Главная / Иностранные языки / Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

Bakı şəhəri 149 №-li tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram qızının

VI sinifdə keçdiyi “B.Vahabzadənin “Bayraq” şeirinin təhlili” dərsinin

İCMALI


Mövzu: B.Vahabzadənin “Bayraq” şeirinin təhlili

  • Standart:

  1. 1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur.

  2. 1.2.4. Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

  • Təlim məqsədləri:

  1. Şagird B.Vahabzadənin «Bayraq» şeirini ideya-məzmununa uyğun ifadəli oxuyur.

  2. Şagird B.Vahabzadənin «Bayraq» şeirinin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

  • İş forması: Qruplarla iş, kollektivlə iş

  • İş üsulları: Əqli hücüm, müzakirə

  • İnteqrasiya: Tarix, rəsm

  • Resurslar: Dərslik, şəkillər, iş vərəqləri, rəngli

karandaşlar, proyektor

Dərsin gedişi:

  • Sinfin təşkili: Şagirdlərlə salamlaşmadan sonra sinfi təşkil edirəm və onları bugünkü meyarlarla tanış edirəm.

  • Motivasiya: Uşaqlara sual verirəm: “Müstəqil dövləti səciyyələndirən cəhətlər haqqında fikirləriniz?” Şagirdlər bu suala müxtəlif cavablar verə bilərlər, məsələn: ərazi bütövlüyü, müstəqil siyasət, milli ordu, milli atributlar – gerb, himn, bayraq. Əgər şagirdlər bayraq cavabını verə bilmsələr, onlara yönəldici suallar verirəm. Bayraq cavabını aldıqdan sonra üzərində bayraqla əlaqəli müxtəlif şəkillər olan plakat göstərirəm və gördükləri şəkillər barədə öz fikirlərini bildirmələrini istəyirəm. Şagirdlər mənim bələdçiliyim ilə müxtəlif fikirlər bildirirlər və bayraqla bağlı xeyli məlumat əldə edirlər.

  • Tədqiqatın aparılması:

Bundan sonra şagirdlərə dərsin adın açıqlayıram və tədqiqat suallarını verirəm:

  1. Bayrağın dövlət üçün əhəmiyyəti?

  2. B.Vahabzadənin «Bayraq» şeirinin əsas ideyasını və əhəmiyyətini nədə görürsünüz?


Sonra şagirdləri 3 qrupa bölürəm: I qrup: Zirvə, II qrup: Zəfər, III qrup: Qələbə

Qrup işindən əvvəl şagirdləri qrup fəaliyyətinin qaydaları ilə tanış edirəm. Qiymətləndirmə meyarlarını da uşaqların nəzərinə çatdırıram.

Bundan sonra hər bir qrupa işçi vərəqələrini paylayıram.


  • Məlumat mübadiləsi və müzakirəsi:

Qrupların təqdimatlarını dinləyirəm, öz əlavələrimi edərək ümumi nəticəni elan edirəm və şagirdlərin özlərinin iştirakı ilə qiymətləndirmə aparıram.


  • Qiymətləndirmə:


Qruplar

Meyarlar

I Qrup

ZİRVƏ

II Qrup

ZƏFƏR

III Qrup

QƏLƏBƏ

İfadli oxu




Şərh etmə




Münasibət bildirmə




Yaradıcılıq




Əməkdaşlıq




Yekun





  • Ev tapşırığı: B.Vahabzadənin «Bayraq» şeiri haqqında kiçik esse

yazın.


Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)
  • Иностранные языки
Описание:

Mövzu:  B.Vahabzadənin “Bayraq” şeirinin təhlili

  Standart:

1.     1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur.

2.     1.2.4. Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

  Təlim məqsədləri:

1.     Şagird B.Vahabzadənin «Bayraq» şeirini ideya-məzmununa uyğun ifadəli oxuyur.

2.     Şagird B.Vahabzadənin «Bayraq» şeirinin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

  İş forması:   Qruplarla iş, kollektivlə iş

  İş üsulları:    Əqli hücüm, müzakirə

  İnteqrasiya:Tarix, rəsm

  Resurslar:     Dərslik, şəkillər, iş vərəqləri, rəngli 

 

                                 karandaşlar, proyektor

Автор Гаджиева Ляман Байрам
Дата добавления 10.01.2015
Раздел Иностранные языки
Подраздел
Просмотров 310
Номер материала 52777
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓