Главная / Физкультура / Физическое воспитание и Режим дня активного обучения

Физическое воспитание и Режим дня активного обучения

Физическое воспитание и Режим дня активного обучения
  • Физкультура
Описание:

Bakı şəhəri 149 №-li tam orta məktəbin

Fiziki tərbiyə müəllimi Məmmədzadə Nəriman Fizuli oğlu

FİZİKİ TƏRBİYƏ VƏ FƏAL TƏDRİS GÜN REJİMİ

Hazırda şagirdlərin fiziki cəhətdən sağlamlığının inkişafı məsələsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən birinə çevrilmişdir. Belə ki, müasir dövrdə baş verən bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan bir sıra zehni çətinliklər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirsiz qalmır.

Bəs necə etməli ki, uşaq birinci sinifdən başlayaraq təlimdə qarşıya çıxan bütün zehni gərginliklərə davam gətirməklə təhsilini başa vura bilsin və fiziki cəhətdən yaxşı inkişafa malik böyüsün.

Necə etməli ki, ümumtəhsil məktəblərini bitirən gənclərimiz dərin biliyə malik olmaqla yanaşı, həm də həyata hazır, müdrik və bacarıqlı şəxslər kimi boya-başa çatsınlar, əmək fəaliyyətində, ali və orta ixtisas məktəblərində oxuyarkən, yaxud hərbi hissələrdə xidmət edərkən qüvvəli, dözümlü, çevik olsunlar, öz sağlamlıqlarını qorumağı, səhhətlərinin qayğısına qalmağı bacarsınlar?

Bəs, hazırda ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin təşkili nə vəziyyətdədir?

Qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ancaq böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərinin əksəriyyətində fiziki tərbiyənin təşkili bu günün tələblərinə qətiyyən cavab vermir. Bu sahədə kök salan ciddi nöqsanlar isə çoxlarına məlumdur.

Alimlər hesablamışlar ki, məktəb islahatlarının həyata keçirdiyi indiki dövrdə şagirdlər zehni işlə həddindən artıq yüklənmişlər. Onların gün rejiminin 80-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, oturaq həyat tərzinə sərf olunur.

Məktəblilərin fiziki hərəkətlərə olan təlabatının isə cəmi 15-16 faizi ödənilir. Hər bir şagirdin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması artıq zərurət kəsb edir. Lakin hələ də məktəblərdə şagirdlər həftə ərzində cəmi 2 saat fiziki tərbiyə dərsi keçməklə kifayətlənirlər. Məktəblilərin 75- 80 faizi heç bir idman dərnəyinə, bölməyə ümumi fiziki hazırlıq qruplarına cəlb olunmamışdır. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.

Beləliklə, biz həyata, əməyə, Vətənin müdafiəsinə fiziki cəhətdən ahəngdar inkişaf etmiş gənc nəsil hazırlaya bilirikmi? Qətiyyən yox!

 

Bu bir həqiqətdir ki, Respublikamızda ordu sıralarına çağrılan gənclərin əksər hissəsi qaçmaq, tullanmaq, qumbara atmaq, dırmanmaq və s. kimi fiziki hərəkətlər üzrə adi normativ belə ödəyə bilmirlər. Onlarda davamlılıq, dözümlülük, cəldlik, güc, qüvvə kimi fiziki hərbi keyfiyyətlər aşağı səviyyədədir.

 

Автор Мамедзаде Нариман Физули
Дата добавления 11.01.2015
Раздел Физкультура
Подраздел Другое
Просмотров 256
Номер материала 53744
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓