Рабочие листы
к вашим урокам
Скачать
1 слайд
BAKI ŞƏHƏRİ 149 №-Lİ TAM ORTA MƏKTƏB
HACIYEVA LƏMAN
Azərbaycan dili VI sinif
2 слайд
Mövzu: Mürəkkəb zərflər və onların yazılışı
Standart
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.
4.1.2. Sözün qrammatik mənasını konteksə uyğun izah edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
Təlim nəticəsi:
Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.
Cümlədə zərfi digər nitq hissələrindən fərqləndirir.
Zərfləri quruluşuna görə fərqləndirir.
Mürəkkəb zərflərin yazılışı ilə bağlı qaydalara əməl edir.
İnteqrasiya: Riyaziyyat, Biologiya
Təlim üsulları:beyin həmləsi, müzakirə
İş forması: kiçik qruplarda iş, fərdi iş
Resurs: dərslik
Techizat: komputer, proyektor, marker, rəngli kağızlar
3 слайд
2; 3; 5; 7; 11 və s.
4; 6; 8; 9; 12 və s.
Gördüyünüz bu ədədlər haqqında nə deyə bilərsiniz?
4 слайд
Yarpağın xarici quruluşu haqqında nə deyə bilərsiniz?
Sözün quruluşca neçə növü var?
Zərfin quruluşca növləri hansılardır?
5 слайд
Mövzu:
Mürəkkəb zərflər və onların yazılışı
6 слайд
Mürəkkəb zərflər hansı yollarla yaranır?
Mürəkkəb zərflərin yazılış qaydaları hansılardır?
7 слайд
I Qrup
II Qrup
III Qrup
IV Qrup
8 слайд
I Qrup
Verilmiş cümlələrdəki mürəkkəb zərfləri tapın. Hansı yolla yarandığını və yazılış qaydasını qeyd edin.
1. Şəhərimiz gündən-günə gözəlləşir.
2. Külək qapını taybatay açdı.
3. Qoca bir qədər dincəlib yoluna davam etdi.
4. Ovçu dağ cığırı ilə üzüyuxarı qalxırdı.
9 слайд
II Qrup
Verilmiş cümlələrdəki mürəkkəb zərfləri tapın. Hansı yolla yarandığını və yazılış qaydasını qeyd edin.
1. Göyün üzünü birdən-birə qara buludlar aldı.
2. Gur şəlalə qayalardan üzüaşağı axırdı.
3. Həkim xəstənin vəziyyətinə anbaan nəzarət edirdi.
4. Yazda tez-tez yağış yağır.
10 слайд
III Qrup
Sütunlardakı sözləri tutuşduraraq mürəkkəb zərflər yaradın
Az
Gec
Əvvəl
Kor
Göz
Üzü
Addım
ilk
Axır
Altı
Addım
maz
Dəfə
Tez
Koranə
Yuxarı
11 слайд
IV Qrup
Verilmiş mətndəki mürəkkəb zərfləri tapın. Hansı yolla yarandığını və yazılış qaydasını qeyd edin.
Bizim məktəb
Biz məktəbi çox sevirik. Məktəbdə hər gün yeni biliklər əldə edirik. Məktəb təkcə bilik əldə etmək üçün deyil. Həm də birbaşa şagirdin dünyagörüşünü formalaşdırır. İlk dəfə məktəbə gələndə qorxurduq. Lakin zaman keçdikcə məktəbə öyrəndik. Məktəbi, müəllimləri sevməyə başladıq. Bir gün məktəbə gəlməyəndə çox darıxırıq. Valideynlərimiz də tez-tez müəllimlərimizlə görüşür və dərslərimizlə maraqlanır.
Müəllimimiz bizə deyir ki, hər gün dərslərimizi yaxşı oxusaq universitetlərin qapıları üzümüzə taybatay açılacaq.
12 слайд
Hansı mürəkkəb zərflər defslə yazılır?
Ayrı yazılan mürəkkəb zərf düzəltmək
üçün əsasən hansı sözlərdən istifadə etmək olar?
13 слайд
Nəticə və ümumiləşdirmə
Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır.
Mürəkkəb zərflərin yaranma üsulları bunlardır.
Müxtəlifmənalı sözlərin birləşməsilə: üzüyuxarı, atüstü, gözucu və s.
Eyni sözün təkrarı ilə: yavaş-yavaş, tez-tez və s.
Antonim sözlərin birləşməsi ilə: əvvəl-axır, gec-tez və s.
Ba bitişdiricisi ilə: yanbayan, üzbəüz, taybatay və s.
Bu və hər əvəzliyi ilə: bu gün, bu saat, bu il, hər an, hər gün və s.
Mürəkkəb zərflər bitişik, defslə və ayrı yazılır.
Bitişik yazılanlar müxtəlifmənalı sözlərin birləşməsilə əmələ gələnlər və ba bitişdiricisilə yarananlardır.
Defislə yazılanlar eyni sözün təkrarı ilə yarananlar və antonim sözlərin birləşməsilə əmələ gələnlərdir.
Ayrı yazılanlar isə bu və hər əvəzliyi ilə əmələ gələnlərdir.
14 слайд
Qiymətləndirmə
Рабочие листы
к вашим урокам
Скачать
6 661 494 материала в базе
Настоящий материал опубликован пользователем Гаджиева Ляман Байрам. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт
Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.
Удалить материалВаша скидка на курсы
40%Курс профессиональной переподготовки
500/1000 ч.
Курс повышения квалификации
72/108 ч.
Курс профессиональной переподготовки
300/600 ч.
Курс повышения квалификации
36 ч. — 144 ч.
Мини-курс
6 ч.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.