Bakı şəhəri E.Şəmiyev adına 149 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram
qızının
07.11.2013 tarixdə V sinifdə keçdiyi “Frazeoloji birləşmələr” dərsinin
İCMALI
·
Mövzu: Frazeoloji birləşmələr
Standart:
1.2.2. Fikirlərini konkret
fakt və nümunələrlə əsaslandırır.
4.1.2. Sözün səs tərkibini, semantik
xüsusiyyətlərini, tərkibini, yaranma
üsullarını və qrammatik
mənasını izah edir.
Təlim məqsədləri:
-
Məruzə edərkən
fikirlərini topladığı faktlarla əsaslandırır.
-
Frazeoloji
birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirir.
Təlim
forması: Qruplarla və kollektiv iş
Təlim üsulları:
Əqli
hücüm, müzakirə
İnteqrasiya: Ədəbiyyat 2.1.1., 2.2.1.
Resurslar: Dərslik, slaydlar, iş
vərəqləri
Təchizat: Kompüter, proyektor,
Mimio Bələdçi qurğusu
Dərsin gedişi:
Motivasiya (5 dəq):
Müəllim dərs öncəsi
problemli vəziyyət yaratmaq üçün yuxarıda göstərilmiş slaydı şagirdlərə göstərir
və belə bir sualla müraciət edir: “Verilmiş beytlərdə işlənmiş feli birləşmələr
haqqında nə deyə bilərsiniz?” Şagirdlər bu suala müxtəlif cavablar verə bilərlər,
əgər şagirdlər “bu feli birləşmələrin hamısı məcazi məna bildirir” cavabını
verə bilmsələr, müəllim onlara yönəldici suallar verir. Nəzərdə tutulmuş cavab
alındıqdan sonra mövzunun adı elan edilir və tədqiqat sualı çıxarılır.
Tədqiqat
sualı:
Bundan sonra şagirdlərə tədqiqat
sualı verilir:
1. Frazeoloji birləşmələrin sərbəst söz
birləşmələrindən hansı fərqli
cəhətləri var?
2. Frazeoloji birləşmələrin dilimizdəki rolu və əhəmiyyəti nədən ibarətdir?
·
Tədqiqatın aparılması (10 dəq):
Sonra şagirdlər 4 qrupa bölünür:
Qrup işindən əvvəl şagirdləri qrup fəaliyyətinin
qaydaları ilə tanış edilir. Qiymətləndirmə meyarları da uşaqların nəzərinə
çatdırılır. Müəllim hər bir qrupa işçi vərəqələri paylayır. Qruplara aşağıdakı
tapşırıqlar verilir:
I Qrup
II Qrup
III Qrup
IV Qrup
Məlumat
mübadiləsi və müzakirəsi (20 dəq):
Müəllim qrupların
təqdimatlarını dinləyir və kollektivlə birgə müzakirə edir, daha sonra öz əlavələrini
şagirdlərin nəzərinə çatdırır.
Bütün siniflə iş
(kollektiv iş) (7 dəq): Müəllim şagirdlərə sual verir: “Bu dərsimizdə frazeoloji birləşmələr haqqında hansı
yeni məlumatları əldə etdiniz?”
Şagirdlər sualı dərs
prosesi zamanı öyrəndikləri və tətbiq etdikləri məlumatlara əsasən
cavablandırırlar, bu işdə müəllim fasilitator kimi çıxış edir.
Ümumiləşdirmə
və nəticə (2 dəq):
Beləliklə, ümumi nəticə
elan edilir,
1. Frazeoloji birləşmələrin sərbəst söz
birləşmələrindən hansı fərqli cəhətləri var?
·Frazeoloji birləşmələr sərbəst söz
birləşmələrindən fərqli olaraq:
- bütövlükdə bir leksik mənanı ifadə edir;
- tərkibcə dəyişməzdir;
- məcazi məna ifadə edir;
- bütövlükdə cümlənin bir üzvü olur.
2. Frazeoloji birləşmələrin dilimizdəki rolu və
əhəmiyyəti nədən ibarətdir?
·Frazeoloji birləşmələr nitqə xüsusi
ifadəlilik, canlılıq gətirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda,
bədii üslubda istifadə olunur.
·
Qiymətləndirmə (2 dəq):
Şagirdlərin
iştirakı ilə qiymətləndirmə aparılır.
əla - Frazeoloji birləşmələri
sərbəst söz birləşmələrindən fərqləndirir;
fikirlərini əsaslandırır.
orta – Frazeoloji birləşmələri
sərbəst söz birləşmələrindən orta
səviyyədə fərqləndirir; fikirlərini əsaslandıra
bilmir.
zəif – Frazeoloji birləşmələri sərbəst söz
birləşmələrindən çətinliklə
fərqləndirir; fikirlərini əsaslandıra
bilmir.
·
Yaradıcı tətbiqetmə: ( Ev tapşırığı )
"Vədinə
xilaf çıxmaq", "ağrımayan başına duz bağlamaq" və "yaman
yerdə axşamlamaq" ifadələrinin mənalarını araşdırın, bu ifadələrə yaxın və
əks mənalı sözlər tapın.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.