Главная / Начальные классы / Методическое рекомендация

Методическое рекомендация

İsrayıl Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta

məktəbin ibtidai sinif müəllimi Manafova Qüdsiyyənin

Azərbaycan dilindən “ Yaxşı nədir, pis nədir “ mövzu-

Sunda keçdiyi açıq dərsin icmalı.


FƏNN: Azərbaycan dili


SİNİF: I sinif


MÖVZU: Yaxşı nədir, pis nədir

.

STANDART:2.2.3. mətnin şəkilli planını tutur

1.1.2. dinlədiyi fikrə münasibətini bildirir

1.2.1. müşahidə etdiyi əşya,hadisələr haqqında və şəkillər üzrə danışır

DƏRSİN MƏQSƏDİ: 1)Mətin müəyyən hissələrinə aid illüstrasiyaları müəyyən edir.2) dinlədiyi fikrə münasibət bildirir

3)Bildiyi məlumatlardan istifadə etməklə gəldiyi nəticələr haqqında danışır.


DƏRSİN METODU: interaktiv

DƏRSİN TİPİ: induktiv

RESURSLAR: Dərslik 1-ci sinif Azərbaycan dili, iş vərəqləri,vatman kagızı, şəkillər

İŞ FORMASI:Böyük və kiçik qruplaria iş

İŞ ÜSULU: Anlayışların çıxarılması, müzakirə, klaster ,

İNTEQRASİYA: H.b. 3.2.1.


DƏRSİN GEDİŞİ



MOTİVASİYA:


hello_html_54aad4b4.jpg


( Müəllim şagirdlərə yaxşı və pis əməlləri əks etdirən şəkilləri nümayiş etdirir.Bununla şagirdlərin diqqəti müəllimə yönəlir)

Müəllim : Verilmiş şəkillər arasında hansı fərqləri ğörürsünüz?

Şagird 1: Birinci şəkildə pinti oğlan və səliqəli oğlan şəkilləri verilib. Oglanlardan birincisinin üzü çirkli, paltarları çox səliqəsizdir.

Müəllim: Diğər şəkilləri kim izah edər?

Şagird 2: Digər tərəfdə isə iki qız şəkli verilib. Birinci qız kikabını səliqəsiz saxlayır, onu cırır.İkinci qız isə kitabını səliqəli saxlayıb, səliqəlidir.Görünür dərs əlaçısıdır.



TƏDQİQAT SUALI:

Müəllim:Bu əməlləri necə adlandırmaq olar?

Şagird: yaxşı əməl və pis əməl.

Müəllim: yaxşı nədir? Pis nədir? Gəlin bu suala cavabı şeirlər üzrə tapaq.

(Müəllim lövhədə vatman kağızında əvvəlcədən hazırladığı yazını təqdim edir . Şagirdlərin bir neçəsi şeirləri oxuyub şeirdəki misralarin hansı hərəkətə aid olduğunu açıqlayırlar.)

hello_html_1a7760c9.png


Şagird1: kobudluq

Şagird2 : pinti

Şagird3 :təmizkar

Şagird4 : doğruçu

Şagirdlərin dediyi sözləri lövhədə iki hissəyəbölünmüş cədvəl üzrə qruplaşdırırlar və bunu davam etdirirlər.

Yaxşı

Pis

Təmizkar

Mehriban

Gülərüz

Işgüzar

Xeyirxah

Qaygıkeş

Mədəni

Qənaətcil

Pinti

Kobud

oğurluq

paxıl

özündənrazı

tənbəl

laqeyd

məsuliyyətsiz


hello_html_mfdde269.png(Bu cədvəli doldurarkən şagirdlərdən biri “oğurluq” sözünü yazarkən digər şagird yeni söz yazmaq əvəzinə yazılmış sözü cümlə şəklində tamamlayır:Oğurluq pis hərəkətdir.)


TƏDQİQATIN APARILMASI:

Müəllim şagirdləri qruplara bölur. Hər qrupa kiçik hekayə qurmağı tapşırır.

Müəllim: Qruplara belə bir tapşırıq verirəm.Hər qrup kiçik hekayə qursun.hekayədə insanların mənəvi keyfiyyətlərindən (yaxşı və pis) danışılsın.Qruplara vaxt ayrılır.


TƏQDİMAT:

Müəllim: Vaxt tamamdır. İndi qrupları dinləyək.Gəlin qrupları dinləyək.

I qrup


İki oğlan yolda velosiped sürürdü. Birdən birinin velosipedinin təkəri partladı. O, çox bikef idi.

Bundan xəbər tutan yoldaşı öz velosipedini ona sürməyə verdi. Beləcə onlar növbə ilə əyləndilər. Yoldaşının bu yaxşı əməlindən sevinən oğlan evə dönəndə heç kefi pozulmamışdı.

II qrup


Bir dəfə qoca bir kişi parkda əyləşib dincəlirdi.Bİr oğlan gəlib həmin oturacaqda əyləşdi. Qoca kişi bu balaca oğlanla ünsiyyət qurmaq üçün ona belə sual verir: -- Oğlum sən heç yaxşılıq etmisən?

Uşaq belə cavab verir:

  • Yaxşılıq etməmişəm, ancaq bir qocaya ata minməyə kömək etmişəm.

Qoca gülə-gülə uşağa belə deyir:

  • Bundan gözəl yaxşılıq?Qocaya hörmət vəkömək etmək ən böyük yaxşılıqdır.


III qrup


Elman əl-üzünü yumağa tənbəllik edən idi. O yolda qoca babaya kömək edir. Bu əməlindən sevinərək tez evə gəlib anasına deyir.Anası onu dinlədikdən sonra ona belə deyir:

-Oğlum, bir bax etdiyin yaxşı əmələ görə əl-üzün necə gözəl görünür. Afərin sənə!.Bu sözə inanan uşaq tez vanna otağına keçir və anasından xəlvət əl –üzünü yuyur. Bundan sonra o təmiz gəzir.


IV qrup

Bu qrup hekayə qura bilməyə vaxtı çatmır. Qurulan hekayələrdə hansı insani keyfiyyətlərin olması açıqlanır. Qruplar alqışlanır.Dərsdə fərqlənən şagirdləri ayrılıqda .(Afərin” kimi )sözlərlə qiymətləndirilir.

Müəlim: Uşaqlar gəlin dərsliyimizdəki “Yaxşı nədir, pis nədir “ şeirini oxuyaq görək şeitdəki uşaq yaxşı nədir , pis nədr sualına atasından necə cavab alır.

DƏRLİK ÜZƏRİNDƏ İŞ:


Müəllim mətndəki şeiri üzündən oxuyur.

Müəllim: Gəlin şeiri müzakirə edək.

-Şeiri yazan Vladimir Mayakovski bizə hansı yaxşı və hansı pis əməli öyrədir?

Şagird1: Kitabı cırmamaq

Şagird2: səliqəli olmağı

Şagird3: zəhmətkeş,əməksevər olmağı

Şagird4: şair bizə deyir ki,kitablar bizə bilik öyrədir .Ona görə də onu cırmaq olmaz!

Müəllim: Afərin!

Müəllim: - Kitab haqqında hansı atalar sözünü bilirsiniz?

Şagird : Kitab bilik mənbəyidir.

Müəllim sözlə şagirdi qiymətləndirir.

Müəllim: Verilmiş şəkillər şeirin hansı hissələrinə aiddir?

Şagird:oğlanların şəkli ikinci bəndə aiddir,qızların şəkli isə üçüncü bəndə.

Müəllim: Doğrudur,.afərin .Uşaqlar yoldaşlarınızı alqışlayın.

Müəllim: Yaxşılıq insan üçün ən müsbət keyfiyyətlərdən biridir. Bəs insanlar arasında ən yaxşı münasibət hansıdır?

Şagird: Dostluq.

Müəllim : Dərslərimizi hazırlamağa tənbəllik etməyək və bir-birimizə kömək edək.

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ


Müəllim: Dərsimizi dahi şair Nizami Gəncəvinin misraları ilə bitirək:

Yamanlıq etməkdən uzaq ol, uzaq

Pisliyin axırı pislik olacaq.

Quyuya salsan da yaxşılığı bil,

Yenə qayıdacaq ,o itən deyil.

Əldə olunan biliklər bir daha təkrarlanır.Şagirdlərin fikirləri dinlənilir.


EV TAPŞIRIĞI :

Müəllim: şeiri əzbərləyin.

QİYMƏTLƏNDİRMƏ:


qruplar

meyarlar

KOBUD

MEHRİBAN

TƏNBƏL

SƏLİQƏLİ

Dinlədiyi fikrə

Münasibət bildirir

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

Bildiyi məlumatlardan

istifadə edir

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

Təqdim edir

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_18c918bd.png

Vaxta riayət edir

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_18c918bd.png

əməkdaşlıq edir

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png

hello_html_mfdde269.png











hello_html_18c918bd.png

hello_html_mfdde269.png


Refleksiya:

Müəllim: Dərs xoşunuza gəldi?

Şadirdlər: bəli

Müəllim : Dərsimiz birdi.

Методическое рекомендация
  • Начальные классы
Описание:

***DƏRSİNGÜNDƏLİYİ ***

Tarix: ___________

Fənn :Azərbaycandili

Sinif : 1 sinif

Dərsinmövzusu:Yaxşı nədir , pis nədir.

Standart: 2.2.3. Mətnin şəkilli planınıtutur

1.1.2. Dinlədiyi fikrə münasibət bildirir

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

Dərsin məqsədi: Mətnin müxtəlif hissələrinə aid olan üllistrasiyaları müəyyən edir.

Mənəvi dəyərlərə söykənərək dinlədiyi fikirlə razılaşıb-razılaşmadığını bildirir.

Bildiyi məlumatlardan istifadə etməklə gəldiyi nəticələr haqqında danışır.

Dərsin metodu: interaktiv

Dərsin tipi: induktiv

Resurslar: Dərslik, iş vərəqləri,vatman kağızı, şəkillər

İŞ FORMASI:Böyük və kiçik qruplaria iş

İŞ ÜSULU: Anlayışların çıxarılması, müzakirə, klaster ,

İNTEQRASİYA:H.b. 3.2.1.

DƏRSİN GEDİŞİ

MOTİVASİYA: şəkil üzrə qurulur.

( Müəllim şagirdlərə yaxşı və pis əməlləri əks etdirənşəkilləri nümayiş etdirir.Bununla şagirdlərin diqqəti müəllimə yönəlir)

Müəllim : Verilmiş şəkillər arasında hansı fərqləri ğörürsünüz?

TƏDQİQAT SUALI:

Müəllim:Buəməlləri necə adlandırmaq olar?

(Müəllim lövhədə vatman kağızında əvvəlcədən hazırladığıyazını təqdim edir . Şagirdlərin bir neçəsi şeirləri oxuyubşeirdəki misralarin hansı hərəkətə aid olduğunu açıqlayırlar.)

TƏDQİQATIN APARILMASI:

Müəllim şagirdləri qruplara bölur. Hər qrupa kiçik hekayə qurmağı tapşırır.

Müəllim: Qruplara belə bir tapşırıq verirəm.Hər qrupkiçik hekayə qursun.hekayədə insanların mənəvi keyfiyyətlərindən (yaxşı və pis) danışılsın.Qruplara vaxt ayrılır

TƏQDİMAT:

Müəllim: Vaxt tamamdır. İndi qrupları dinləyək.Gəlin qrupları dinləyək.

I qrup

DƏRLİK ÜZƏRİNDƏ İŞ

Müəllim mətndəki şeiri üzündən oxuyur.

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

Yamanlıq etməkdən uzaq ol, uzaq

Pisliyin axırı pislik olacaq.

Quyuya salsan da yaxşılığı bil,

Yenə qayıdacaq ,o itən deyil.

Əldə olunan biliklər bir daha təkrarlanır.Şagirdlərin fikirləri dinlənilir.

Ev tapşırığı : şeiri əzbərləyin.

Qiymətləndirmə : meyar cədvəlinə görə aparılır.

***

Автор Mанафова Гудсия Гамлетовна
Дата добавления 29.04.2015
Раздел Начальные классы
Подраздел Планирования
Просмотров 519
Номер материала 58571
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓