Краткое описание документа:
Bayramov Şərafət Təhmuraz oğlu İsmayıllı rayonu Cülyan kənd orta məktəbin ingilis dili müəllimidir.
Şərafət Bayramov 1980 cı ildə Yanvarın 7-də İsmayıllı rayonunda anadan olmuşdur.
Orta təhsili İsmayııll şəhər 1 saylı orta məktəbində rus dilində bitirmişdir.
1997-ci ildə GDU-nin ingilis dili fakültəsini bitirmişdir. 2002 ci ildə Gəncə Dövlət universitetinin ingilis dili
fakultısini yaxşı qiymətlər ilə bitirdikdən sonra 1 il Azərbaycan silahlı qüvvələrinin sıralarında hərbi
xidmət keçdi. İşlədiyi müddətdə bir çox nailiyyətlərə imza atmışdır.
2004- 2007 –ci illərdə “Təhsil Nazirliyinin və British Council İngilis dili müəllimlərinin ixtisas artırma təlimi
(İNSETT) proqramı çərçivəsində MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ LAYİHƏSINİN II
MƏRHƏLƏSİNDƏ “ÖYRƏDƏNLƏRİN ÖYRƏDƏNLƏRİ” statusuna layiq görülmüşdür . 2005-ci ildə
Lənkəranda beynalxalq konfransda “Fəal İcma Məktəb” layihəsində iştirak etməyi, Sumqayıt və
Mingəçevirdə trener kimi fəaliyyət göstərməyi, Amerika Beynəlxalq Təhsil Şurası ACCELS tərəfindən
“Təhsildə Əməkdaşlıq” Proqramının yay institutu seminarında iştirakı, eləcədə 2007-ci ildə Vilnyusda
təcrubə mübadiləsi ilə ezamiyyə olunmağı onu üzərində daima işləyən islahatçı müəllim kimi formalaşdırdı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2004-cü il tarixli, 375 nömrəli əmri ilə Təhsil Sektorunun
İnkişafı Layihəsi çərçivəsində Məktəb Qrantı Proqramı qəbul edildi. Təhsil İslahatı Proqramının üçüncü
komponentinə - “Təhsil almaq üçün bərabər hüquqlar və imkanlar”- uyğun olaraq Məktəb Qrant Proqramı çərçivəsində Respublikanın üç pilot rayonlarında dəyəri 5000 ABŞ dolları miqdarında təkliflər (layihələr) hazırlanmalı idi. Bu proqramda iştirak etmək üçün rayonda müəllimlərarasında keçirilən müsabiqədə qalib gələrək Bakıda təşkil olunan və beynalxalq trenerlər tərəfindən keçirilən treninqlərdə iştirak etmək hüququ alan rayonumuzu təmsil edən müəllimlərdən biri oldu. “Keçid dövründə məktəblərin təkmilləşdirilməsi” və “Məktəb öyrədən icmadır” mövzusunda keçirilən treninqlərdə iştirak edərək sertifikatlar əldə etdib. Məktəbdə üç innovativ tədris kabinetinə nail olublar.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.