Главная / Физика / FIZIKA KURIKULUMUNUN ŞƏXSİYYƏTİN FORMALAŞDIRILMASINDA ƏHƏMİYYƏTİ

FIZIKA KURIKULUMUNUN ŞƏXSİYYƏTİN FORMALAŞDIRILMASINDA ƏHƏMİYYƏTİ

FIZIKA KURIKULUMUNUN ŞƏXSİYYƏTİN FORMALAŞDIRILMASINDA ƏHƏMİYYƏTİ
  • Физика
Описание:

Fizika kurikulumu cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaşdırılması, qarşılaşdığı problemləri müəyyənləşdirməsi və həll etməsi üçün zəruri bilik və bacarıqlara yiyələnməsində, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmasında, məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları mənimsəmələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalaşmalarına təkan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bildiyindən məzmun standartı kimi qəbul edilərək fizika fənn kurikulumunda aparıcı yer tutur və bütövlükdə kurikulum üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir. Fizika kurikulumunda sadəcə anlayışların deyil, bacarıq formasında ifadə edilmiş nəticələrin bir-biri ilə, eləcə də digər fənlərə aid nəticələrlə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş, onlar xüsusi cədvəl şəklində ümumiləşdirilmişdır. Bu, kurikuluma inteqrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir məqsədə - bütöv şəxsiyyətin formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini gücləndirmişdir. Fizika fənni kurikulumu həm də müəllim və şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəllifinin, məktəb rəhbərinin, müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun açıq bir sistemə malik olur. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir. Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Təbiətdə müşahidə olunan bütün proses və hadisələr müəyyən qanunlar əsasında baş verir. Bütün elmlərin əsas məqsədi proses və hadisələrdə qanunauyğun əlaqələri aşkar etmək və öyrənməkdən ibarətdir. Fizika təbiət haqqında elm olub materiyanın müxtəlif formalarını, onun xassələrini və qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın qanunauyğunluqları təbiətdə baş verən bütün hadisələrin, cansız və canlı materiyanın qarşılıqlı əlaqələrinin öyrənilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayır. Buna görə də fizika fənninin öyrənilməsi şagirdlərə digər təbiət elmlərinin mənimsənilməsinə, təbiət hadisələrinə, elm, texnika və istehsalatın müxtəlif sahələrinə yaxından bələd olmaq imkanı verir. Fiziki anlayışları mənimsəməklə şagirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi dünyagörüşün formalaşmasına, iradə və xarakterin tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, dəqiqləşdirmə, analiz və sintez, mühakiməyürütmə, problemi müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradılır. Bu isə şagirdlərdə empirik, politexnik, məntiqi, tənqidi, yaradıcı təfəkkürü formalaşdırır. Bəşəriyyət yaranan gündən insanlar öz yaşayış tərzini yaxşılaşdırmaq, əməyini yüngülləşdirmək, istehsal sahələrini genişləndirmək, ölkənin müdafiə sistemini qurmaq, yeni enerji mənbələri axtarmaq, təbiət hadisələrini müşahidə edərək baş verə biləcək təbii fəlakətləri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq kimi müxtəlif həyati məsələlərin həllini axtarmışlar. Nəticədə yeni-yeni ixtiralar və kəşflər meydana gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı, onun qanunları və qanunauyğunluqları sayəsində mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisadi inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli surətdə elə qurulmuşdur ki, hazırda müasir həyatı fizikasız təsəvvür etmək mümkün deyildir. Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat və rabitəyə, informasiya-kommunikasiya texnologiyalarına, mədəniyyətin müxtəlif sahələrinə, təbabətə və insanların məişətinə geniş tətbiq olunan texnikanın sürətli inkişafı, müxtəlif texniki qurğuların hazırlanması və istismarı kəşf olunan, öyrənilən hadisələrin və təbiət qanunlarının tətbiqinə əsaslanır. Məhz buna görə də fizikanı öyrənmək cəmiyyətin bütün üzvlərinə: fəhləyə, kənd təsərrüfatı işçisinə, texnikə, texnoloqa, mühəndisə, konstruktora, neftçiyə, geoloqa, həkimə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan digər peşə sahiblərinə lazımdır. Müharibə şəraitində yaşayan ölkə vətəndaşlarının vətənpərvər ruhda tərbiyə olunması, hərbi texnikanın sirlərinə yiyələnməsi üçün ümumtəhsil məktəblərində fizikanın tədrisinə xüsusi ehtiyac vardır.

MƏNBƏ: http://asanfizika.blogspot.com/2013/06/f-i-z-i-k-m-u-l-l-i-m-l-ri-u-c-u-n-f-i.htmlhttp://asanfizika.blogspot.com/

Автор Ахмедова Aлия Фармановна
Дата добавления 04.01.2015
Раздел Физика
Подраздел
Просмотров 267
Номер материала 29141
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓