Главная / Начальные классы / 11 ci siniflerin imtahanlarinda deyisiklik

11 ci siniflerin imtahanlarinda deyisiklik

11 ci siniflerin imtahanlarinda deyisiklik
  • Начальные классы
Описание:

Əvvəlcədən elan olunduğu kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik etmişdir. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaqdır. 

TQDK həmçinin ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edəcək. 

Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi cari tədris ilində bitirən məzunların ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına, o cümlədən qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaqdır. 

Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq.

 

 

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~MENi7                                                         mənbə:  tqdk.gov.az
Автор ibrahimov yusif aqşin
Дата добавления 05.01.2015
Раздел Начальные классы
Подраздел
Просмотров 385
Номер материала 32989
Скачать свидетельство о публикации

Оставьте свой комментарий:

Введите символы, которые изображены на картинке:

Получить новый код
* Обязательные для заполнения.


Комментарии:

↓ Показать еще коментарии ↓