitəsidir. Fizikanın öyrənilməsi şagirdlərin məntiqi təfəkkürünü formalaşdırmaq, mühakimə və dərketmə qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək üçün güclü vasitədir. Müşahidələrə qiymət vermək, eksperiment aparmaq, fiziki hadisələr arasında əlaqəni izah etməyi bacarmaq, nəticəni qabaqcadan duymaq, proqnozlar vermək, fərziyyə və nəzəriyyələri eksperimentdə yoxlamaq məntiqi təfəkkürü inkişaf etdirir. Şagirdlər hadisənin, faktın, tərifin, qanunun yazılı və şifahi dildə düzgün şərhini verməklə nitqlərini inkişaf etdirirlər. * Fizika şəxsi keyfiyyətləri formalaşdıran vasitədir.  Ümumtəhsil məktəblərində fizikanın tədrisi şagirdlərdə çoxlu şəxsi keyfiyyətlər formalaşdırır. Bunlara dünyagörüşü, bilik, bacarıq, vərdiş, qabiliyyət, adət, iradə, əməksevərlik və s. aiddir. Ümumtəhsil məktəblərində fizika fənninin əsas məqsədi şagirdləri təbiət və texnikanın mühüm qanunauyğunluqlarına aid elmi dünyagörüşünə yiyələndirməklə onlarda təfəkkür mədəniyyətini, kommunikativ mədəniyyəti inkişaf etdirməkdən, müasir texnologiyalarla işləmək qabiliyyəti formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata keçirilməsi aşağıdakı vəzifələrin reallaşdırılmasından asılıdır:  ·          fizika elminin əsaslarına aid ən mühüm faktlara, qanunlara və onların praktikada tətbiqinə dair anlayışların formalaşdırılması; ·          şagirdlərdə ölçü cihazları və laboratoriya avadanlıqları ilə işləmək, həmçinin müxtəlif hesablamalar aparmaq, alınan nəticələri təhlil etmək bacarıqlarının formalaşdırması; ·          texniki yaradıcılıq və ixtiraçılıq qabiliyyətinin inkişaf etdirilməsi; ·          fizikanın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin sosial-iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlərin yaradılması; ·          dünyanın bütövlükdə dərk edilməsi və müasir fiziki mənzərəsi haqqında təsəvvürlərin formalaşdırılması; ·          digər təbiət fənlərinin öyrənilməsi üçün real zəminin yaradılması. Ümumiyyətlə, fizikanın tədrisi vasitəsi ilə: ·          ümumi orta təhsil səviyyəsində təbiətdə baş verən fiziki hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk olunması, maddələrin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi; ·          tam orta təhsil səviyyəsində əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşünün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.  1. Fizika təliminin məzmunu 1.1. Ümumi təlim nəticələri Ümumi orta təhsil səviyyəsi üzrə şagird: ·          təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir; ·          təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir; ·          fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir; ·          fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir; ·          fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir. Tam orta təhsil səviyyəsi  üzrə şagird: ·          fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini şərh edir; ·          fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir; ·          nəzəri biliklərin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir. 1.2. Məzmun xətləri Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu sistemləşdirmək və təsnif etmək məqsədi daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir: 1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər 3. Eksperimental fizika və müasir həyat. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar Bu məzmun xətti şagirdlərə mexaniki, istilik, elektromaqnit, işıq, atom və nüvə hadisələrini dərk etməyə, onları xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələrə dair məsələlər üzərində müstəqil işləmək fəaliyyətini və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Şagirdlərə müxtəlif mexaniki, atom və molekulların xaotik istilik hərəkəti, yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətlərinin qanun və qanunauyğunluqlarını mənimsəməyə şərait yaradır. Tam orta təhsil səviyyəsində fundamental saxlanma qanunlarının köməyi ilə hadisənin, prosesin necə baş verməsini qabaqcadan anlamağa və tənzimləməyə, onlardan istifadənin əhəmiyyətini dərk etməyə imkan yaradır. Təbiətdə baş verən hadisələrin mahiyyətini açıqlamağa, onlardan həyati məqsədlər üçün istifadə etməyə, şagirdlərin tədqiqatçılıq meyilinin inkişafına zəmin yaradır. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Bu məzmun xəttində materiyanın maddə və sahə formaları, onların vəhdəti və qarşılıqlı çevrilməsi, maddənin quruluşu, aqreqat halları, qravitasiya, elektromaqnit sahələri, fundamental qarşılıqlı təsirlərin (qravitasiya, elektromaqnit, güclü və zəif) maddələr arasında fiziki sahə vasitəsilə ötürülməsi müxtəlif pillələrdə əlaqəli sistemlərin yaranmasında qarşılıqlı təsirin rolu təbiətin vəhdəti, kainatın yaranması, əlaqəli sistemlərin iyerarxiyası (pilləliyi) haqqında anlayışlar, həmçinin zaman və məkan anlayışları əsasında fəza təsəvvürlərinin formalaşdırılması məsələləri ümumiləşdirilir. Bu təsəvvürlərin formalaşdırılması şagirdlərdə maddi aləmi dərk etmək, dünyanın vahid fiziki mənzərəsini təsvir etmək, məişət və istehsalatda istifadə üçün tələb olunan xassəli materialları seçmək və gündəlik həyatda onlardan istifadə etmək bacarıqlarının inkişaf etməsinə imkan yaradır. Eksperimental fizika və müasir həyat Eksperimental fizika və müasir həyat məzmun xətti şagirdlərdə elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-iqtisadi inkişafında, digər təbiət fənlərinin öyrənilməsində fizikanın rolu haqqında təsəvvürlərin yaradılmasına, fiziki hadisə və prosesləri müşahidə etmək, onların elmi-nəzəri əsaslarını dərk etmək, alınan bilikləri sistemləşdirmək və praktikada tətbiq etmək bacarıqlarının formalaşdırılmasına, nəticə etibarilə onlarda texniki yaradıcılıq qabiliyyətinin və tədqiqatçılıq meyilinin inkişafına zəmin yaradır. Məzmun xəttinin köməyi ilə fiziki hadisələr müşahidə edilir, müxtəlif təcrübələr aparılır, müəyyən fiziki kəmiyyətlər təhlükəsizlik qaydalarına uyğun olaraq ölçülür, nəticələri cədvəl və qrafiklərdə təsvir edilir, kəmiyyətlər arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir, məişət və istehsalatda istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri öyrənilir, təhlükəsiz işləmək bacarıqları formalaşır. 1.3. Məzmun xətləri üzrə təlim nəticələri Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar Şagird: ·          təbiət hadisələrini xarakterinə görə qruplaşdırır, başvermə səbəblərini izah edir; ·          təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: ·          maddələri quruluşuna görə təsnif edir; ·          materiyanın maddə və sahə formalarının oxşar və fərqli cəhətlərini izah edir; ·          təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsirin rolunu izah edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: ·          təhlükəsizlik qaydalarını gözləməklə cihaz və avadanlıqlardan istifadə edir; ·          fiziki hadisələrə aid təcrübələr aparır, nəticələri cədvəl və qrafik şəklində təsvir edir, kəmiyyətlər arasındakı qanunauyğunluqları müəyyənləşdirir; ·          texnikanın inkişafında fizika elmin ·in rolu, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir. Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar Şagird: ·          fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir; ·          fiziki hadisələrin tətbiqi yollarını şərh edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: ·          maddələrin və sahələrin qarşılıqlı çevrilmələrini şərh edir; ·          maddənin quruluşunu və qarşılıqlı çevrilməsini şərh edir; ·          təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsir xüsusiyyətlərini şərh edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: ·          müxtəlif fiziki hadisələrə dair təcrübələr qoyur, hesablamalar aparır, nəticələrini təqdim edir; ·          fiziki hadisələrin həyatda reallaşdırılması imkanlarını nümayış etdirir; ·          cəmiyyətin inkişafında fizika elminin rolu və görkəmli fizika alimləri haqqında araşdırmalar aparır, nəticələrini müxtəlif formalarda (məruzə, referat, təqdimat) təqdim edir. 1.4. Fəaliyyət xətləri Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur: ·          mühakiməyürütmə və əsaslandırma; ·          problemin həlli; ·          ünsiyyət; ·          müşahidə, təcrübələrin aparılması; ·          tədqiqetmə; ·          tətbiqetmə; ·          məsələ və çalışma həlli; ·          müzakirə; ·          təqdimat. 1.5. Siniflər üzrə məzmun standartları VI SİNİF VI sinfin sonunda şagird: ·          hadisələri (mexaniki, istilik, elektrik) fərqləndirir, onlara dair sadə məsələlər həll edir; ·          materiyanın formalarını fərqləndirir, maddələrin aqreqat hallarını izah edir və sadə məsələlər həll edir; ·          təbiətdəki əlaqəli sistemləri fərqləndirir və qarşılıqlı təsirə dair müşahidələrini izah edir; ·          sadə təcrübələr aparır və ölçü cihazlarından təhlükəsiz istifadə edir; ·          fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir; ·          fizika elminin inkişafında dünya alimlərinin roluna dair məlumatları təqdim edir. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir. 1.1.2. Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə məsələlər həll edir. 1.1.3. Hərəkəti növlərinə görə qruplaşdırır. 1.1.4. Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir. 2.1.2. Materiyanın formalarını fərqləndirir. 2.1.3. Materiyanın formalarına dair müşahidələrini sadə şəkildə təqdim edir. 2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir. 2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidələrini təqdim edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. Sadə ölçü cihazlarından istifadə edir. 3.1.2. Sadə təcrübələr aparır, nəticələrini təqdim edir. 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir. 3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir. VII SİNİF VII sinfin sonunda şagird: ·          mexaniki hadisələrin başvermə səbəblərini şərh edir, onlara aid məsələlər qurur və həll edir; ·          mexaniki hərəkəti əlamətlərinə görə fərqləndirir, müşahidələrini ümumiləşdirib təqdim edir; ·          qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir və onlara aid sadə məsələlər həll edir; ·          maddələrin mexaniki xassələrini izah edir, onlara dair sadə məsələlər həll edir; ·          təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qüvvəsinin rolunu şərh edir, təbiət qüvvələrinə aid sadə məsələlər qurur və həll edir; ·          mexaniki hadisələrə aid təcrübələr aparır, fiziki kəmiyyətləri ölçür və hesablamalar aparır; ·          istehsalatda istifadə olunan mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Mexaniki hadisələri və onların başvermə səbəblərini şərh edir. 1.1.2. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.3. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. 2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll edir. 2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.2. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.  VIII SİNİF VIII sinfin sonunda şagird: ·          istilik və elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini, qanunauyğunluqlarını izah edir, sadə məsələlər qurur və həll edir; ·          elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə dair məsələlər həll edir; ·          maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə məsələlər qurur və həll edir; ·          maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə və qarşılıqlı təsirinə görə fərqləndirir; ·          təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir; ·          istilik və elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır; ·          istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 1.1.4. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1.Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə əsaslanan qurğuların iş prinsiplərini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.  IX SİNİF IX sinfin sonunda şagird: ·          elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauyğunluqlarını şərh edir, onlara aid məsələlər qurur və həll edir; ·          elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir; ·          maddələri quruluşuna və xassələrinə görə təsnif edir, onlara aid məsələlər qurur və həll edir; ·          təbiətdəki elektromaqnit və nüvə qarşılıqlı təsirlərinə aid məsələlər qurur və həll edir; ·          elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır; ·          elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin inkişafında fizika elminin rolunu izah edir. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların başvermə səbəblərini şərh edir. 1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini şərh edir. 1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir. 2.1.2. Elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir. 2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir. 3.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, atom və nüvə) əsaslanan qurğuların iş prinsiplərini şərh edir. 3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair təqdimatlar edir. X SİNİF X sinfin sonunda şagird: ·          mexaniki və istilik hadisələrinin yaranma səbəblərini izah edir, qanun və qanunauyğunluqlarına aid məsələlər həll edir; ·          mexaniki və istilik hadisələrini və onları xarakterizə edən fiziki kəmiyyətləri əlaqəli şərh edir; ·          maddələrin qarşılıqlı çevrilməsini onların daxili quruluşu ilə əlaqələndirir və buna aid məsələlər həll edir; ·          təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu izah edir və bunlara aid məsələlər həll edir; ·          mexaniki və istilik hadisələrinə dair qanunları təcrübədə yoxlayır, onları xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir; ·          fizika elminin istilik texnikası və texniki qurğuların inkişafında rolunu dəyərləndirir, onların tətbiqinə dair təqdimatlar edir.  Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir. 1.1.2. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir. 1.1.3. Mexaniki hərəkəti, istilik hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni şərh edir. 1.1.4. Mexaniki və istilik hadisələrinin tətbiqinə dair təqdimatlar edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh edir. 2.1.2. Maddələrin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir. 2.1.3. Maddələrin xassələrini daxili quruluşuna görə şərh edir. 2.1.4. Maddələrin daxili quruluşu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu dəyərləndirir. 2.2.2. Əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinə dair məsələlər həll edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. Mexaniki və istilik hadisələrinə dair qanunları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir. 3.1.2. Mexaniki və istilik hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir. 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1. Texnikanın inkişafında iş prinsipinə, mexaniki və istilik hadisələrinə əsaslanan qurğulara dair təqdimatlar edir. 3.2.2. Texnikanın (mexaniki və istilik qurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır, nəticələrini təqdim edir. XI SİNİF XI sinfin sonunda şagird: ·          elektromaqnit, atom, nüvə hadisələrinin qanun və qanunauyğunluqlarını izah edir, onlara aid məsələlər qurur; ·          zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələri şərh edir; ·          maddə və sahə hissəciklərinin qarşılıqlı çevrılməsini şərh edir, onlara aid məsələlər qurur və həll edir; ·          maddələrin qarşılıqlı çevrilmələrini izah edir, onlara aid məsələlər qurur, həll edir; ·          əlaqəli sistemlərdə qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir və onlara aid məsələlər həll edir; ·          elektromaqnit, atom və nüvə hadisələrinə aid qanun və qanunauyğunluqları təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir; ·          texniki qurğuların müasir həyatda roluna, onların inkişafının fizika elminə verdiyi töhfələrə dair referatlar hazırlayır. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar Şagird: 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir. 1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir. 1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərh edir. 1.1.4. Elektromaqnit, atom və nüvə  hadisələrinin tətbiqinə dair təqdimatlar edir. 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər Şagird: 2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilməsini şərh edir. 2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir. 2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və xassələrini zərrəciklərin təbiəti ilə izah edir. 2.1.4. Maddələrin qarşılıqlı çevrilmələrində zərrəciklərin rolu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir. 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir. 2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə (qravitasiya, elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir. 2.2.2. Əlaqəli sistemlərdə (qravitasiya, elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərinə dair məsələlər qurur və həll edir. 3. Eksperimental fizika və müasir həyat Şagird: 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir. 3.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinə dair qanun və qanunauyğunluqları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir. 3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir. 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 3.2.1. Texniki qurğuların müasir həyatda rolunu dəyərləndirir və müxtəlif məzmunlu referatlar hazırlayır. 3.2.2. Müasir texnikanın inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır və referatlar hazırlayır.

MƏNBƏ: http://asanfizika.blogspot.com/2013/06/f-i-z-i-k-m-u-l-l-i-m-l-ri-u-c-u-n-f-i.htmlhttp://asanfizika.blogspot.com/

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 654 969 материалов в базе

Скачать материал

Другие материалы

Вам будут интересны эти курсы:

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 04.01.2015 375
    • 41.2 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Ахмедова Нурида Курбатовна. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Ахмедова Нурида Курбатовна
    Ахмедова Нурида Курбатовна
    • На сайте: 8 лет и 10 месяцев
    • Подписчики: 0
    • Всего просмотров: 2631
    • Всего материалов: 6

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Методист-разработчик онлайн-курсов

Методист-разработчик онлайн-курсов

500/1000 ч.

Подать заявку О курсе
  • Сейчас обучается 120 человек из 43 регионов

Курс повышения квалификации

ЕГЭ по физике: методика решения задач

36 ч. — 180 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 116 человек из 44 регионов
  • Этот курс уже прошли 1 117 человек

Курс повышения квалификации

Актуальные вопросы преподавания физики в школе в условиях реализации ФГОС

72 ч.

2200 руб. 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 209 человек из 62 регионов
  • Этот курс уже прошли 998 человек

Курс повышения квалификации

Информационные технологии в деятельности учителя физики

72/108 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 117 человек из 46 регионов
  • Этот курс уже прошли 865 человек

Мини-курс

Развитие коммуникативных и здоровьесберегающих навыков

8 ч.

1180 руб. 590 руб.
Подать заявку О курсе

Мини-курс

Психологическое благополучие и успех в учебе: методы помощи детям на разных этапах развития

3 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 203 человека из 52 регионов
  • Этот курс уже прошли 121 человек

Мини-курс

Фундаментальные принципы здоровья и двигательной активности

2 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе