Главная / История / Азербайджанское государство-Манна (6 класс)

Азербайджанское государство-Манна (6 класс)

Şəhər : Bakı Məktəb : B.Sultanov adına 34№-li orta məktəb Fənn : Azərbaycan t...
Mövzu: Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət Mannanın adı mixi ya...
Manna dövlətinin yaranması. E.ə.I minilliyin başlanğıcında Azərbaycanın cənub...
Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi .Bir qrup Assuriya ilə...
Manna hökmdarıAhşeri müstəqil xarici siyasət yürüdürdü.Onun hakimiyyəti dövrü...
Mannalıların təssərüfat həyatında, əkinçilik və maldarlıqla yanaşı, sənətka...
HƏSƏNLİ qədim yaşayış yeri Həsənli yaşayış yerinin havadan çəkilmiş şəkli Həs...
Memarlıq və incəsənət. Mannada memarlıq sənəti inkişaf tapmışdır.Əcdadların q...
Həsənli 2 qazıntı sahəsindən tapılmış e.ə. IX əsrə aid saxsı qab (Tehran Arxe...
U Krossvordu həll edin. Manna dövləti hansı gölün cənubunda yaranmışdı? Mixi ...
1.Əgər eramızdan əvvəl 2 məlum rəqəm verilirsə və onlar arasındakı il fərqıni...
1).Manna hökmdarı İranzu e.ə. 740-cı ildən -719-cu ilə qədər hökmdarlıq etmiş...
TARİXDƏ İL HESABI Bizim eradan əvvəl Bizim era “Zaman oxu”nda tarixləri qeyd ...
GOOGLE.AZ AZ. WİKİPEDİYA. ORG AZƏRBAYCAN.AZ WWW.OXUYURUQ.BİZ AZƏRBAYCAN TARİX...
1 из 16

Описание презентации по отдельным слайдам:

№ слайда 1 Şəhər : Bakı Məktəb : B.Sultanov adına 34№-li orta məktəb Fənn : Azərbaycan tari
Описание слайда:

Şəhər : Bakı Məktəb : B.Sultanov adına 34№-li orta məktəb Fənn : Azərbaycan tarixi Mövzu : Manna dövləti Müəllif : Mürsəlova Leyla

№ слайда 2 Mövzu: Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət Mannanın adı mixi yazıl
Описание слайда:

Mövzu: Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 - cü ildə III Salmanasar kitabəsində “Munna” formasında çəkilir. Adətən assurlar Mannanı “Manneylər ölkəsi”, Mannaş, urartulular isə Mana ölkəsi adlandırırdılar.

№ слайда 3 Manna dövlətinin yaranması. E.ə.I minilliyin başlanğıcında Azərbaycanın cənubun
Описание слайда:

Manna dövlətinin yaranması. E.ə.I minilliyin başlanğıcında Azərbaycanın cənubun da Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait əmələ gəlmişdir. E.ə.IX əsrdə burada Manna dövləti yaranmışdır.Manna adına ilk dəfə e.ə.843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir. E.ə.XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən Zamua, Gilzan, Alateye,Surikaş, Gizilbunda,Uişdiş,Zikirtu,Andia və s.vilayətlər meydana gəlmişdir. Zamua ölkəsi Mannanın əsas hissəsini təşkil edirdi.Zamua əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə.IX əsrin birinci yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər.Onların hər biri Assuriya ordusuna qarşı təkbaşına mübarızə aparmalı olur, yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib,xarici hücumların qarşısını almağa çalışmışlar.Lakin uzun müddət buna nali ola bilməmişlər.Mannaya qarışı Assuriyanın hücumları ara vermirdi. Həmçinin Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yürüdürdü. E.ə. IX-VIII əsrlərin hüdudunda Manna artıq güclü bir dövlətə çevrilmişdi. Manna hökmdarı İranzu (e.ə.740-719-cu illər) Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə etdi və mərkəzləşdirmə siyasəti yürütdü. O,Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı,Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi,ölkədə canişinlik sistemi yaratdı.Canişinlər mərkəzi hakimiyyətdən asılı idilər.Mannanın ərazisi şimalda Araz çayına çatırdı,cənubda və cənub-şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun hakimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi. Paytaxtı İzurtu şəhəri olmuşdur.

№ слайда 4 Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi .Bir qrup Assuriya ilə it
Описание слайда:

Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi .Bir qrup Assuriya ilə ittifaqa meyil göstərir,bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı.İranzu Assuriyaya müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı. Başqa bir qrup Urartu ilə ittifaq tərəfdarı idi.Onların siyasəti Manna vilayətlərinin mərkəzi dövlət ətrafında birləşməsinə mane olur,ölkənin parçalanmasına, torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı.Assuriyaya olan meyil Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdır.E.ə.719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi İranzuya qarşı üsyan etdi. Assuriya hökmdarı IISarqon (e.ə.722-706-cı illər) Manna ilə ittifaqa sadiq qalaraq üsyan çıların üzərinə qoşun yeritdi.Üsyan yatırıldı.İranznun vəfatından sonra onun oğlu Aza hakimiyyətə gəldi.Onun iki il davam edən hakimiyyəti zamanı Mannada daxili çəkişmələr yenidən gücləndi.Mərkəzdən ayrılmaq istəyən qüvvələr e.ə. 716-cı ildə Azanı sui-qəsd nəticəsində öldürdülər. Azanın ölümündən sonra onun qardaşı Ullusunu Manna hökmdarı oldu. Mixi yazılardakı məlumata görə,onun hakimiyyətə gəlməsinə I Rusa (Urartu hökmdarı) kömək etmiş və Ullusundan 22 Manna qalasını almışdır.Bundan qəzəblənən IISarqon e.ə.716-cı Mannaya qoşun yeritdi.Ullusunu dağlara qaçdı.IISarqon Mannanın paytaxtını yandırdı.Bundan sonra Ullusunu geri qayıdıb II Sarqondan mərhəmət dilədi.Beləliklə,Ullusunu Mannanın yeganə hökmdarı oldu və Assuriyanın siyasi ağalığını tanıdı. E.ə.VII əsrin birinci rübündə Qara dəniz sahillərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer,skif və sak tayfaları Mannada da məskən salmışdılar.Həmin tayfaların gəlişi ilə Assuriya sərhədlərındə böyük təhlükə yarandı. Belə şəraitdə Manna Assuriyanın tabelliyindən çıxdı və tam müstəqil oldu.

№ слайда 5 Manna hökmdarıAhşeri müstəqil xarici siyasət yürüdürdü.Onun hakimiyyəti dövründə
Описание слайда:

Manna hökmdarıAhşeri müstəqil xarici siyasət yürüdürdü.Onun hakimiyyəti dövründə Assuriya ilə olan ittifaq pozulmuşdu. Buna görə Assuriya hökmdarı Aşşurbanipal (e.ə.668- 626-cı illər)Mannaya qoşun yeritdi. E.ə.650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Aşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan baş verdi. Üsyançılar Ahşerini öldürdülər. Hakimiyyətə Ahşerinin oğlu Ualli (e.ə.650-630 illər) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi.Bundan sonra Manna Assuriya ilə ittifaqa sadiq qaldı.Qaynaqların məlumatına görə, e.ə.593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə.590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tər- kibinə daxil edildi.Beləliklə, Mannanın müstəqil dövlətçiliyi sona çatdı. Dövlət strukturu.Dövlətin başında irsi hakimiyyət daşıyan hökmdar dururdu. Dövlətin işində ona Ağsaqqallar Şurası köməklik edirdi. Dövlətin ərazisi hökmdarın təyin etdiyi çanişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü.Hökmdar hakimiyyətinin möhkəmlənməsi,onun əyanlar tərəfindən idarə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri döv- lətlərindən birinə çevrilməsinə şərait yaratmışdır. Ağsaqqallar Şurası Mannada siyasi kursu dəyişdirmək üçün sui - qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi. Sui - qəsdlərin başında ya hökmdarların oğlanları, ya da qardaşları dururdu. Məsələn, Assur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatlarından görünür ki,Ullusunu “özünün böyükləri,ağsaqqalları,canişinləri...ağsaqqallar şurası” ilə birlikdə II Sarqonu qarşılamağa çıxmışdı. Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən idarə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərindən birinə çevrilməsinə şərait yaratmışdı. Mənbələrin məlumatlarına əsasən Manna dövlətinin möhkəmlənməsinin və qüdrətli bir dövlətə çevrilməsinin tarixini müəyyən qədər izləmək mümkündür.

№ слайда 6 Mannalıların təssərüfat həyatında, əkinçilik və maldarlıqla yanaşı, sənətkarlı
Описание слайда:

Mannalıların təssərüfat həyatında, əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq da mühüm mühüm yer tutmuşdur. Sənətkarlıq. Mannanın ərazisində zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataq- ları var idi. Mannada peşəkar sənətkarlar yetişmişdir.Onlar qızıl, gümüş, tunc və misdən bəzək şeyləri , qab-qacaq və s. hazırlayırdılar .İndiki Cənubi Azərbaycan ərazisində-- Həsənli qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif daş qəliblər tapılmışdır.Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə,bəzək əşyaları və s. hazırlayırdılar.Mannada xüsusilə mis qablar hazırlama sənə- ti daha geniş yayılmışdır.Misgərlik ənənəsi Azərbaycanda uzun müddət öz varlığını sax- lamışdı. Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət əsəridir.E.ə.VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır. Azərbaycanın cənubunda Sakkız şəhəri yaxınlığında yerləşən bu abidə də qızıl və gümüşdən hazırlanmış döşlük,qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər,kəmər, dəmir qılınclar və s.aşkar edilmişdir.Abidə 1947-ci ildə təsadüfən aşkar edilmişdir. Təxmini hesablamalara görə, Ziviyə dəfinəsində qızıl, gümüş və fil sümüyün- dən hazırlanmış 314 əşya varmış.Bu əşyalar Mannada zərgərlik sənətinin yerli və qonşu ölkələrin ənənəsi ilə əlaqədar inkişafını əks etdirir. Heç bir şübhə yoxdur ki, bu əşya- ların yaradıcısı Manna sənətkarları olmuşdur. Həsənli (Urmiya gölünün cənubu) və Marlikdən (Gilanın Rubdar kəndinin 14 km-də) tapılmış əşyaların ümumi oxşarlığı bu sənət abidələrini mannalı sənətkarların məhsulu kimi qəbul etməyə imkan verir.

№ слайда 7 HƏSƏNLİ qədim yaşayış yeri Həsənli yaşayış yerinin havadan çəkilmiş şəkli Həsənl
Описание слайда:

HƏSƏNLİ qədim yaşayış yeri Həsənli yaşayış yerinin havadan çəkilmiş şəkli Həsənli qazıntıları şəhərsalma, sənətkarlıq istehsalı, incəsənət, təsərrüfat həyatının müxtəlif sahələrinə aid material vermişdir. Onlar yazılı mənbələrin məlumatlarını yeni şəkildə dərk etməyə və bu rayonun tarixini geniş şəkildə işıqlandırmağa imkam yaratmışdır.Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş arxeoloji materiallarla tamamlanır. Həsənlu təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlida qazılmış dövr etibarı ilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adı ilə adlandırılmışdır.

№ слайда 8 Memarlıq və incəsənət. Mannada memarlıq sənəti inkişaf tapmışdır.Əcdadların qədi
Описание слайда:

Memarlıq və incəsənət. Mannada memarlıq sənəti inkişaf tapmışdır.Əcdadların qədim memarlıq ənənəsi davam etdirilmişdir. Mannaya hücumların qarşısını almaq üçün müdafiə qalaları və qala-şəhərlər tikilmişdir.Mannanın paytaxtı İzirtu və baş- qa şəhərlər möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Həsənli qala- şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdir. Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud ceyran başı forma- sında hazırlanmışdır.Müxtəlif əşyaların üzərində şiri yaralayan hökmdar, dizi bükül- müş maral, dağqoçu, həyat ağacı ətrafında keçi və qanadlı öküz təsvir edilmişdir. Din və əfsanələr. Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən xüsusi binalarda - məbədlərdə allahların heykəli qoyulurdu. Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı olub,daha maraqlıdır. Camın yuxarı hissəsində döyüş arabası üstündə üç Allah - günəş, ay, külək-yağış allahları təsvir edilmişdir.Mannalılar dini təssəvürlərinə uyğun olaraq,allahları qanadlı çəkmişlər. Yazı və dil. E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Ziviyədən tapılmış gümüş sini üzərində həkk edilmiş işarələr isə heroqlif yazı növünə aiddir. Mannada türk, hürri, İran dillərinin və s.dillərin işləndiyi söylənilir. Politeizm(yun.:πολύς «çoxrəqəml,çox» + yun.:θεός «tanrı,ilahi»-«çoxtanrılıq»)Birdən çox tarıya sitayiş edilən dinlərin ümumi adı.

№ слайда 9 Həsənli 2 qazıntı sahəsindən tapılmış e.ə. IX əsrə aid saxsı qab (Tehran Arxeolo
Описание слайда:

Həsənli 2 qazıntı sahəsindən tapılmış e.ə. IX əsrə aid saxsı qab (Tehran Arxeologiya Muzeyi) Marlıqtəpədən aşkarlanmış üstü mifik obrazlarla bəzədilmiş qızıl qab (İran Milli Muzeyi) Həsənli yaşayış yerində aşkar olunan, IX əsrin axırlarına aid olan qabın üzərində yazılıb:” İda ölkəsinin çarı Baurinin (ya Kauri)imarəti.Günəş ilahəsi Uşişiyə həsr olunur”. Marlıqtəpədən aşkarlanmış qızıl cam Abidə Güney Azərbaycanda, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntıları Tehran universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır. Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə - içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən keramika və zərgərlik məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir.

№ слайда 10 U Krossvordu həll edin. Manna dövləti hansı gölün cənubunda yaranmışdı? Mixi yaz
Описание слайда:

U Krossvordu həll edin. Manna dövləti hansı gölün cənubunda yaranmışdı? Mixi yazılı kitabəsində ilk dəfə Manna adına rast gəldiyimiz hökmdar. Mannanın vilayəti. .Mannaya hücum edən dövlət. Manna hökmdarı. .Assur hökmdarı. R M İ Y A S L M A N A S A R U L U S U N U S Q R O N U R İ K A Ş U A R T U

№ слайда 11 1.Əgər eramızdan əvvəl 2 məlum rəqəm verilirsə və onlar arasındakı il fərqıni ta
Описание слайда:

1.Əgər eramızdan əvvəl 2 məlum rəqəm verilirsə və onlar arasındakı il fərqıni tapmaq tələb olunursa,onda mütləq böyük rəqəmdən kiçik rəqəm çıxılır. 2.Məsələn, əgər biz Hicri təqvimlə neçənci il olduğunu bilmək istəyiriksə, M (Miladi)hərfinin əvəzinə hazırda yaşadığımız ilin uyğun rəqəmini yazaraq düsturu həll etməliyik: 3.Əgər eramızda 2 məlum rəqəm verilirsə və onlar arasındakı il fərqini tapmaq tələb olunursa, onda yenə də böyük rəqəmdən kiçik rəqəm çıxılır. Miladi tarixi Hicri tarixə H =M – 622 + (M – 622) : 32= düsturu ilə çevrilir.

№ слайда 12 1).Manna hökmdarı İranzu e.ə. 740-cı ildən -719-cu ilə qədər hökmdarlıq etmişdir
Описание слайда:

1).Manna hökmdarı İranzu e.ə. 740-cı ildən -719-cu ilə qədər hökmdarlıq etmişdir. Bu hadisələri “ lent”də qeyd edin.Hesablayın, o neçə il hökmdar olmuşdur? 3).Azərbaycanın “Əsrin müqaviləsi” adını almış neft kontraktları Miladi təqvimlə 1994-cü ildə imzalanmışdır. Hicri təqvimlə bu hadisə hansı ilə təsadüf edir? A)1372 B)1335 C) 1412 E)1567 2).Səfəvi dövləti yaradıldıqdan(1501) neçə il sonra Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı(1991) qəbul edildi? A) 550 C) 328 D) 864 E) 220 A) 21 B) 490 B) 88 C) 34 D) 91 E) 65 D) 1415

№ слайда 13 TARİXDƏ İL HESABI Bizim eradan əvvəl Bizim era “Zaman oxu”nda tarixləri qeyd edi
Описание слайда:

TARİXDƏ İL HESABI Bizim eradan əvvəl Bizim era “Zaman oxu”nda tarixləri qeyd edin. Hicri tarixi Miladi tarixə M = H - H : 32 + 622 düsturu ilə çevrilir. Miladi tarixi Hicri tarixə H =M – 622 + (M – 622) : 32=1994-622+(1994-622) :32=1414 2011 740-cı il 719-cu li 1501 1991

№ слайда 14 GOOGLE.AZ AZ. WİKİPEDİYA. ORG AZƏRBAYCAN.AZ WWW.OXUYURUQ.BİZ AZƏRBAYCAN TARİXİ I
Описание слайда:

GOOGLE.AZ AZ. WİKİPEDİYA. ORG AZƏRBAYCAN.AZ WWW.OXUYURUQ.BİZ AZƏRBAYCAN TARİXİ I CİLD Z.M. BÜNYADOV və Y.B. YUSİFOV AZƏRBYCAN TARİXİ VI SİNİF İŞ DƏFTƏRİ VI SİNİF İSTİFADƏ EDİLƏN MƏNBƏLƏR

№ слайда 15
Описание слайда:

№ слайда 16
Описание слайда:

Азербайджанское государство-Манна (6 класс)
  • История
Описание:
Государство Манна было образовано в начале I тысячелетия до  н.э., в IX  веке в окрестностях озера Умрия. Граничило с царствами Урарту, Ассу и государствами Библистан и Элам. Государство Манна, по сравнению с другими государствами, можно расценивать как еще большее политическое объединение. Как указывается в источниках земли Манны простирались на востоке от озера Ирмия до Каспийского моря на юго-западе . Манны считаются потомками народов гутти, луллу, турукки и су (суб, субар). Манна была повержена в 590-м году до н.э. Впервые название государства Манна упоминается в 843-м году до н.э., на надгробии правителя Ассура Салманасара III, написанном клинописью. Правителей государства Манна называли янзу. Правителю помогал совет старейшин. Столица - город Изурту.
Автор Мурсалова Лейла Бинуатали
Дата добавления 08.01.2015
Раздел История
Подраздел
Просмотров 621
Номер материала 46706
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓