Инфоурок Физическая культура Другие методич. материалыФизическое воспитание и Режим дня активного обучения

Физическое воспитание и Режим дня активного обучения

Скачать материал

Bakı şəhəri 149 №-li tam orta məktəbin

Fiziki tərbiyə müəllimi Məmmədzadə Nəriman Fizuli oğlu

FİZİKİ TƏRBİYƏ VƏ FƏAL TƏDRİS GÜN REJİMİ

Hazırda şagirdlərin fiziki cəhətdən sağlamlığının inkişafı məsələsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən birinə çevrilmişdir. Belə ki, müasir dövrdə baş verən bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan bir sıra zehni çətinliklər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirsiz qalmır.

Bəs necə etməli ki, uşaq birinci sinifdən başlayaraq təlimdə qarşıya çıxan bütün zehni gərginliklərə davam gətirməklə təhsilini başa vura bilsin və fiziki cəhətdən yaxşı inkişafa malik böyüsün.

Necə etməli ki, ümumtəhsil məktəblərini bitirən gənclərimiz dərin biliyə malik olmaqla yanaşı, həm də həyata hazır, müdrik və bacarıqlı şəxslər kimi boya-başa çatsınlar, əmək fəaliyyətində, ali və orta ixtisas məktəblərində oxuyarkən, yaxud hərbi hissələrdə xidmət edərkən qüvvəli, dözümlü, çevik olsunlar, öz sağlamlıqlarını qorumağı, səhhətlərinin qayğısına qalmağı bacarsınlar?

Bəs, hazırda ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin təşkili nə vəziyyətdədir?

Qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ancaq böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərinin əksəriyyətində fiziki tərbiyənin təşkili bu günün tələblərinə qətiyyən cavab vermir. Bu sahədə kök salan ciddi nöqsanlar isə çoxlarına məlumdur.

Alimlər hesablamışlar ki, məktəb islahatlarının həyata keçirdiyi indiki dövrdə şagirdlər zehni işlə həddindən artıq yüklənmişlər. Onların gün rejiminin 80-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, oturaq həyat tərzinə sərf olunur.

Məktəblilərin fiziki hərəkətlərə olan təlabatının isə cəmi 15-16 faizi ödənilir. Hər bir şagirdin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması artıq zərurət kəsb edir. Lakin hələ də məktəblərdə şagirdlər həftə ərzində cəmi 2 saat fiziki tərbiyə dərsi keçməklə kifayətlənirlər. Məktəblilərin 75- 80 faizi heç bir idman dərnəyinə, bölməyə ümumi fiziki hazırlıq qruplarına cəlb olunmamışdır. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.

Beləliklə, biz həyata, əməyə, Vətənin müdafiəsinə fiziki cəhətdən ahəngdar inkişaf etmiş gənc nəsil hazırlaya bilirikmi? Qətiyyən yox!

Bu bir həqiqətdir ki, Respublikamızda ordu sıralarına çağrılan gənclərin əksər hissəsi qaçmaq, tullanmaq, qumbara atmaq, dırmanmaq və s. kimi fiziki hərəkətlər üzrə adi normativ belə ödəyə bilmirlər. Onlarda davamlılıq, dözümlülük, cəldlik, güc, qüvvə kimi fiziki hərbi keyfiyyətlər aşağı səviyyədədir.

Dərs haqqında: Fiziki tərbiyənin kütləviliyi üçün ən yaxşı vasitə dərsdir. Çünki, hamının dərs məşğələsində iştirak etməsi məcburi sayılır. Təəssüf ki, şagirdlər fiziki tərbiyə dərsində həftədə cəmi 90 dəqiqə iştirak edirlər. Bu dərslər nə qədər yüksək səviyyədə keçirilsə belə, yenə də şagirdlərin fiziki hərəkətlərə olan gündəlik tələbatının çox cüzi bir hissəsini təmin edə bilər.

12 saatın müqabilində cəmi 2 saatlıq fiziki tərbiyə dərsi çox cuzi görünür. Artıq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisinə ayrılan vaxtı həftədə azı 3-4 saat artırmaq vaxtı çatmışdır. Dözülməz haldır ki, həftədə 2 saat dərsin tədrisi vəziyyəti əksəriyyət məktəblərdə olduqca aşağı səviyyədədir.

Yeri gəlmişkən deyək ki, ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin ixtisaslı müəllimlərə verilməsi barədə müvafiq direktiv göstərişlər olmasına baxmayaraq, Respublikamızın məktəblərində bu vəziyyət hələ də düzəlməmişdir.

Bunun da başlıca səbəbi bir sıra məktəb rəhbərlərinin fiziki tərbiyənin tədrisinə laqeyd münasibətidir.

Tədris günü rejimində bədən tərbiyəsi, sağlamlıq tədbirləri (Dərsə qədər gimnastika, Bədən tərbiyəsi dəqiqələri, Tənəffüslərdə oyun və əyləncələr)

Fəal gün rejimi: Şagirdlərin sağlamlığını möhkəmlətmək, iş qabiliyyətinin və şüurlu intizamını yüksəltməkdə və onların istirahətinin daha yaxşı təşkil edilməsində müntəzəm keçirilən bədən tərbiyəsi tədbirləri mühüm yer tutur.

Belə tədbirlərə aşağıdakılar daxildir:

1.Dərsə qədər gimnastika;

2.Ümumtəhsil və əmək dərslərində bədən tərbiyəsi dəqiqəsi və fasiləsi;

3.Tənəffüslərdə oyunlar və əyləncələr.

Tədris günü rejimində keçirilən həmin tədbirlərə məktəbin direktoru nəzarət etməlidir. Lakin bədən tərbiyəsi tədbirlərinin yerinə yetirilməsinə bilavasitə rəhbərlik, məktəbin fiziki müəllimlərinə tapşırılır.

Bu tədbirlərin vaxtaşırı və səmərəli keçməsi üçün fiziki tərbiyə müəllimi, tərbiyə işləri üzrə direktor müavini, gənclər təşkilatı, UBT rəhbəri, müəllim heyəti, BTK şurası birgə fəaliyyət göstərməlidirlər. Belə əlaqəli təşkil olunan iş fiziki tərbiyə dərslərinin də səmərəliliyini və keyfiyyətini müsbət nəticə verir.

Dərsəqədər gimnastikanın məqsədi:

Məktəblərdə hər gün müntəzəm olaraq 1-ci dərsdən əvvəl keçirilən kompleks hərəkətlər dərsəqədər gimnastika adlanır. Dərsəqədər gimnastikanın məqsədi aşağıdakılardan ibarət olmalıdır:

1.  Şagirlərin əhvalını yuxudan sonra gümrahlaşdırır, onlarda ruhi şənliyi bərpa edir.

2.  Şagirdlərin fiziki inkişafını möhkəmləndirir.

3.  Fiziki tərbiyə üzrə proqram materiallarının bəzi bölmələrini daha yaxşı mənimsənməsinə müsbət təsir edir.

4.  Şagirdlər məktəbdə tədris günlərini kollektiv sürətdə və nizamla başlayır.

5.  Şagirdlərin müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmalarının vərdiş halına keçməsinə imkan yaradır.

Məşğələdə məktəb rəhbərliyinin və birinci dərsi olan müəllimlərin iştirakı mütləqdir.

 

 

Bədən tərbiyəsi dəqiqəsi:

Şagirdlər ümumtəhsil dərslərində və əmək təlimi məşğələlərində istər zehin və istərsədə fiziki cəhətdən gərgin iş sahəsində yorğunluq hiss edirlər.

Bununla əlaqədər olaraq şagirdlər istər-istəməz dərsə diqqət vermirlər, söhbət edirlər, çünki, uşaqların orqanizmində yorğunluqla bağlı fizioloji dəyişiklik baş vermişdir. Bütün bunlar intizamın pozulmasına və iş qabiliyyətinin azalmasına səbəb olur.

Belə bir vəziyyət, xüsusilə III-IV və sonrakı dərslərdə yazı işi, məsələ həlli və s. kimi gərgin işlər zamanı beyin qabığında yerləşən bəzi mərkəzlərin yorulması ilə izah edilir. Belə bir yorğunluğun qarşısını almaq və şagirdlərin iş qabiliyyətini artırmaq üçün bədən tərbiyəsi dəqiqəsi mühüm vasitə hesab edilir.

Bədən tərbiyəsi dəqiqəsini (2-3) dəqiqə fənn müəllimi, bədən tərbiyəsi fasiləsinin (3-4 dəqiqə) isə əmək təlimi müəllimi həyata keçirməlidir. Həmin hərəkətlərin seçilməsində müəllimlər məktəbin fiziki tərbiyə müəllimləri ilə məsləhətləşməlidirlər.

Bədən tərbiyəsi dəqiqəsi və fasiləsi üçün dəqiq vaxt təyin edilmir, bunlar yorğunluq hiss etdikdə tədbiq edilməlidir.

Bədən tərbiyəsi dəqiqəsi və fasiləsi nəinki aşağı siniflərdə, (I-VIII siniflərdə mütləqdir), həm də yuxarı siniflərdə də tədbiq edilməlidir. Verilən hərəkətlər işin xüsusiyyətinə görə tədbiq edilir.

Hərəkətlər sadə və şagirdlərə tam məlum olan səpkidə aparılmalıdır.

Təəssüflər ki, bu vacib məsələ unudulur və yerinə yetirilmir.Çünki, məktəb rəhbərlərinin vahid tələbi, diqqət və qayğısı unudulur.

Tənəffüslərdə oyun və əyləncələr:

Şagirdlərin dərsarası tənəffüslərini, xüsusilə böyük tənəffüsü səmərəli və şən keçirmək, onların sağlam, hərtərəfli inkişaf etdirilməsində mühüm vasitələrdən biri də tənəffüslərdə oyun və əyləncələrin təşkilidir.

Məktəbdə eyni vaxtda təhsil alan müxtəlif yaşlı uşaqlar tənəffüs zamanı dəhlizlərdə, yaxud həyətdə o tərəf bu tərəfə qaçır, bir – birinə toxunur və s. yersiz hərəkətlər edərək məktəbin daxili intizamını pozurlar.

Bütün bu xoşagəlməz halların qarşısını almaq məqsədi ilə məktəb rəhbərləri, müəllim heyəti, xüsusilə sinif müəllimləri və fiziki tərbiyə müəllimləri səy göstərməli , tənəffüslərdə oyun və əyləncələr təşkil edib, onun lazımı qaydada keçməsinə nəzarət və rəhbərlik etməlidirlər.

Həmin tədbirlərin müvəffəqiyyətlə həyata keçməsi üçün məktəbin meydançasında şərait və avadanlıq olması da mühüm yer tutur.

Tənəffüs zamanı təşkil edilən oyun və əyləncələr rəngarəng və uşaqların yaş xüsusiyyətinə uyğun olduqda daha çox şagirdi özünə cəlb edir.

Əgər biz gələcək nəslimizi sağlam, gümrah, əməyə, həyata və Vətənin müdafiəsinə hazır görmək istəyiriksə, o zaman bütün qüvvəmizi və səylərimizi onların fiziki tərbiyəsinin əsaslı şəkildə inkişafına yönəltməliyik.

 

Bakı 2015

Просмотрено: 0%
Просмотрено: 0%
Скачать материал
Скачать материал "Физическое воспитание и Режим дня активного обучения"

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 2 месяца

Педагог-психолог

Получите профессию

Технолог-калькулятор общественного питания

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Bakı şəhəri 149 №-li tam orta məktəbin Fiziki tərbiyə müəllimi Məmmədzadə Nəriman Fizuli oğlu FİZİKİ TƏRBİYƏ VƏ FƏAL TƏDRİS GÜN REJİMİ Hazırda şagirdlərin fiziki cəhətdən sağlamlığının inkişafı məsələsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən birinə çevrilmişdir. Belə ki, müasir dövrdə baş verən bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan bir sıra zehni çətinliklər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirsiz qalmır. Bəs necə etməli ki, uşaq birinci sinifdən başlayaraq təlimdə qarşıya çıxan bütün zehni gərginliklərə davam gətirməklə təhsilini başa vura bilsin və fiziki cəhətdən yaxşı inkişafa malik böyüsün. Necə etməli ki, ümumtəhsil məktəblərini bitirən gənclərimiz dərin biliyə malik olmaqla yanaşı, həm də həyata hazır, müdrik və bacarıqlı şəxslər kimi boya-başa çatsınlar, əmək fəaliyyətində, ali və orta ixtisas məktəblərində oxuyarkən, yaxud hərbi hissələrdə xidmət edərkən qüvvəli, dözümlü, çevik olsunlar, öz sağlamlıqlarını qorumağı, səhhətlərinin qayğısına qalmağı bacarsınlar? Bəs, hazırda ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin təşkili nə vəziyyətdədir? Qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ancaq böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərinin əksəriyyətində fiziki tərbiyənin təşkili bu günün tələblərinə qətiyyən cavab vermir. Bu sahədə kök salan ciddi nöqsanlar isə çoxlarına məlumdur. Alimlər hesablamışlar ki, məktəb islahatlarının həyata keçirdiyi indiki dövrdə şagirdlər zehni işlə həddindən artıq yüklənmişlər. Onların gün rejiminin 80-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, oturaq həyat tərzinə sərf olunur. Məktəblilərin fiziki hərəkətlərə olan təlabatının isə cəmi 15-16 faizi ödənilir. Hər bir şagirdin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması artıq zərurət kəsb edir. Lakin hələ də məktəblərdə şagirdlər həftə ərzində cəmi 2 saat fiziki tərbiyə dərsi keçməklə kifayətlənirlər. Məktəblilərin 75- 80 faizi heç bir idman dərnəyinə, bölməyə ümumi fiziki hazırlıq qruplarına cəlb olunmamışdır. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır. Beləliklə, biz həyata, əməyə, Vətənin müdafiəsinə fiziki cəhətdən ahəngdar inkişaf etmiş gənc nəsil hazırlaya bilirikmi? Qətiyyən yox! Bu bir həqiqətdir ki, Respublikamızda ordu sıralarına çağrılan gənclərin əksər hissəsi qaçmaq, tullanmaq, qumbara atmaq, dırmanmaq və s. kimi fiziki hərəkətlər üzrə adi normativ belə ödəyə bilmirlər. Onlarda davamlılıq, dözümlülük, cəldlik, güc, qüvvə kimi fiziki hərbi keyfiyyətlər aşağı səviyyədədir.

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 656 404 материала в базе

Скачать материал

Другие материалы

Вам будут интересны эти курсы:

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 11.11.2020 91
    • PDF 240.4 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Антонова Ирина Анатольевна. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Антонова Ирина Анатольевна
    Антонова Ирина Анатольевна
    • На сайте: 3 года и 3 месяца
    • Подписчики: 0
    • Всего просмотров: 59134
    • Всего материалов: 228

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Копирайтер

Копирайтер

500/1000 ч.

Подать заявку О курсе

Курс повышения квалификации

Организационное управление и развитие в сфере физической культуры и спорта

180 ч.

2490 руб. 1490 руб.
Подать заявку О курсе

Курс повышения квалификации

Здоровьесберегающие технологии на физкультурных занятиях в ДОУ в условиях реализации ФГОС ДО

72/108/144 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 74 человека из 33 регионов
  • Этот курс уже прошли 443 человека

Курс повышения квалификации

Педагогическая деятельность по физической культуре в начальной школе с учетом ФГОС НОО

36 ч. — 144 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 152 человека из 48 регионов
  • Этот курс уже прошли 1 735 человек

Мини-курс

Судебные процессы и взыскание убытков: правовые аспекты и процедуры

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 23 человека из 13 регионов
  • Этот курс уже прошли 11 человек

Мини-курс

Социальная и поведенческая психология

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 28 человек из 16 регионов

Мини-курс

After Effects: продвинутые техники

8 ч.

1180 руб. 590 руб.
Подать заявку О курсе
Прямой эфир Загрузка...

Прямо сейчас в эфире

Инфофорум: «Всё, что волнует педагогов»