Главная / Физкультура / sagirdlərim həmişə qalib gəlir

sagirdlərim həmişə qalib gəlir

Müasir kurikulumlar və yeni təlim strategiyaları Təlim formaları Kollektivlə ...
Kollektivlə iş Müasir kurikulumlar və yeni təlim strategiyaları Kollektivdə i...
Kollektivlə iş
Qruplarla iş Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. B...
Cütlərlə iş Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs f...
Cütlərlə iş
Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inki...
Fərdi iş
Fasilitasiya qaydaları: Psixoloji dəstəkləmənin qaydaları: Müsbət dil ifadəl...
Fikrin təhrik edilməsi qaydaları: Motivasiya mərhələsində şagirdləri dərsin ...
Məlumatla təmin etmə qaydaları: Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi...
slaydlar fotoşəkillər paylama materialları ?
Fasilitasiya aşağıdakılara əsaslanır: müəllim və şagirdlərin birgə əməkdaşlı...
FƏAL DİNLƏMƏNİN ƏLAMƏTLƏRİ Göz təması Adekvat reaksiya Bədənin hərəkətləri Sə...
Motivasiya Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir...
Motivasiyanın yaradılması yolları Motivasiyanın yaradılmasının bütün mümkün ...
Motivasiya: onun quruluşu Motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dər...
1 из 19

Описание презентации по отдельным слайдам:

№ слайда 1 Müasir kurikulumlar və yeni təlim strategiyaları Təlim formaları Kollektivlə (bü
Описание слайда:

Müasir kurikulumlar və yeni təlim strategiyaları Təlim formaları Kollektivlə (bütöv siniflə) iş Qruplarla (kiçik kollektivlə) iş Cütlərlə iş Fərdi iş Siz dərsi necə keçirsiniz? Hansı iş formalarından istifadə edirsiniz?(fərziyyələr şifahi dinlənilir) Hiperlinklər açılaraq müqayisələr verilir. Bu iş formalarının məqsədə uyğun seçilməsi üçün nələrə fikir vermək lazımdır? Auditoriya 4 qrupa bölünür. Qrupların hər biri iş vərəqində təqdim olunan təlim formasının bir müsbət, bir mənfi cəhətini qeyd edərək növbəti qrupa ötürür. Beləliklə sonda hər təlim formasının 4 müsbət, 4 mənfi cəhəti müəyyənləşdirilir. Qrupların fərziyyələrini bir-birindən 4 rəngdə paylanmış flamasterlərlə ayırmaq lazımdır. Burada istifadə edilən üsul karusel üsuludur. Tapşırıq slayd 6-da ekrana salınır.

№ слайда 2 Kollektivlə iş Müasir kurikulumlar və yeni təlim strategiyaları Kollektivdə işlə
Описание слайда:

Kollektivlə iş Müasir kurikulumlar və yeni təlim strategiyaları Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

№ слайда 3 Kollektivlə iş
Описание слайда:

Kollektivlə iş

№ слайда 4 Qruplarla iş Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu p
Описание слайда:

Qruplarla iş Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir. Müasir kurikulumlar və yeni təlim strategiyaları

№ слайда 5
Описание слайда:

№ слайда 6 Cütlərlə iş Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs form
Описание слайда:

Cütlərlə iş Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Müasir kurikulumlar və yeni təlim strategiyaları

№ слайда 7 Cütlərlə iş
Описание слайда:

Cütlərlə iş

№ слайда 8 Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf
Описание слайда:

Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır. Fərdi iş Müasir kurikulumlar və yeni təlim strategiyaları

№ слайда 9 Fərdi iş
Описание слайда:

Fərdi iş

№ слайда 10 Fasilitasiya qaydaları: Psixoloji dəstəkləmənin qaydaları: Müsbət dil ifadələri
Описание слайда:

Fasilitasiya qaydaları: Psixoloji dəstəkləmənin qaydaları: Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət). Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını dinləməyinizi yox, bütün qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi). İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, treninq zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (təlimçi davranış modeli kimi). İştirakçılara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə). Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın. İştirakçıların fikirləri ilə səmimi maraqlanın. Yalnız liderlərin və ən fəalların deyil, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın. Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Təlimçinin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin təlimçi işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.  

№ слайда 11 Fikrin təhrik edilməsi qaydaları: Motivasiya mərhələsində şagirdləri dərsin möv
Описание слайда:

Fikrin təhrik edilməsi qaydaları: Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin.  Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?» İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya üsullarından istifadə edin. İstiqamət verməyən «kar» sualları az sayda verməyə çalışın. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar iştirakçıları sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək. İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. İştirakçıları öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və iştirakçıların diqqətini buna cəlb edin!  İştirakçıların əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər iştirakçıların işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın. İştirakçıların cavablarının formal dinlənilməsinə yol verməyin. İştirakçıların əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır. Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirin, şərh edin (qiymətsiz, məzmununa görə), problemli hallarda onların həllinə iştirakçıları cəlb edin.

№ слайда 12 Məlumatla təmin etmə qaydaları: Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi bi
Описание слайда:

Məlumatla təmin etmə qaydaları: Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi biliklərin və sizdə məlumat mənbələrinin olduğunu yoxlayın.   İştirakçıların şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın.   Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, iştirakçıların öz təcrübə və müşahidələrindən istifadə edin.   Materialın müxtəlif qavrama yollarını tətbiq edin (görmə, eşitmə, hiss etmə və s.).   Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.   Başqa şagirdlər tərəfindən deyilən yeni anlayışların, eləcə də sualın və ya mülahizələrin yanlış anlaşılmasını vaxtında başa salın.   Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın.   Təşkilati dəstəkləmənin qaydaları: Müzakirəni təşkil etdikdə yeni bilik əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə çatdırın. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb edin: «Bu haqda siz nə fikirləşirsiniz?», «Kim razıdır, kim razı deyil?», «Başqa cür bunu demək (və ya etmək) olardımı? və s.   Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.   Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması).   Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.   Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!

№ слайда 13 slaydlar fotoşəkillər paylama materialları ?
Описание слайда:

slaydlar fotoşəkillər paylama materialları ?

№ слайда 14 Fasilitasiya aşağıdakılara əsaslanır: müəllim və şagirdlərin birgə əməkdaşlığı,
Описание слайда:

Fasilitasiya aşağıdakılara əsaslanır: müəllim və şagirdlərin birgə əməkdaşlığı, onların qarşılıqlı hörmət və etibarı, şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi, şagirdlərin qabiliyyətlərinə inam, təfəkkürün stimullaşdırılması, şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması, onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.

№ слайда 15 FƏAL DİNLƏMƏNİN ƏLAMƏTLƏRİ Göz təması Adekvat reaksiya Bədənin hərəkətləri Səs t
Описание слайда:

FƏAL DİNLƏMƏNİN ƏLAMƏTLƏRİ Göz təması Adekvat reaksiya Bədənin hərəkətləri Səs tonu Dəqiqləşdirici suallar Jestlər, nidalar Qeydlər aparmaq Adla müraciət etmək DİNLƏMƏK EŞİTMƏK III gün

№ слайда 16 Motivasiya Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. F
Описание слайда:

Motivasiya Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Motivasiya qismində ortaya gətirilmiş problemin həlli tələbatı çıxış edir.

№ слайда 17 Motivasiyanın yaradılması yolları Motivasiyanın yaradılmasının bütün mümkün yol
Описание слайда:

Motivasiyanın yaradılması yolları Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar: 1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”) 2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur: 1) Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar: “. . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin. 2) Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur. 3) Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.). 3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).

№ слайда 18 Motivasiya: onun quruluşu Motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dərs m
Описание слайда:

Motivasiya: onun quruluşu Motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dərs motivasiyadan başlanır. Müəllim motivasiyanı düz qurubsa, onun dərsin 50 %-i daha yerinə yetirilmiş sayıla bilər. (Motivasiyanı qurmamışdan əvvəl Alt-standartlar - Təlim nəticələri müəyyən olunmalıdır) Motivasiyanın quruluşu: Motivasiya 2 mərhələdən ibarətdir 1. Yönəldici suallar, tapşırıqlar (mövzuya, təlim nəticələrinə yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər) 2. Tədqiqat sualı Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin sonunda olan ümumiləşdirməni müəyyən etməlidir; tədqiqat sualı = yeni biliyi əks etdirən təlim nəticəsi; adətən bir sual olur, motivasiya mərhələsi tədqiqat sualına irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda onlara qayıtmaq vacibdir Motivasiya 2 əsas prinsip əsasında qurulur: problemlilik məqsədyönlük. Motivasiya təlim nəticələrini əks etdirməlidir.

№ слайда 19
Описание слайда:

sagirdlərim həmişə qalib gəlir
  • Физкультура
Описание:

Müəllim orta təhsil məktəblərində idman üçün lazım olan ləvazimatların olmamasından da şikayətləndi: “Dərsdə iştirak edən şagirdlər idman dərsinə “futbol oynamaq” dərsi kimi baxırlar. Fiziki tərbiyə fənni o demək deyil ki, şagird gəlib futbol oynayıb getsin. Tədris zamanı bir sıra normativlər var ki, şagird o normativləri yerinə yetirməlidir. Lakin bir çox hallarda normativləri yerinə yetirmək üçün lazım olan ləvazimatları tapmaq mümkün olmur. Bunun üçün də şagirdlərə bir sıra idman hərəkətləri göstərib, məktəbin ətrafını qaçırtmaqla kifayətlənmək məcburiyyətində qalırıq”.

Binəqədi rayon məktəblərindən birində təhsil alan 9-cu sinif şagirdinin valideyni Tünzalə Əliyeva övladının bədən tərbiyəsi dərsində iştirak etməsinə icazə vermir: “Dərs cədvəlinə nəzər salsanız görərsiniz ki, gündə 6 dərs var və fiziki tərbiyə ikinci dərsə salınıb. Şagirdlər idman dərsində iştirak etdikdən sonra daha 4 dərsdə iştirak etmək məcburiyyətindədirlər. Bu zamanda uşaq tərlədiyi üçün soyuqlayır. Bunun üçün mənim fikrimcə, idman dərsləri ya axırıncı saata salınmalıdır, ya da məktəblərdə istilik şəraiti normal olmalıdır. Dərs cədvəli müəllimlərin nə vaxt gəlib gəlməyəcəyi ilə deyil, şagirdlərin sağlamlıqlarını nəzərə alaraq tərtib edilməlidir”.
Читать полностью: http://news.day.az/society/392666.html

 

Автор Solmaz Hesenova
Дата добавления 08.04.2015
Раздел Физкультура
Подраздел Презентации
Просмотров 891
Номер материала 59391
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓