Инфоурок География Другие методич. материалыГейдар Алиев - архитектор и созидатель современного независимого Азербайджана

Гейдар Алиев - архитектор и созидатель современного независимого Азербайджана

Скачать материал

Mövzu: “Ulu öndər Heydər Əliyevin Azərbaycanda bazar iqtisadiyyatını sürətləndirən fəaliyyəti”

1.1  İqtisadi bazar münasibətlərinin təşəkkülünün  priotet istiqamət kimi elan olunması. Liberal iqtisadiyyatın formalaşması üçün əlverişli şəraitin  yaradılması. Ulu öndərin 1993-cü ilin iyununda Azərbaycanda  II dəfə siyasi hakimiyyətə qaydışından sonra  dünya iqtisadiyyatına inteqrasiyanın liberalaşdırma siyasəti xarici investrların ölkəyə cəlbinin güçlənməsi

1.2 1995-ci ildən başlayaraq özəlləşdirmənin həyata keçirilməsi, mülkiyyətdə özəl mülkiyyətin payının artması.

1.3 “Açıq qapı” siyasətinin tətbiq edilməsi beynəlxalq iqtisadi layihələrdə iştirakının təmin olunması.

1.4 Makroiqtisadi sabitliyin yaradılması.

1.5 Sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması.`

 

Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

 Heydər ƏLİYEV,  Ümummilli lider

 

ABŞ dövlətçiliyinin əsasını qoyanlar hesab edirdilər ki, cəmiyyətin taleyi idarə edənlərin şəxsi keyfiyyətlərindən asılı olmamalıdır, çünki “insanlar heç də mələk deyillər”. Bunu nəzərə alaraq onlar idarəetməyə “təbii aristokratiyanın” cəlb olunmasına, ictimai mənafeyə qulluq etməyi hər şeydən üstün tutan şəxslərin rəhbər vəzifələrə təyin edilməsinə qərar verirdilər. Ancaq tarix onu göstərdi ki, idarəçılikdə sosial mənsubiyyət düşünüldüyü qədər rol oynamır. Danılmaz faktdır ki, insanların, bütövlükdə dövlətin taleyi, ölüm ya olum məsələsi, məhz rəhbərin əqidəsindən,fərdi keyfiyyətlərdən, bilik və bacarığından, yeri gələndə şəxsi istəyindən asılı olur. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “dövlət rəhbərləri arasındakı münasibətlər bir çox cəhətdən ölkələr arasındakı münasibətləri də müəyyənləşdirir” fikri təsdiqləyir. Bu nöqteyi-nəzərdən ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Çıxılmaz böhran, amansız erməni işğalının acıları, qıtlıq yaşandığı, rəsmən çörəklə sınağa çəkildiyimiz, sabitlik və stabillik olmayan, dövlətin sütunları laxlayan bir zamanda xalq Heydər Əliyevi köməyə çağırdı. Çünki onun zəkasına, qabiliyyətinə bələd idi və I-ci dəfə hakimiyyəti zamanı ağır durumda olan ölkəni dirçəltdiyini görmüşdü. Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamaqla gücləndirmək, dünya birliyi tərəfindən müstəqil hüquqi, demokratik bir dövlət kimi tanıtmaq, mövcud iqtisadi potensialdan istifadə etməklə inkişafı təmin etmək və iqtisadiyyatı müasir tələblər səviyyəsində mödernləşdirmək kimi başlıca vəzifələri yalnız Heydər Əliyev gerçəkləşdirməyə qadir idi. Onun şəxsi keyfiyyətləri, təfəkkürü, məfkurəsi xalqımızın həyatında həlledici rol oynadı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordumuz formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı siyasi və diplomatik vasitələr işə salındı, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. “Hərbi əməliyyatların dayandırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində apardığı məqsədyönlü dövlət siyasətində xidmətlərinə görə” prezident Heydər Əliyev 1999-cu ildə Türkiyənin ən nüfuzlu “Atatürk Sülh Mükafatına” layiq görülmüşdür. (Musiqi Ağadadaş Ağayev)

 XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Lakin tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

 Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

    Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".

Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:

1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;

2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;

3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.

Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində analoqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin "keçid iqtisadiyyatı ölkələri" terminini də gətirdi. "Keçid" anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdır, üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdır. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət "dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun" və uğurla həll etsin. (video)

Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: "1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi".

Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı. ( Video)

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi.

Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.

Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

  Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

   Heydər Əliyev iqtisadiyyatın inkişafında nəqliyyatın həlledici roluna yüksək qiymət verirdi. O, nəqliyyatın işinə özünün yaratdığı konsepsiyası ilə rəhbərlik edir, düşünürdü ki, nəqliyyata rəhbərliyə iqtisadi, siyasi və psixoloji baxımdan yanaşmaq lazımdır. Bu işləri incəliyinə kimi bilirdi. Çünki SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olaraq Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, SSRİ Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay nəqliyyat və yol təsərrüfatı, səhiyyə, tibb sənayesi, mədəniyyət, maarif nazirlikləri, SSRİ Dövlət Teleradio Verilişləri Komitəsi, SSRİ Dövlət kino, SSRİ Dövlət nəşriyyatı, SSRİ İdman Komitəsi, SİTA, SSRİ Dövlət Arxivi və Müəlliflik hüququ Agentliyi üzrə məsələlərə nəzarət edirdi. 22-23 oktyabr 2002-ci ildə Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 33-cü yığıncağında Rusiya Federasiyasının Yollar naziri onun bu sahəyə rəhbərliyindən böyük razılıqla danışmış və prezident V.Putinin tapşırığı ilə prezident Heydər Əliyevə dəmir yol nəqliyyatının inkişafında böyük xidmətlərinə görə “Transsibir magistralının 100 illiyi” medalını, habelə nazirliyin kollegiyasının xatirə hədiyyəsini təqdim etmişdi.

Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycanın açıq dənizə çıxışı olmasa da beynəlxalq bazarlardan təcrid olunmamışdır, tranzit nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir. 1998-ci ildən başlayaraq “İpək Yolu”nun Avropa-Qafqaz-Asiya magistral dəhlizinin Azərbaycanda mərkəzi mövqe tutması Avropa ölkələri ilə səmərəli iqtisadi əlaqələrin inkişafına zəmin yaratmışdır. Prezident Heydər Əliyev İpək Yolunun bərpası sahəsində fəaliyyətinə, böyük zəhməti və qətiyyətli mövqeyinə görə Türkiyənin “İpək Yolu Təchizat Mərkəzi” və “İpək Yolu Fondu” tərəfindən 1998-ci ildə “Böyük Lider” mükafatına layiq görülmüş və “İpək Yolu Fondu”nun fəxri sədri seçilmişdir. Böyük Lider blokada şəraitində olan Naxçıvanın da hərtərəfli mövqeyini möhkəmlətmişdi. 1992-ci il mayın 28-də Sədərəkdə, Araz çayı üzərində, Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün açılması və s.tədbirləri saymaqla bitməz.

  Məlumdur ki, bu gün istənilən ölkənin iqtisadi inkişafında investisiya faktoru kifayət qədər mühüm əhəmiyyətə malikdir. Bu sahədə isə Azərbaycan böyük uğurların müəllifi kimi çıxış edir. Ölkəmizin iqtisadiyyatına həm daxili, həm də xarici resurslar hesabına böyük miqdarda sərmayə yatırılır.

Ümumiyyətlə, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı” siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ümumiyyətlə, müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhəmiyyətli keyfiyyət yüksəlişi yaşanır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçirilir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diqqət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur.

Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Belə ki, ölkəmizdə:

1. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur;

2. müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş və ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur;

3. transformasiya prosesi uğurla aparılmış və özünün son mərhələsinə qədəm qoymuşdur;

4. qapalı sosial-iqtisadi sistem xaricə açılmış və "açıq qapı" siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir;

5. xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilməsinə başlanmışdır;

6. ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət edir və bu sahədə ciddi irəliləyişlər mövcuddur;

7. həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır;

8. siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Tam müstəqil və balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini və onun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini və ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir;

9. ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin edir;

10. ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".

Sürətli iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyanı sarsıdan qlobal böhran zamanı ölkəmizdə iqtisadi artım sürətinin 9,3 faiz səviyyəsində olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin, onun perspektivli inkişaf trayektoriyasının uğurlu olduğunu əyani şəkildə bir daha sübut etdi. Mürəkkəb böhran dövründə Azərbaycan modelinin uğurunun sirrini cənab İlham Əliyev özü belə izah edir: istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət; milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət; sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair.

1.2 1995-ci ildən başlayaraq özəlləşdirmənin həyata keçirilməsi, mülkiyyətdə özəl mülkiyyətin payının artması.

 Keçən 10 il ərzində özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki Dövlət Proqramı və 50-dən çox qanun və normativ-hüquqi sənəd hazırlanaraq qəbul olunmuşdur. Azərbaycanda özəlləşdirmə sahəsində mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır.

1995-ci ilin 29 sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın təsdiq edilməsi, Azərbaycanda faktiki olaraq özəlləşdirmənin əsasını qoymuşdur. Bu proses artıq 10 ildir ki, Azərbyacanda uğurla davam etdirilir.  

Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı

  Aparılan radikal iqtisadi islahatların tərkib hissəsi kimi dövlət əmlakının özəlləşdirilərək mövcud müəssisələrin fəaliyyətinin canlandırılması, yeni investisiyalar və yeni texnologiyalar cəlb edilməsi, özəl təşəbbüs vasitəsilə köhnə istehsal və xidmət sahələrinin bərpası və yenilərinin açılması zərurəti yaranmışdı. Azərbaycanda aparılan özəlləşdirmənin məqsədləri, istiqamətləri və prinsipləri konsepsiyası ilkin olaraq «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nda formalaşdırılaraq öz əksini tapmışdır.

 

Proqramın məqsədləri təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olmuşdur. Həmişə olduğu kimi, bu dəfə də xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən xalqımızın sosial rifahı üstün tutulmuş və dövlət müəssisələrində işləyən və uzunmüddət işləmiş  əmək kollektivi üzvlərinin, bütünlükdə  ölkə vətəndaşlarının dövlət əmlakının özəlləşdirilməsi prosesindən kənarda qoyulmaması, onların, əksinə,  bu prosesə fəal surətdə cəlb edilməsi ön plana çəkilmişdir. Buna görə də  özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi  öyrənilmiş və nəzərə alınmışdır.  Nəticədə, Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edilərək, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alınmışdır.

Bu məqsədlə 25 mart 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən  “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında”" Əsasnamə təsdiq edilmiş və  “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında"” Fərman imzalamışdır. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65%-nə bərabər olan 32 000000 özəlləşdirmə çeki buraxılmışdır.

 

1 yanvar 1997-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı almışdır. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə güzəştli qaydada iştirak hüququna malikdirlər. Bununla yanaşı, həmin özəlləşdirmə çekləri qiymətli kağızlar bazarında sərbəst alına, satıla və digər formada özgəninkiləşdirilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilmiş, onların tabeliyində olan müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilmiş, özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin yaratmışdır.

Özəlləşdirmə üzrə I Dövlət Proqramının əsas məqsədləri aşağıdakılar olmuşdur:

•          iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi;

•          istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin rasional strukturunun yaradılması;

•          iqtisadiyyatın strukturunun yenidən qurulması, inhisarsızlaşdırma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsi;

•          müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi;

•          əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırlması.

Birinci özəlləşdirmə proqramı özəlləşdirmənin əsas məqsədlərini, prioritetlərini, üsullarını, mərhələ və müddətini müəyyən edirdi. Sənəd özəlləşdirmənin iki əsas istiqamətdə aparılmasını nəzərdə tuturdu: kiçik müəssisələrin özəlləşdirilməsi; orta və iri müəssisələrin özəlləşdirilməsi. Proqrama əsasən, kiçik müəssisələrin özəlləşdirilməsi onların pullu hərraclarda satılması, orta və iri müəssisələrin özəlləşdirilməsi isə onların səhmdar cəmiyyətlərinə çevrilməsi yolu ilə həyata keçirilirdi.

I Dövlət Proqramında özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin satışı üçün aşağıdakı üsullar nəzərdə tutulmuşdur:

•          əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;

•          hərraclar vasitəsilə satış;

•          kommersiya müsabiqələri vasitəsilə satış;

•          qeyri-kommersiya investisiya müsabiqələri vasitəsilə satış;

•          başa çatdırılmamış obyektlərin, ləğv olunan və ləğv olunmuş obyektlərin əmlakının (aktivlərinin) satışı;

•          icarəyə götürülmüş əmlakın alınması;

•          əmlakın icarədara satılması.

Əsasən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsini əhatə edən birinci proqramın yerinə yetirilməsi dövründə orta və iri müəssisələrin özəlləşdirilməsi də həyata keçirilmişdir. Doğrudur, özəlləşdirmənin birinci mərhələsi bir sıra səbəblərə görə proqramda müəyyən olunmuş müddətdə başa çatdırılmadı.

Bununla belə, özəlləşdirmənin birinci mərhələsində əsasən məişət xidməti, ticarət və ictimai iaşə obyektləri, çörək mağazaları və çörək istehsalı müəssisələri, yanacaq doldurma məntəqələri, nəqliyyat vasitələri özəlləşdirilmişdir.

Özəlləşdirmənin birinci mərhələsinin nəticələrini ümumiləşdirərkən qeyd etmək lazımdır ki, bu mərhələdə ölkə əhalisində özəlləşdirmə prosesinin dönməzliyinə inam yarandı, geniş mülkiyyətçilər sinfi yarandı, idxal mallarını əvəz edən məhsulların istehsalına başlanıldı, qeyri-neft sektoruna əhəmiyyətli investisiyalar cəlb olundu, bir çox dayanmış müəssisənin fəaliyyəti bərpa olundu, yeni iş yerləri açıldı.

      1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.

Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdır.

Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsulDM) 2,7 milyard manat olmuş, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı.. Bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3.6 dəfə aşağı düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur.

1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDMnisbəti 1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi; (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü; (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s.

1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)") və digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması.

Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini - göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması; qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2003-cü illərdə isə orta hesabla 10% təşkil etmiş, 2004-2011-ci illərdə isə real ifadədə 3 dəfə artmışdır.

Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2003-2011-ci illər ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına qoyulan ümumi investisiyaların həcmi 100 milyard ABŞ dollarını keçmişdir.

Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. Bu davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir.

Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır. 2011-ci ildə “Azərbaycan Respublikasının 2012-ci və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanmışdır. Bu sənəd Azərbaycan Respublikasının 2012-2015-ci illərdə iqtisadi və sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2012-ci və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.

Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bu günkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur.

Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

 

 

Azərbaycan Respubilkası müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi- iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlmişdir. Əldə edilən uğurlar beynəlxalq iqtisadi təşkilatların diqqətini ölkəmizə yönəltmiş, bir sira nüfuzlu ekspertlər Cənubi Qafqaz regionunda inkişafın Azərbaycan modelinin yaradıldığını qeyd etmişlər.

  Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək davam etdirilən iqdisadi siyasətin uğurları ölkəmizə böyük gələcək vəd edir. Bütün dünya dövlətlərində sərbəst bazar iqtisadiyyatının əsas tələblərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir.

  Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu  öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Məhz sahibkarlığın inkişafına zəmin yaradacaq qanunvericilik bazasının formalaşması, maliyyə dəstəyinin göstərilməsi bürokratik maneələrin aradan qaldırılması və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirilmişdir.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə bazar münasibətləri şəraitində iqtisadiyyatın inkişaf etdirilməsi, ona hüquqi təminatın verilməsi öz əksini tapmışdır. Həmçinin bu qanunvericilikdə rəqabət mexanizminin formalaşması və onun qorunması ilə bağlı müddəlar yer almışdır. Bu sənəd iqtisadiyyatın dinamik inkişafına, sürətli yüksəlişinə xidmət etmişdir. İqtisadiyatın inkişafı üçün dövlətin sahibkarlara maliyyə dəstəyi sistemi təşkil olunmuşdur. Sahibkarlığın inkişafına nail olmaq, ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək əsas məqsədlərindən idi. Bu sahənin tərəqqisinə yönəldilmiş tədbirlər zəruri iqtisadi mühitin formalaşması üçün xüsusi sistem çərçivəsində reallaşması vacib sayılırdı. Sürətli inkişaf göstəricilərinin səviyyəsini qaldırmaq, maliyyə və istehsalat sahəsində yüksəlişə nail olmaq, infliyasiyanın minimal səviyyə endirmək qarşıda duran əsas məqsədlərdən idi. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığın bazar infrastrukturunun əsas ünsürlərini- reklam, audit və informasiya xidmətlərini xüsusi vurğulamaq lazımdır.

Ulu öndər Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Sahibkarların fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradılmışdır. Buna misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyini, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsini, həmçinin Xarici İnvestisiyalar Mərkəzini və digərlərini misal göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək üçün dövlət öz üzərinə müvafiq öhdəliklər götürür, onların firmaları dövlət qeydiyyatından keçirilir, sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər göstərilirdi.  1997-ci ildə “Reklam haqqında ”qanunun qəbul olunması ilə ölkədə reklam işinin formalaşması prosesi başladı. Reklamdan əldə olunan gəlirlər 1996-cı ildə 5 milyon dollar idisə, 1997-ci ildə bu rəqəm 6,5 milyon dollar təşkil etmişdir.

 

Sahibkarlar üçün kadr hazırlığı, işgüzar informasiyaların yayılması olduqca vacibdir. Bu məsələnin vacibliyi nəzərə alınaraq dövlət kompleks proqramlar həyata keçirmişdir və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Sahibkarlığın inkişafının və formalaşmasının zəruri şərtlərindən biri ölkədə özəlləşdirmənin həyata keçirilməsi olmuşdur. Özəlləşdirmənin aparılmasının məqsədlərindən biri dövlət mülkiyyətinin hökmran rol oynamasına son qoymaq idi. Bu proses çoxsaylı sahibkarların yaranmasına səbəb oldu. Respublikada özəlləşdirmənin həyata keçirilməsində əsas məqsəd büdcə kəsirinin aşağı salınması və büdcəyə daxil olan vəsaitin artırılmasına nail olmaq idi.

 Hər kəsə yaxşı məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, fauna və floraya, gözəl iqlim şəraitinə malikdir. Bu da iqtisadiyyatın inkişafında əsas amil sayılır. Bəzi dünya ölkələrinin təcrübəsindən də görmək olar ki, bazar iqtisadiyyatına keçmək üçün, ilk növbədə, dövlət mülkiyyətini özəlləşdirmək lazımdır. Bununla da azad sahibkarlığın inkişafına nail olmaq olar. Bu da bazarda sahibkarlar arasında rəqabətin yaranmasına, istehlak bazarında mövcud qıtlığın aradan qaldırılmasına, əhalinin məşğulluğunun artmasına səbəb olur. Azərbaycan Respublikasının “Sahibkarlıq haqqında”(1996) , “Torpaq islahatı haqqında ” (1996) qanunlarının qəbul olunması bir daha göstərir ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur. Ölkəmizdə istər yerli, istərsə də xarici vətəndaşlar, bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs qanunvericilikdə qadağan olunmayan bütün təsərrüfat formaları ilə məşğul ola bilərlər.

Sahibkarlığın bazar infrastrukturunda qiymətli kağızlar bazarının müstəsna rolu var. Bu sahədə vacib sayılan müstəqil fond birjasının olması əhəmiyyətli idi. Qiymətli kağızlarla bağlı əməliyyatı Bakı Banklararası Valyuta Birjasının müvafiq şöbəsi tərəfindən yerinə yetirilir. Bakı Banklararası Valyuta Birjasının fond əməliyyatları arasında əsas yeri qısa müddətli qiymətli kağızların yerləşdirməsi ilə bağlı işlər tutur. Bu barədə ilk hüquqi sənəd 1996-cı il 17 sentyabrda “Dövlət qısamüddətli istiqrazlarının buraxılması haqqında” sərəncamda öz əksini tapdı. Bu dönəmlərdə fond bazarı bir sıra problemlərlə üzləşdi. Problemin həllinin əsas yollarından biri də fond bazarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi idi.1998-ci il 30 dekabrda “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi”nin yaradılması sözügedən sahənin inkişafına bir situmul oldu. Sonralar (1999-cu ilin fevral ayında) bu bazara Milli Bankın qısamüddətli (90 günlük) istiqrazları da daxil edildi.

  Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın bazar infrasturukturunun əsas elemetlərindən biri də sığorta şirkətləridir. Onu da qeyd edək ki, sığorta bazarı maliyyə- pul münasibətlərinin xüsusi bölməsidir. Burada vurğulamaq lazımdır ki, dünya dövlətlərində dövlət, səhmdar və özəl sığorta şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edirlər. Bu şirkətlərin əsas məqsədi təsərrüfat subyektlərinə dəyən zərəri qismən və ya tam ödəməkdir. Bazar iqtisadiyyatında iqtisadiyyatın inkişafını təmin etmək üçün sahibkarlıq riskinin sığortalanması vacib sayılır.

1999-cu il yanvarın 7-də  imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi və s. məsələlər öz əksini tapmışdır. Sahibkarlığın inkişafı üçün ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sənədlər bu sahənin daha da irəliləməsinə təkan verdi. Sahibkarlığın inkişafında lazımi infrastrukturun formalaşdırılması sahəsində bir çox işlər görüldü, bu sahəyə zəruri texniki yardım göstərildi.

  Ölkəmizin yerləşdiyi mühüm strateji mövqedən bəhrələnərək uğurlu beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi vacib idi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xarici investisiyanın ölkəmizə cəlb olunmasında mühüm işlər görülmüşdü. Bu sahədə Azərbaycanla müxtəlif ölkələr arasında sazişlər imzalanmışdı. Ölkədə sahibkarlığın inkişafında xarici sərmayəçilərin iştirakının da mühüm rolu vardır. Xarici investorların hesabına Azərbaycana böyük həcmdə sərmayə qoyulmuşdur.

   Ulu öndər Heydər Əliyev yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel) demişdir: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”. Həqiqətən də ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün  tam əminliklə demək olar ki, inkişaf etmiş ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir. Sahibkarlığa Kömək Milli Fondu hər il təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəşli kreditlər  verir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təkan verir. 

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci il 25 avqust tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbulu qarşıdakı illərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu da aqrar sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Əvvəllər kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən alırdıqsa, indi  ölkəmiz özü bu məhsulları ixrac edir. Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verərək demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.

  Bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin, eləcə də, sahibkarlığın inkişafı göz önündədir. Dünya ölkələri ilə geniş miqyaslı əməkdaşlıq, onların təcrübəsindən istifadə bazar iqtisadiyyatının daha da irəliləməsinə səbəb olacaq.

 

1.5 Sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması.`

Azərbaycan Respubilkası müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi- iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlmişdir. Əldə edilən uğurlar beynəlxalq iqtisadi təşkilatların diqqətini ölkəmizə yönəltmiş, bir sira nüfuzlu ekspertlər Cənubi Qafqaz regionunda inkişafın Azərbaycan modelinin yaradıldığını qeyd etmişlər.

  Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək davam etdirilən iqdisadi siyasətin uğurları ölkəmizə böyük gələcək vəd edir. Bütün dünya dövlətlərində sərbəst bazar iqtisadiyyatının əsas tələblərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir.

  Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu  öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Məhz sahibkarlığın inkişafına zəmin yaradacaq qanunvericilik bazasının formalaşması, maliyyə dəstəyinin göstərilməsi bürokratik maneələrin aradan qaldırılması və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirilmişdir.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə bazar münasibətləri şəraitində iqtisadiyyatın inkişaf etdirilməsi, ona hüquqi təminatın verilməsi öz əksini tapmışdır. Həmçinin bu qanunvericilikdə rəqabət mexanizminin formalaşması və onun qorunması ilə bağlı müddəlar yer almışdır. Bu sənəd iqtisadiyyatın dinamik inkişafına, sürətli yüksəlişinə xidmət etmişdir. İqtisadiyatın inkişafı üçün dövlətin sahibkarlara maliyyə dəstəyi sistemi təşkil olunmuşdur. Sahibkarlığın inkişafına nail olmaq, ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək əsas məqsədlərindən idi. Bu sahənin tərəqqisinə yönəldilmiş tədbirlər zəruri iqtisadi mühitin formalaşması üçün xüsusi sistem çərçivəsində reallaşması vacib sayılırdı. Sürətli inkişaf göstəricilərinin səviyyəsini qaldırmaq, maliyyə və istehsalat sahəsində yüksəlişə nail olmaq, infliyasiyanın minimal səviyyə endirmək qarşıda duran əsas məqsədlərdən idi. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığın bazar infrastrukturunun əsas ünsürlərini- reklam, audit və informasiya xidmətlərini xüsusi vurğulamaq lazımdır.

Ulu öndər Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Sahibkarların fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradılmışdır. Buna misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyini, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsini, həmçinin Xarici İnvestisiyalar Mərkəzini və digərlərini misal göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək üçün dövlət öz üzərinə müvafiq öhdəliklər götürür, onların firmaları dövlət qeydiyyatından keçirilir, sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər göstərilirdi.  1997-ci ildə “Reklam haqqında ”qanunun qəbul olunması ilə ölkədə reklam işinin formalaşması prosesi başladı. Reklamdan əldə olunan gəlirlər 1996-cı ildə 5 milyon dollar idisə, 1997-ci ildə bu rəqəm 6,5 milyon dollar təşkil etmişdir.

 Sahibkarlar üçün kadr hazırlığı, işgüzar informasiyaların yayılması olduqca vacibdir. Bu məsələnin vacibliyi nəzərə alınaraq dövlət kompleks proqramlar həyata keçirmişdir və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Sahibkarlığın inkişafının və formalaşmasının zəruri şərtlərindən biri ölkədə özəlləşdirmənin həyata keçirilməsi olmuşdur. Özəlləşdirmənin aparılmasının məqsədlərindən biri dövlət mülkiyyətinin hökmran rol oynamasına son qoymaq idi. Bu proses çoxsaylı sahibkarların yaranmasına səbəb oldu. Respublikada özəlləşdirmənin həyata keçirilməsində əsas məqsəd büdcə kəsirinin aşağı salınması və büdcəyə daxil olan vəsaitin artırılmasına nail olmaq idi.

 Hər kəsə yaxşı məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, fauna və floraya, gözəl iqlim şəraitinə malikdir. Bu da iqtisadiyyatın inkişafında əsas amil sayılır. Bəzi dünya ölkələrinin təcrübəsindən də görmək olar ki, bazar iqtisadiyyatına keçmək üçün, ilk növbədə, dövlət mülkiyyətini özəlləşdirmək lazımdır. Bununla da azad sahibkarlığın inkişafına nail olmaq olar. Bu da bazarda sahibkarlar arasında rəqabətin yaranmasına, istehlak bazarında mövcud qıtlığın aradan qaldırılmasına, əhalinin məşğulluğunun artmasına səbəb olur. Azərbaycan Respublikasının “Sahibkarlıq haqqında”(1996) , “Torpaq islahatı haqqında ” (1996) qanunlarının qəbul olunması bir daha göstərir ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur. Ölkəmizdə istər yerli, istərsə də xarici vətəndaşlar, bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs qanunvericilikdə qadağan olunmayan bütün təsərrüfat formaları ilə məşğul ola bilərlər.

Sahibkarlığın bazar infrastrukturunda qiymətli kağızlar bazarının müstəsna rolu var. Bu sahədə vacib sayılan müstəqil fond birjasının olması əhəmiyyətli idi. Qiymətli kağızlarla bağlı əməliyyatı Bakı Banklararası Valyuta Birjasının müvafiq şöbəsi tərəfindən yerinə yetirilir. Bakı Banklararası Valyuta Birjasının fond əməliyyatları arasında əsas yeri qısa müddətli qiymətli kağızların yerləşdirməsi ilə bağlı işlər tutur. Bu barədə ilk hüquqi sənəd 1996-cı il 17 sentyabrda “Dövlət qısamüddətli istiqrazlarının buraxılması haqqında” sərəncamda öz əksini tapdı. Bu dönəmlərdə fond bazarı bir sıra problemlərlə üzləşdi. Problemin həllinin əsas yollarından biri də fond bazarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi idi.1998-ci il 30 dekabrda “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi”nin yaradılması sözügedən sahənin inkişafına bir situmul oldu. Sonralar (1999-cu ilin fevral ayında) bu bazara Milli Bankın qısamüddətli (90 günlük) istiqrazları da daxil edildi.

  Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın bazar infrasturukturunun əsas elemetlərindən biri də sığorta şirkətləridir. Onu da qeyd edək ki, sığorta bazarı maliyyə- pul münasibətlərinin xüsusi bölməsidir. Burada vurğulamaq lazımdır ki, dünya dövlətlərində dövlət, səhmdar və özəl sığorta şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edirlər. Bu şirkətlərin əsas məqsədi təsərrüfat subyektlərinə dəyən zərəri qismən və ya tam ödəməkdir. Bazar iqtisadiyyatında iqtisadiyyatın inkişafını təmin etmək üçün sahibkarlıq riskinin sığortalanması vacib sayılır.

1999-cu il yanvarın 7-də  imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi və s. məsələlər öz əksini tapmışdır. Sahibkarlığın inkişafı üçün ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sənədlər bu sahənin daha da irəliləməsinə təkan verdi. Sahibkarlığın inkişafında lazımi infrastrukturun formalaşdırılması sahəsində bir çox işlər görüldü, bu sahəyə zəruri texniki yardım göstərildi.

  Ölkəmizin yerləşdiyi mühüm strateji mövqedən bəhrələnərək uğurlu beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi vacib idi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xarici investisiyanın ölkəmizə cəlb olunmasında mühüm işlər görülmüşdü. Bu sahədə Azərbaycanla müxtəlif ölkələr arasında sazişlər imzalanmışdı. Ölkədə sahibkarlığın inkişafında xarici sərmayəçilərin iştirakının da mühüm rolu vardır. Xarici investorların hesabına Azərbaycana böyük həcmdə sərmayə qoyulmuşdur.

   Ulu öndər Heydər Əliyev yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel) demişdir: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”. Həqiqətən də ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün  tam əminliklə demək olar ki, inkişaf etmiş ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir. Sahibkarlığa Kömək Milli Fondu hər il təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəşli kreditlər  verir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təkan verir. 

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci il 25 avqust tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbulu qarşıdakı illərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu da aqrar sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Əvvəllər kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən alırdıqsa, indi  ölkəmiz özü bu məhsulları ixrac edir. Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verərək demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.

  Bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin, eləcə də, sahibkarlığın inkişafı göz önündədir. Dünya ölkələri ilə geniş miqyaslı əməkdaşlıq, onların təcrübəsindən istifadə bazar iqtisadiyyatının daha da irəliləməsinə səbəb olacaq.

          Bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  qоyulub. Heydər Əliyev məktəbinin yetirməsi, оnun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə оlması, ümummilli liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. Memarı və qurucusu ulu öndər Heydər Əliyev оlan müstəqil dövlətimiz böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının bоrcu isə ulu  öndərin şah əsəri оlan Azərbaycanı qоrumaq və daha da inkişaf etdirməkdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi  kimi səslənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərir ki, «Biz gələcəyə çоx böyük nikbinliklə baxırıq. Siyasi və ictimai – siyasi vəziyyət baxımından Azərbaycan çоx sabit ölkədir və Azərbaycana birbaşa xarici investisiyaların qоyulması bunu əks etdirir. İqtisadi pоtensialın möhkəmləndirilməsində

uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də İqtisadi sahədə. Çоx sevindirici haldır ki, ən böyük  maliyyə qurumu оlan Dünya Bankı bu il Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyıbdı. Bu оnu göstərir ki, bizim islahatlarımız həqiqətən çоx cəsarətlidir, uğurludur və əhəmiyyətlidir». Sоn dövrdə ölkədə aparılan uğurlu islahatlar respublikada düzgün fiscal və mоnetоr siyasət nəticəsində dövlət büdcəsinin sürətlə artmasına səbəb оlmuşdur. Bu işdə düzgün vergi, gömrük və xarici ticarət siyasətinin aparılması mühüm yоl оynamışdır. Bütün bunlar isə ölkədə maliyyə sabitliyinin təmin edilməsi, ekоlоji tarazlıq, infrastruktur sahələrinin inkişafı nəticəsində ölkənin

İqtisadi təhlükəsizliyinin təmin edilməsinə səbəb оlmuşdur. İlham Əliyev cənablarının Azərbaycan Respublikasına prezidentliyi dövründə Azərbaycan İqtisadiyyatının yeni sürətli inkişaf erası başlamışdır. Bu isə dövlət tərəfindən, dövrün tələblərinə uyğun оlaraq, İqtisadi islahatların  kоmpleks və əlaqəli şəkildə aparılması, prоqnоzlar əsasında fоrmalaşdırılmış dövlət prоqramlarının, yerli, regiоnal və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya İqtisadiyyatına inteqrasiya ilə əldə edilmişdir.

Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.

 

 

 

 

 

Просмотрено: 0%
Просмотрено: 0%
Скачать материал
Скачать материал "Гейдар Алиев - архитектор и созидатель современного независимого Азербайджана"

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 2 месяца

Противопожарный инженер

Получите профессию

Фитнес-тренер

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Современный независимый Азербайджан отмечает 91-летие со дня рождения своего архитектора и созидателя – Великого Азербайджанца, Общенационального лидера Гейдара Алиева. Период руководства великого лидера Азербайджаном вписался в историческую память народа как эпоха Гейдара Алиева. Эта эпоха – одна из самых славных страниц архитектуры развития Азербайджана. Стратегия внутренней и внешней политики, в настоящее время воспринимаемая международным сообществом как неоценимые успехи нашей страны, особенно социально-экономическое развитие, является плодом деятельности именно великого лидера. Самым большим успехом этого периода является то, что Азербайджан за последний 21 год смог сохранить свою государственную независимость, укрепил и развил ее. За этот короткий промежуток времени Азербайджан не только определил самые правильные направления развития, но и смог сформировать и представить миру национальную модель упреждения кризиса в период, когда даже ведущие страны переживают кризис.   Общенациональный лидер Гейдар Алиев создал три универсальных наследия, обеспечивающих долгосрочность азербайджанской модели развития – национальная идеология, национальная государственность и национальное государство. Любого из них хватило бы в отдельности для завоевания статуса Общенационального лидера. Но Гейдар Алиев, являлся харизматичным лидером, политическим деятелем с богатым государственным опытом, поэтому комплексный подход к каждому вопросу был характерной чертой его деятельности.
Читать полностью:  http://news.day.az/politics/400997.html

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 676 935 материалов в базе

Скачать материал

Другие материалы

Рейтинг: 1 из 5
  • 04.10.2020
  • 4731
  • 477
«Экология (базовый уровень)», Чернова Н.М, Галушин В.М., Константинов В.М.

Вам будут интересны эти курсы:

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 08.01.2015 615
    • DOCX 62.3 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Мурсалова Лейла Бинуатали. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Мурсалова Лейла Бинуатали
    Мурсалова Лейла Бинуатали
    • На сайте: 9 лет и 3 месяца
    • Подписчики: 12
    • Всего просмотров: 11322
    • Всего материалов: 13

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Фитнес-тренер

Фитнес-тренер

500/1000 ч.

Подать заявку О курсе

Курс повышения квалификации

Организация проектно-исследовательской деятельности в ходе изучения географии в условиях реализации ФГОС

72 ч. — 180 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 40 человек из 26 регионов
  • Этот курс уже прошли 433 человека

Курс повышения квалификации

Инновационные технологии в преподавании географии детям с ОВЗ

36 ч. — 180 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 32 человека из 23 регионов
  • Этот курс уже прошли 146 человек

Курс повышения квалификации

Особенности подготовки к проведению ВПР в рамках мониторинга качества образования обучающихся по учебному предмету «География» в условиях реализации ФГОС СОО

72 ч. — 180 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 25 человек из 18 регионов
  • Этот курс уже прошли 221 человек

Мини-курс

Инновационные технологии для бизнеса

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе

Мини-курс

Основы сетевого гостиничного бизнеса

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе

Мини-курс

Управление проектами: концепции, практика и финансы

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе